Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Təhsil naziri və Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Operativ Qərargahda brifinq keçirib

Təhsil naziri və Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Operativ Qərargahda brifinq keçirib

Bakı, 7 may, AZƏRTAC

Mayın 7-də Nazirlər Kabineti yanında Operativ Qərargahda növbəti brifinq keçirilib.

AZƏRTAC xəbər verir ki, brifinqdə Təhsil naziri Ceyhun Bayramov və Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə tərəfindən hazırkı vəziyyətlə əlaqədar təhsil ictimaiyyətini maraqlandıran məsələlərə aydınlıq gətirilib.

Nazir Ceyhun Bayramov bildirib ki, iyunun 1-dən tədris prosesinin bərpa edilməsi nəzərdə tutulmur. Həmçinin dövlət bağçalarının yay aylarında açılması barədə qərar yoxdur.

Onun sözlərinə görə, 2019-2020-ci tədris ilinin ikinci yarımili üzrə şagirdlər arasında hər hansı qiymətləndirmə həyata keçirilməyəcək. Yəni şagirdlər və müəllimlər arasında kiçik və ya böyük summativ qiymətləndirmə aparılması planlaşdırılmır. Şagirdlərin illik yekun qiymətləndirmələrinin çıxarılması və növbəti sinfə keçirilməsi üçün onların 2019-2020-ci il tədris ilinin birinci yarımili üzrə nəticələri və qiymətləri əsas götürüləcək. Öz nəticələrindən razı olmayan şagirdlər nəticələri yaxşılaşdırmaq istəyirlərsə və ya hər hansı fəndən birinci yarımil üzrə qeyri-kafi qiymət alıblarsa, onlar tədris ili öncəsi məktəbə müraciət edərək yenidən qiymətləndirmədə iştirak edib öz qiymətlərini yaxşılaşdıra bilərlər.

“Bu dövrdə şagirdlərə məzmunun intensiv şəkildə çatdırılması həyata keçirilir. Bu, həm müəllimlər, həm də Təhsil Nazirliyi tərəfindən mərkəzləşmiş qaydada teledərslər vasitəsilə icra olunur. Təhsil Nazirliyi teledərslər vasitəsilə bu həftənin sonunadək 1200 dərsin yayımını həyata keçirib. “Virtual məktəb” layihəsinə qoşulmuş şagird və müəllimlərin sayı 900 minə yaxınlaşır. Bu məzmunun mənimsəmə səviyyəsini müəyyən etmək məqsədilə iyunda Təhsil Nazirliyi hər bir yaş qrupu üzrə 3 mindən 6 minə qədər şagird arasında onlayn formada ölçmələr, qiymətləndirmələr həyata keçirəcək. Burada məqsəd monitorinqdir. Proqramın mənimsəmə səviyyəsini müəyyən etmək istəyirik ki, növbəti aylarda, o cümlədən yay aylarında şagirdlərə dəstək mexanizmlərini daha uyğun formada təqdim edə bilək. Məqsəd ümumi təhsildə siniflər arasında, məzmun arasında varisliyi təmin etmək, növbəti tədris ilində şagirdləri maksimum şəkildə hazırlıqlı formada qəbul etməkdir”, - deyə Təhsil naziri bildirib.

Bu il birinci sinfə qəbulla əlaqədar 122 minə yaxın uşağın elektron formada qeydiyyatı yekunlaşıb. Biz növbəti aylar ərzində əlavə olaraq şagirdlərin elektron formada müraciət etməsini gözləyirik, bunun həyata keçirilməsində heç bir problem yoxdur və bu iş davam edəcək.

Tədris Azərbaycan dilində olmayan, digər dillərdə, əsasən rus dilində olan dövlət məktəblərinin birinci sinfinə qəbul olmaq istəyən uşaqlar müsahibə mərhələsindən keçməlidirlər. Bu qəbildən 9621 sorğu qəbul edilib ki, onların da növbəti mərhələdə müsahibəsi həyata keçirilməlidir. Müsahibələrə dair qeydiyyat mayın 20-dən etibarən başlanacaq. İyunda müsahibələrin onlayn və ya üzbəüz formatda keçirilməsi valideynlərin seçimi əsasında olacaq.

Lisey və gimnaziyalara növbəti tədris ili üçün qəbul avqustun ikinci yarısında keçiriləcək. İmtahanların ayrı-ayrı siniflər üzrə müxtəlif məktəblərdə təşkil olunması planlaşdırılır. Qeyd edək ki, lisey və gimnaziyalara qəbul 5-9-cu siniflər səviyyəsində həyata keçirilir.

Növbəti iki həftə üçün 1400-ə yaxın müəllimin daimiləşməsi nəzərdə tutulur.

İmtahanların keçirilməsi, ali təhsil sistemində yay imtahan sessiyasının təşkili, müxtəlif məqsədli müsabiqələrin həyata keçirilməsi - bütün bu tədbirlər mövcud vəziyyətə uyğun yeni qaydalara və normalara müvafiq həyata keçiriləcək.

Nazir, həmçinin bildirib: “Yeni normalar hazırlanıb. İlkin olaraq beynəlxalq təcrübə nəzərə alınmaqla Dövlət İmtahan Mərkəzi belə kütləvi tədbirlərin həyata keçirilməsinə dair yeni qaydalar hazırlayaraq Operativ Qərargaha təqdim edib. Operativ Qərargahda bu məsələlərə baxılıb. Tibb sahəsindən olan həmkarlarımız müvafiq təkmilləşmələr edərək sənədi təsdiq olunması üçün Nazirlər Kabinetinə təqdim ediblər. Yaxın günlərdə bu sənədin təsdiq edilməsi planlaşdırılır”.

Ali təhsil müəssisələrində tədris ilinin uzadılması nəzərdə tutulmur.

176 min tələbə kontingentinin 75 faizi onlayn təhsilə qoşulub. Ali təhsil müəssisələrinin sonuncu kursunda təhsil alan tələbələrin sosial təcrid dövründə iştirak edə bilmədikləri təcrübə onlardan tələb edilməyəcək.

DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə koronavirus pandemiyası dövründə Mərkəzin fəaliyyəti ilə əlaqədar tədbir iştirakçılarına məlumat verib. O bildirib ki, “koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə görülən işlər, Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejimi müddətinin daha da uzadılması, o cümlədən təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması DİM-in fəaliyyət istiqamətlərinə uyğun həyata keçirilən tədbirlərdə müəyyən dəyişikliklər aparılmasını zəruri edib. Yaranmış vəziyyətlə əlaqədar buraxılış və qəbul imtahanları qaydalarında müəyyən dəyişikliklərin edilməsi də nəzərdə tutulur”.

Daha sonra M.Abbaszadə 2020-ci ildə keçiriləcək imtahan və tədbirlərə dair aşağıdakı müvəqqəti müddəaları təqdim edib.

Bildirib ki, bütün imtahanlar yeni sanitar-gigiyenik qaydaları əsasında aparılır. İmtahan zallarında 15 nəfərdən çox olmamaq şərti ilə hər masa arxasında 1 şagird (abituriyent) əyləşir.

IX sinif buraxılış imtahanlarının iyun ayında bir mərhələdə bu imtahanın II mərhələsinin modeli əsasında keçirilməsi planlaşdırılır. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarından asılı olaraq imtahanların bölgələr üzrə keçirilmə ardıcıllığı müəyyən olunacaq. İmtahana buraxılış vərəqələri imtahan günündən 5-7 gün əvvəl DİM-in saytında yerləşdiriləcək.

Martın 1-də Bakı, Şirvan və Naxçıvan Muxtar Respublikasında I mərhələ üzrə imtahan vermiş məzunların imtahan nəticələri elmi-statistik hesablamalar tətbiq edilməklə 100 bala uyğunlaşdırılacaq.

Digər bölgələr üzrə məzunlar yalnız imtahanın II mərhələsində iştirak edəcəklər. Bu mərhələ üzrə maksimal bal hər fənn üzrə 70 deyil, 100 ballıq şkalaya uyğun hesablanacaq.

Nəticələri I mərhələ imtahanı əsasında hesablanmış məzunlar qiymətlərindən narazı olduqları halda II mərhələ imtahanında iştirak edə bilərlər.

Buraxılış imtahanı proqramlarından martın 1-dən sonra tədris olunan mövzular çıxarılır və imtahanlarda həmin mövzuların qiymətləndirilməsi nəzərdə tutulmur.

Bu il və əvvəlki illərdə üzrlü səbəbdən buraxılış imtahanlarında iştirak edə bilməyən məzunlar sentyabr ayında təşkil ediləcək imtahanlarda iştirak edə bilərlər.

XI sinif buraxılış imtahanlarının iyun ayı ərzində təşkil edilməsi planlaşdırılır. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarından asılı olaraq imtahanların bölgələr üzrə keçirilmə ardıcıllığı müəyyən olunacaq. İmtahana buraxılış vərəqələri imtahan günündən 5-7 gün əvvəl DİM-in saytında yerləşdiriləcək.

Buraxılış imtahanı proqramlarından martın 1-dən sonra tədris olunan mövzular çıxarılır və imtahanlarda həmin mövzuların qiymətləndirilməsi nəzərdə tutulmur.

Məzunlar buraxılış imtahanında əvvəlki illərdə olduğu kimi hər fənn üzrə maksimum 100 bal toplaya bilərlər.

Tədrisi Azərbaycan dilindən fərqli dildə olan məktəblərin 9-cu sinif şagirdləri üçün Azərbaycan dili (dövlət dili kimi) imtahanı iyun ayı ərzində kağız daşıyıcılar vasitəsilə keçirilir. Tədrisi Azərbaycan dilindən fərqli dildə olan məktəblərin 11-ci sinif məzunları üçün imtahan evdən onlayn və ya imtahan mərkəzlərində elektron və ya kağız daşıyıcılar vasitəsilə keçiriləcək. İmtahanda evdən onlayn iştirak etmək istəyən məzunlar müəyyən ediləcək texniki şərtlərə malik olmalıdırlar.

Tədrisi Azərbaycan dilindən fərqli dildə olan məktəblərin 11-ci sinif şagirdləri üçün Azərbaycan dili (dövlət dili kimi) imtahanı üzrə mayın 20-dən etibarən onlayn sınaq imtahanları keçiriləcək.

Bu imtahanlarda cari ilin məzunları və mayın 20-dək ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ərizələrini təsdiq etmiş abituriyentlər (ötən illərin məzunları) iştirak edə biləcəklər.

Ümumi (9-cu sinif) orta təhsil bazasında kolleclərə qəbul yalnız buraxılış imtahanlarının II mərhələsinin nəticəsi əsasında aparılacaq.

Bu il 19 mindən artıq abituriyent kolleclərə qəbul olmaq üçün ərizəsini təsdiq edib, onlardan 1 mart 2020-ci il tarixində buraxılış imtahanında (I mərhələ) iştirak etmiş 4000 abituriyent müsabiqəyə qatılmaq üçün mütləq buraxılış imtahanının II mərhələsində iştirak etməlidirlər.

Tam (11 illik) orta təhsil bazasında kolleclərə sənəd qəbulu onlayn şəkildə 12 may - 5 iyun tarixlərində təşkil ediləcək.

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin sənəd qəbulu onlayn şəkildə 12 may - 5 iyun tarixlərində aparılır.

Qəbul imtahanlarının iyulun 20-dən sonra 1 dəfə keçirilməsi nəzərdə tutulur. Əvvəlki illərdə olduğu kimi, müsabiqə buraxılış və qəbul imtahanlarında toplanılan ballar əsasında 700 ballıq şkala əsasında aparılacaq.

I-IV ixtisas qruplarının biri üzrə imtahanda iştirak etmiş abituriyentlər, eyni zamanda, V ixtisas qrupu üzrə müsabiqədə iştirak edə bilərlər (qabiliyyət imtahanında müvəffəqiyyət qazanmaq şərti ilə).

Qəbul imtahanı proqramlarından martın 1-dən sonra tədris olunan mövzular (11-ci sinfə aid) çıxarılır və imtahanlarda həmin mövzuların qiymətləndirilməsi nəzərdə tutulmur.

Magistraturaya onlayn ixtisas seçimi qəbul planı təsdiq olunduqdan sonra aparılacaq.

Dövlət qulluğuna qəbul imtahanları avqust ayından başlayaraq ayda iki dəfə Bakıda və DİM-in regional bölmələrində oflayn qaydada kompüterlər vasitəsilə keçiriləcək.

Müsahibələr onlayn olacaq. Müsahibələrin cədvəli müvafiq dövlət orqanları ilə razılaşdırıldıqdan sonra elan olunacaq. İlk növbədə, karantin rejimi ilə əlaqədar təxirə salınmış 32 dövlət orqanı üzrə müsahibələr keçiriləcək.

Sertifikatların verilməsi fərdi qaydada bildiriş əsasında həyata keçirilir.

