TEHRANDA DƏNİZ VƏ LİMANLAR ÜZRƏ MÜŞTƏRƏK KOMİSSİYANIN İKİNCİ İCLASI BAŞA ÇATMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan ilə İran arasında Dəniz və Limanlar üzrə Müştərək Komissiyanın Tehranda keçirilən ikinci iclası başa çatmışdır.
Komissiya üç gün ərzində Xəzər dənizində axtarış-xilasetmə işlərinin birgə aparılması, limanlar arasında dostluq və əməkdaşlıq əlaqələrinin qurulması, limanlarda texniki təhlükəsizlik işlərinə qarşılıqlı nəzarət, dəniz suyunun çirklənməsinin qarşısının alınmasına dair dörd memorandum layihəsinin mətnini hazırlamışdır.
Layihələrdə göstərilir ki, hər iki tərəf bərabərlik prinsipləri ilə beynəlxalq dəniz qanunları və qaydaları əsasında qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsində maraqlıdır. Tərəflər yaxın günlərdə memorandum layihələrini baxılmaq üçün öz dövlətlərinin aidiyyəti qurumlarına təqdim etməlidirlər.
İclasın sonunda niyyət protokolu imzalanmışdır. Azərbaycan tərəfindən sənədi Dövlət Dəniz Administrasiyasının beynəlxalq əlaqələr sektorunun müdiri Fərhad Məmmədov imzalamışdır.
Razılaşmaya əsasən, komissiyanın növbəti iclası Bakıda keçiriləcəkdir. İclasın vaxtının müəyyən edilməsi ölkələrin diplomatik nümayəndəliklərinə həvalə edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:29]
® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib
- 08.06.2026 [18:03]
Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq
- 08.06.2026 [17:59]
® “AccessBank” taksi xidməti tenderi elan edir
- 08.06.2026 [17:53]
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
- 08.06.2026 [17:47]