Azərbaycan Dövlət İnformasiya Agentliyi

TƏBİİ SƏRVƏTLƏRƏ, ƏTRAF MÜHİTƏ ZƏRƏR VURANLAR QANUN QARŞISINDA CAVAB VERƏCƏKLƏR

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ekologiya sahəsində qanunvericiliyin pozulması ilə bağlı ciddi tədbirlər görürlər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyən edilmiş pozuntularla bağlı son üç ay ərzində toplanmış bir sıra materiallar müvafiq tədbirlər görülməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. Həmin materiallar Baş Prokurorluqda öyrənilərkən ekoloji qanun pozuntuları ilə əlaqədar bir neçə cinayət işi başlanılmışdır.

Belə ki, Xəzər dənizi sahilində Qaradağ rayonunun ərazisində qanunsuz qum daşımaqla məşğul olan “Aypara-96” firması heç bir bərpaedici iş görmədən, dəniz sahilinin böyük bir hissəsini yararsız hala salmış, əlaqədar orqanların xəbərdarlıqlarına məhəl qoymadan qanunazidd hərəkətlərini davam etdirmişdir. Prokurorluq tərəfindən fakt üzrə, Azərbaycan Respublikası CM-in 188-ci və 192-ci maddələri ilə cinayət işi başlanmış, hazırda Qaradağ Rayon Prokurorluğunda istintaq davam etdirilir.

Bundan başqa, nazirliyin əməkdaşları tərəfindən aparılan yoxlama zamanı “Binəqədineft” Neft və Qazçıxarma İdarəsinin vəzifəli şəxslərinin ətraf mühitin mühafizəsi üzrə öhdələrinə düşən vəzifələri yerinə yetirmədiyi və nəticədə müəssisənin istehsal fəaliyyəti zamanı yaranan çirkabın bir hissəsinin Xocasən gölü vasitəsilə, bir hissəsinin isə primitiv qaydada qismən 3-cü qovşaqda mexaniki təmizləmə prosesi keçdikdən sonra, qeyri-qanuni olaraq Böyükşor gölünə, son nəticədə isə Xəzər dənizinə axıdılması aşkar edilmişdir. Bununla da “Binəqədineft” NQÇİ-nin vəzifəli şəxsləri tərəfindən “Ətraf mühitin mühafizəsi haqqında”, “Yerin təki haqqında” qanunların və Su Məcəlləsinin tələbləri pozulmuşdur. Fakt üzrə Baş Prokurorluq tərəfindən Azərbaycan Respublikası CM-in 252.1-ci maddəsi ilə cinayət işi başlanmışdır.

Qazax, Yardımlı, İsmayıllı və Şamaxı meşə mühafizəsi və bərpası müəssisələrinin xidməti ərazisində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aparılan yoxlamalar zamanı həmin müəssisələrdə meşələrin qısa müddət ərzində qanunsuz qırılması, Şamaxı Meşə Mühafizəsi və Bərpası Müəssisəsində 27072000 manat dəyərində 32100 ədəd tingin mənimsənilməsi, həmçinin Yardımlı Meşə Mühafizəsi və Bərpası Müəssisəsində vətəndaş Aydın Ağayev tərəfindən 1,65 hektar meşə fondu torpaqlarının zəbt edilərək qanunsuz əsaslı tikinti işlərinin aparılması müəyyən edilmişdir. Materiallar Baş Prokurorluqda öyrənilmiş və göstərilən faktlar üzrə Azərbaycan Respublikası CM-in 179.2.1-ci, 179.2.2-ci, 179.2.3-cü, 188-ci, 259-cu, 308.1-ci və 313-cü maddələri ilə cinayət işləri başlanmışdır.

Cari ilin aprel ayında nazirliyin əməkdaşları tərəfindən Bakı şəhərində fəaliyyət göstərən mişar və ağac emalı sexlərində yerli meşə materiallarından istifadənin qanunauyğunluğu araşdırılarkən, “Bakı-Ət” Səhmdar Cəmiyyətinin həyətində vətəndaş S.İmanovun icarəyə götürdüyü sahədə 180,4 kubmetr həcmində 54483 yeni manat dəyərində, vətəndaş S.Rəhimovun icarəyə götürdüyü sahədə 102 kubmetr həcmində 34838 yeni manat ziyan dəyərində, fiziki şəxs Q.Həsənova məxsus ağac emalı sexində 201,5 kubmetr həcmində 79700 yeni manat dəyərində, “İlqar” firmasına məxsus ağac emalı sexində 44,4 kubmetr həcmində 14851 yeni manat dəyərində, “Ağçay-Urmiya” ltd-yə məxsus ağac emalı sexində 28,2 kubmetr həcmində 9445 yeni manat dəyərində, “Abadlıq” təmir-tikinti idarəsinə məxsus ağac emalı sexində 58 kubmetr həcmində 20495 yeni manat dəyərində və “MR-3” MMC-yə məxsus ağac emalı sexində 83,1 kubmetr həcmində 23594 yeni manatlıq qanunsuz yolla əldə edilmiş yerli meşə materialları aşkar olunmuşdur. Aşkar edilmiş faktlar üzrə Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən CM-in 194-cü və 259-cu maddələri ilə 10-a yaxın cinayət işi başlanmışdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən aprel ayında növbəti reyd zamanı Şəki Kommersiya Kontorunun ovçuluq və balıqçılıq klubunun xidməti ərazisində yerli və əcnəbi vətəndaşların qanunsuz ov etmələri faktı aşkar edilmişdir. Onlara Azərbaycan Respublikasının “Ovçuluq haqqında” Qanunun tələblərini pozmaları izah olunsa da, onlar nazirliyin əməkdaşlarına tabe olmamışlar. Şəki Rayon Polis Şöbəsinin əməkdaşları hadisəyə müdaxilə etdikdən sonra qanunu pozan ovçulardan 8 ədəd müxtəlif ov silahı götürülmüşdür. Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğunda CM-in 314-cü maddəsi ilə cinayət işi başlanmışdır.

Azərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ictimaiyyətini bir daha əmin edir ki, xalqımızın təbii sərvətlərinə, ətraf mühitə, onun fauna və florasına yönəldilmiş hər bir qanunazidd hərəkətin qarşısı qətiyyətlə alınacaq, belə cinayətə yol verən şəxslərin vəzifəsindən, mövqeyindən və keçmiş xidmətlərindən asılı olmayaraq, qanun qarşısında cavab verməsi təmin ediləcəkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər