Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

TELEVİZİYA EKRANI QARŞISINDA ƏSRİN FACİƏSİ

Fevralın 26-da Azərbaycan televiziyası ilə Xocalı soyqırımı haqqında “Əsrin faciəsi” adlı növbəti veriliş efirə getmişdir. Həmin verilişin mətnini oxuculara təqdim edirik. 

APARICI: 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda sanki dünyanın sonu idi. O gecə hər yerdən əlləri üzülən xocalılılar ancaq Tanrıdan ümid diləyirdilər. Çünki onların harayı heç yerə çatmırdı, Qarqarın sularında əriyib itirdi. Hec Şuşa qalasından da səs-səmir gəlmirdi. Xocalı öz qanında boğulurdu. Bakıda isə mənfur planlar cızılırdı. Tökülən qanlar bahasına bir qrup öz kreslosunu xilas etmək, başqa bir qrup isə vəzifə qamarlamaq istəyirdi. Beləcə, Bakıda oturan başbilənlərimizin və meydan qəhrəmanlarımızın maraq və mənafeləri Xocalının faciələr müstəvisində gəzişirdi. Ona görə də tariximizə yazılacaq bu dəhşətli qırğından çoxları narahatlıq keçirmirdi. Bu şəraitdən isə erməni faşistləri daha çox yararlanmağa çalışır, Azərbaycan xalqına qarşı əsrlər boyu içlərində bəslədikləri düşmənçilik xislətini bir gündə reallaşdırmaq istəyirdilər.

XOCALI SAKİNİ (yaşlı qadın): Günahkar Ayaz Mütəllibovdur, Azərbaycan qadınlarını ermənilərin əlinə verən odur. Milləti o qırdırdı. Onun da övladları erməni əlinə düşsün, arvadı da, bacısı da, anası da bizim günümüzə düşsün.

CAVİD ƏLİYEV (rayon rabitə şöbəsinin rəisi): Ayaz Mütəllibovun dövründə Mərkəzi Komitəyə teleqramlar, müraciətlər göndərsək də, heç bir nəticə vermirdi. Sonra Xalq Cəbhəsi gəldi, Rəhim Qazıyev, Fəhmin Hacıyev... Rəhim Qazıyevi Şuşaya göndərdilər. Ermənilər Daşbulaqdan, Mehdikənddən, Noragüğdən bizə minomyotlardan, raket qurğularından tez-tez atəş açırdılar. Bizim əhali müraciət etdikdən sonra Rəhim Qazıyev gəlib Şuşada oturdu. Oradan bizə zəng vuraraq, - şəxsən mən özüm onunla danışmışam, onda rabitə qovşağının rəisi işləyirdim, - dedi ki, əgər Stepanakertdən Xocalıya bir güllə atsalar, mən Stepanakertin altını üstünə çevirəcəyəm. Fəhmin də Ağdamda idi. Xocalı faciəsi günü mən özüm ratsiya vasitəsilə Şuşa ilə əlaqə saxladım. Rəhim Qazıyevi tapa bilmədik, ratsiyaya gəlmədi, gizləndi. Vəzifəlilər, cavabdeh şəxslər batalyon komandirlərinə icazə verməmişdilər ki, onlar ermənilərə atəş açsınlar.

Mən Ağdamla əlaqə saxladım. Orada cavabdeh şəxslərin heç biri ratsiyaya gəlmədi. Bizim əhalidən orada olanlarla, kənd sakinləri ilə danışdım. Onlar dedilər ki, burada özbaşınalıqdır, heç bir hakimiyyət yoxdur. Fəhmin də öhdəsində olan “Qrad” qurğularını götürərək Ağcabədiyə gedibdir. Haradasa 9, yaxud 12 “Qrad” qurğusu olubdur. Onların birindən də bir atəş açılmamışdı.

ZÜLFÜ QASIMOV (Ağdam rayon sakini): Mən o vaxt Ağdam rayon icra hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini işləyirdim. Fevralın 25-dən 26-na keçən Xocalı soyqırımının baş verdiyini eşidəndə, əvvəlcə, faciənin miqyasını dərk etmirdik. Kifayət qədər məlumat gəlmirdi. Deyirdilər ki, orada bir-iki nəfər ölüb və sair. Amma ertəsi gün orada nə baş verdiyi bizə aydın oldu. Ermənilər doğrudan da Xocalını yer üzündən silməyi, əhalini kütləvi şəkildə qırmağı qarşılarına məqsəd qoymuşdular. Həmin dövr Ağdam rayonunda rəhbər işçilərin dəyişdirilməsi, o zonada özbaşınalıq, qarşıdurma yaradılması və xocalılılara kömək göstərilməsinin qarşısının alınması kimi qiymətləndirilməlidir. Bu, yolverilməz hal idi.