Mayın 18-dən etibarən elektron növbə əsasında DİM-in inzibati binalarında vətəndaşların qəbuluna başlanılacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çexiya Vışeqrad dördlüyündə sədrliyi təhvil verir

Türkiyə millisinin qapıçısı: Bizim üçün dua edən hər kəsə minnətdarıq

Ərdoğan: Azərbaycanın qələbəsi Türkiyənin vicdanından Boraltan ləkəsini sildi

Ağstafada 3500 il əvvələ aid Qafqazda ilk ritual ibadətgah yeri tapılıb- FOTO

Dövlət Departamenti: NATO sammiti çərçivəsində Azərbaycanla Ermənistan arasında görüş istiqamətində işləməyə davam edəcəyik

Lənkəranda minik avtomobili velosipedçini vurub

Avro-2024: Türkiyə millisi 1/4 finala vəsiqə qazanıb YENİLƏNİB 5

İmişlidə piyadanın ölümü ilə nəticələnən qəza baş verib

İran səfirliyi Azərbaycan dövlətinə təşəkkür edib

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Vətəndaş Həmrəyliyi Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Ağ Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Respublikaçı Alternativ (REAL) Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

“Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 21 iyun tarixli 1178-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının bəzi normativ xarakterli aktlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi seçki dairələri üzrə seçki məntəqələri ilə bağlı tədbirlərə dair Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 27 iyun tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Hindistanda dini ibadətgahdakı izdihamda ölənlərin sayı 116-ya çatıb

Salyanda minik avtomobilləri və traktor toqquşub, yaralılar var

Avro-2024: Avstriya və Türkiyə yığmalarının start heyətləri açıqlanıb

Avro-2024: Niderland millisi darmadağınla 1/4 finala vəsiqə qazanıb

Azərbaycan güləşçisi Avropa üçüncüsü olub

Azərbaycan Türkiyənin ən böyük qaz tədarükçüsü olub

“Azərbaycanda “Koroğlu” araşdırmaları: dünən və bu gün” monoqrafiyası çapdan çıxıb

Avropa çempionatı: Azərbaycan güləşçisi finala vəsiqə qazanıb

Polis işçilərinin peşə bayramı Naxçıvanda da qeyd edilib

Deputat: Azərbaycan polisi peşəkarlığına görə yalnız regionun deyil, Avropanın bir sıra aparıcı ölkələrinin təhlükəsizlik orqanlarını da üstələyir

Neftçalada bir qrup polis əməkdaşı təltif olunub

DİM: 13 min 484 nəfər ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub

Macarıstan Ukrayna ilə qlobal əməkdaşlıq sazişi imzalamaq istəyir

Xalq yazıçısı Elmira Axundovanın kitablarının təqdimatı keçirilib

Təlimlərin ikinci günü: Media nümayəndələri ilkin tibbi yardım barədə məlumatlandırılıblar

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tbilisiyə rəsmi səfər edəcək

Azərbaycan Polisi Günü Göyçayda da qeyd olunub

Gəncə Dövlət Universitetində tədbir: Qərbi Azərbaycana qayıdış

Britaniyada 1,8 milyon tələbənin azı 50 min funt-sterlinqlik borcu var

Qərbi Azərbaycan İcmasında yerli rayon icmalarının cari ilin birinci yarımilliyi üçün hesabat iclası keçirilib

Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edib

“BakıKart” nağdsız elektron ödəniş alətinin adından dələduzluq kampaniyası həyata keçirilir - XƏBƏRDARLIQ

® "Azercell" yeni "Smartfon" kampaniyasını təqdim edir!

Azərbaycan mobil internetə qoşulma üzrə beynəlxalq göstəricilərdə irəliləyib

Elektron Təhlükəsizlik Xidməti “Qarabağ” Futbol Klubunun əməkdaşları üçün maarifləndirmə tədbiri keçirib

"CESI" şirkətinin icraçı direktoru ilə “yaşıl enerji dəhlizi” üzrə əməkdaşlıq müzakirə olunub

Dövlət Ehtiyatları Agentliyi yerli ərzaqlıq buğdanın tədarükünü elan edir 

Daşkəsən rayonunda sel müşahidə olunur VİDEO

“Orqanik Naxçıvan”a məxsus 750 hektardan artıq sahədə taxıl biçini aparılır

Paytaxtın Əbdürrəhim bəy Haqverdiyev küçəsində avtobus zolağı təşkil edilib

Azərbaycan polisi məsuliyyətli və şərəfli vəzifəsinin öhdəsindən bacarıqla gəlir

İtaliyalı jurnalist Azərbaycanda tolerantlıq mühitinin qorunması və təbliği ilə bağlı görülən tədbirlər barədə məlumatlandırılıb

Nəqliyyat sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

“Azərbaycan Dəmir Yolları” ilə sərnişin daşınması 20 faiz artıb

Azərbaycan polisi ölkədə təhlükəsizliyi və asayişi uğurla təmin edir

Qərbi azərbaycanlı professor: Azərbaycan Prezidentinin müdrik siyasəti sayəsində qayıdış arzumuza çatacağımıza inanırıq

