MƏDƏNİYYƏT
TƏLƏBƏ RƏSSAMLARIN İLK SƏRGİSİ AÇILMIŞDIR
Bakı, 24 aprel ( AZƏRTAC). Azərbaycan Memarlıq və İnşaat Universitetinin sərgi salonunda bu ali təhsil ocağının nəzdində fəaliyyət göstərən İnşaat Kolleci tələbələrinin fərdi yaradıcılıq sərgisi açılmışdır.
Sərgidə tələbə rəssamların 75-ə yaxın əl işləri nümayiş etdirilir.
Tədbirdə İnşaat Kollecinin direktor əvəzi İsmayıl Çobanzadə, universitetin prorektoru Nərgiz Abdullayeva və başqaları çıxış edərək tələbələri sərginin açılışı münasibətilə təbrik etmiş, onlara yaradıcılıq uğurları arzulamışlar.
Mayın 3-dək davam edəcək sərgidə tələbələrin təsviri incəsənət və memarlıq üslubunda çəkdikləri rəsmlər yer almışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.05.2024 [20:57]
Malayziyalı tələbələr Azərbaycan mədəniyyəti haqqında məlumatlandırılıblar
- 21.05.2024 [19:49]
Füzuli Dövlət Dram Teatrında hazırlanan uşaq tamaşasının premyerası olacaq
- 21.05.2024 [19:18]
Yuliys Straume-150: Naxışlar fərqli mədəniyyətlərdə
- 21.05.2024 [18:24]
Mədəniyyət naziri tacikistanlı həmkarı ilə görüşüb
- 21.05.2024 [13:26]