CƏMİYYƏT
Teatr Muzeyində “Yaşamaq şansını əldən verməyin!” adlı tədbir keçirilib
![](/files/galleryphoto/2019/3/1200x630/157208102888262029_1200x630.jpg)
![](/files/galleryphoto/2019/3/1200x630/15720810285419432303_1200x630.jpg)
Bakı, 26 oktyabr, AZƏRTAC
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi Azərbaycan Dövlət Dəniz Akademiyası ilə birgə “Yaşamaq şansını əldən verməyin!” adlı tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”na əsasən təşkil olunub.
Tədbirdə akademiyanın təlim-tərbiyə işləri üzrə prorektoru, professor Zahid Şərifov, muzeyin elmi katibi Rəna Mahmudova çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar.
Sonra Səbail Rayon Polis İdarəsinin narkotiklə mübarizə bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Fikrət Aslanlı, Bakı Şəhər Narkoloji Dispanserinin həkim-narkoloqu Pərvanə Məmmədova mövzu ilə bağlı çıxış edərək gənclərə öz tövsiyələrini veriblər.
Həmçinin tədbirdə muzey əməkdaşları tərəfindən hazırlanmış narkomaniyanın fəsadlarını əyani nümayiş etdirən slaydlar göstərilib.