UNEC Abituriyent Məsləhət Mərkəzində 100-dən çox abituriyentə dəstək göstərilib

Hindistanda dini ibadətgahda baş verən izdihamda 107 nəfər ölüb

Daxili işlər orqanları asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir

Azərbaycan-İsrail əlaqələrindən bəhs edən kitabın təqdimatı olub

Gəncədə bir qrup polis işçisi peşə bayramı münasibətilə təltif edilib

Bakı İlahiyyat Kollecinin loqo müsabiqəsinin qalibi müəyyənləşib

Füzuli və Xocavənd rayonlarına mediatur təşkil olunub - YENİLƏNİB VİDEO

Keniyada hökumət əleyhinə nümayişlər yenidən başlayıb

Yeni sorğu Qazaxıstan Prezidentinə yüksək ictimai dəstəyi təsdiqləyir

Bu ilin 6 ayında miqrasiya qanunvericiliyini pozan 1 122 əcnəbi Azərbaycanın hüdudlarından kənara çıxarılıb

Məktəb-studiyanın yekun konserti olub

“Sabah” basketbol klubu dünya çempionatının iştirakçısını transfer edib

Rəsədxananın əməkdaşı beynəlxalq konfransda çıxış edib

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib VİDEO

Media nümayəndələrinin COP29-da iştirakı üçün akkreditasiya portalı istifadəyə verilib

Azərbaycan səfiri etimadnaməsini Konqo Prezidentinə təqdim edib

Zəngilan, Laçın və Füzulidə “Ümid dolu sabahlar” adlı layihəyə başlanılıb

BMT-nin Baş katibi: Əminəm ki, Qazaxıstan Azərbaycanda keçiriləcək Tərəflər Konfransında üzərinə düşən rolunun öhdəsindən layiqincə gələcək

AzMİU ilə Üsküdar Universiteti arasında əməkdaşlıq qurulacaq

AİJA-nın prezidenti: AIPS-in yaradılması gününü bütün dünya ölkələri qeyd edir

Leyboristlər Partiyasının lideri donorlardan 76 min funt sterlinqlik hədiyyə qəbul edib

AIPS-in yubiley tədbiri keçirilib, AZƏRTAC “İlin ən yaxşı informasiya agentliyi” mükafatına layiq görülüb VİDEO

Azərbaycan ilə NATO arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

MSK sədri: Naxçıvanda seçki məntəqələrində bir sıra problemlər var VİDEO

Qarabağ Universitetinə prorektor vakansiyaları elan olunur

MSK-da REAL-ın, Ağ Partiyanın və Vətəndaş Həmrəyliyi Partiyasının müraciətlərinə baxılıb

İlanın ağından da, qarasından da... qorunmaq lazımdır

Rövzət Qasımov: Bəzi seçki məntəqələrinin hüdudlarında dəyişiklik edilməsinə əsaslar yaranıb

Uşaqlar nə üçün qaranlıqdan qorxur ?

ABŞ-ın Şimali Dokota Universitetinin professoru BDU-da elmi seminar keçirib

Dövlət Komitəsində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

Test imtahanında müvəffəqiyyət qazanmış şəxslərin sertifikat əldə etmək üçün qeydiyyatına başlanılıb

Pakistanın səfiri Bilal Hayenin Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb

Çinin BYD şirkəti ilə əməkdaşlığa dair sənədlər imzalanıb

İmişlidə bir qrup polis əməkdaşı təltif olunub

İRİA ekosistemin inkişafına təkan verəcək “Ecosystem Map” və digər layihələrini təqdim edib

Sabiq kəşfiyyat rəisi Niderlandın yeni Baş naziri olub

“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında informasiyanın texniki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Özbəkistan Prezidenti Astanada ŞƏT-in sammitində iştirak edəcək

“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Metropolitendə aylıq sərnişindaşıma ilk dəfə pandemiyadan əvvəlki dövrdən çox olub

“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qabal kəndində gənclərə Azərbaycan-Gürcüstan dostluğu barədə məlumat verilib

“Azərtütün” ASC-nin emal məntəqələri bu günədək istehsalçılardan 476,4 ton yaş tütün qəbul edib

“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında rəqəmsal ticarət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Yay Təcrübə Proqramı çərçivəsində tələbələr üçün yay düşərgəsi keçirilir

“Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Moldova Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bakı Metrosunda QR bilet istifadəçilərinin sayı 1 milyonu ötüb