APARICI: Xocalı faciəsi, Xocalı dəhşəti erməni xislətini bir daha açıb dünyaya göstərdi. Əsrlər boyu suyunu içdiyi, çörəyini yediyi, torpağında gəzdiyi bir millətə ermənilərin belə amansız qəddarlığı, ölçüyəgəlməz qansızlığı dünyanı heyrətə saldı. Amma “sapı özümüzdən olan baltalar” faciənin qisasını almaq əvəzinə, siyasi avantüranı üstün tutdular. Millətin qanı üzərindən keçib hakimiyyətə gəlmək ənənəsinin növbəti mərhələsi başlandı.

20 Yanvar faciəsi nəticəsində hakimiyyətə gələn Mütəllibov Xocalı soyqırımı ilə prezidentlik kreslosundan əl çəkirdi. Vəzifə hərisləri üçün yeni meydan açılırdı. Bu vəzifə hərisləri isə Ağdam istiqamətində çöllərə səpələnmiş dinc əhalinin harayına yetmək əvəzinə, prezident kürsüsünə yiyələnmək istəyirdilər. Xocalı sakinlərinin Qarabağı titrədən, göynədən naləsini Bakı siyasiləri kar olmuş kimi eşitmədilər. Xocalılıların harayına yetən yenə də xalq oldu. Ağdamın və ətraf rayonların camaatı fevralın 26-dan 28-nə kimi meşələrdə xocalılıları axtarırdılar.

FİLMAN ABBASOV (keçmiş döyüşçü): Çox yaxşı xatirimdədir, fevralın 25-də komandirim Şirin Mirzəyev mənə xəbər verdi ki, - o vaxt mən sol bölgədə komandir idim, - orada vəziyyət gərgindir. Təcili olaraq bir rota ilə oraya gedib vəziyyəti yerində öyrən. Mən tez uşaqları yığdım, Abdal, Gülablı meşəsi ilə Xocalı tərəfə çıxdıq. Orada qar dizdən idi. Çox çətinliklə də olsa, Bəy bulağının, erməni kəndinin üstündən Haroy yalına keçdik. Meşələrdəki insanların ah-naləsindən adamın tükləri ürpəşirdi. Uşaqlarımıza əmr verdim ki, meşədə insanlar qalmasın.

Oradakı erməni kəndləri arasından keçməli idik. Dedim, çalışın ki, yönünüz həmin kəndlərə düşməsin, yaralıları salamat çıxarda bilək. 4 qrup ayırdım. Ratsiya ilə əlaqə saxlamaqla aralandıq. Qarov tərəfdən özümüz endik. Quşçular, Malıbəyli kəndlərinin sakinləri çıxarılanda da biz orada olmuş, kənd əhalisinə kömək etmişdik. Ona görə də bilirdim ki, haradan getmək olar. Meşəyə girəndə gördüklərimizə inanmadıq. Qadın, uşaq, ağsaqqal - hamısı yanyana döşənmişdi. Hamısını qırmışdılar. Ratsiya ilə əlaqə saxladıq. Uşaqlar da dedilər ki, vəziyyət pisdir. Tək-tük qaçıb qurtara bilənlərin ayaqları donmuşdur. Göstəriş verdim ki, onlara kömək edin, yardım göstərin. Əlavə kömək çağırdım. Sağ-salamat olanları orada qoymadıq. Ancaq az adam salamat qalmışdı. Bu vəziyyəti sözlə ifadə etmək mənə çətindir. Öz gözlərimlə gördüm ki, orada insanlar, əsasən də körpələr nə vəziyyətə düşmüşdülər. Nə 3-5 yaşında qız uşağına, nə 70-90 yaşında ağsaqqallara aman verməmişdilər. Bu, açıq-aydın soyqırmı bütöv bir xalqın kökünü kəsmək demək idi. Elə bil, bunlara göstəriş verilmişdi ki, silahsız, köməksiz insanları məhv edin, nəslini kəsin.

XOCALI SAKİNİ: Azərbaycan xalqını bu fəlakətdən yalnız Heydər Əliyev qurtara bilər. Qarabağ əhalisi ancaq Heydər Əliyevə müraciət etməlidir ki, bizi bu bəladan qurtarsın. Bizə ancaq Heydər Əliyev lazımdır. Ayaz Mütəllibov kimisindən dövlət başçısı ola bilməz. O, rusların agentidir. Hansı erməniyə əsir düşürsənsə, deyir: “Ayaz Mütəllibov torpaqları satıb, özünüzü niyə qırdırırsınız”.

YAVƏR ƏZİMOV (Xocalı sakini): Rəhbərlik zəiflik göstərdi. Lap açıq deyək, biz orada hər şeyi müşahidə edirdik. Görürdük ki, hansı rəhbərin dövründə necə vəziyyət yaranır. Ermənilər də bu vəziyyətdən istifadə etdilər. Gördülər ki, bizim tərəfimizdən onlara təzyiq göstərən rəhbərlik, qüvvə yoxdur, rəhbərlərimiz ermənilərin dedikləri ilə razılaşırlar. Ona görə də onlar öz qatı düşmənçilik hərəkətlərini daha da gücləndirirdilər. Həmin vaxt hakimiyyətdə Mütəllibov idi.

Xocalını niyə məhv etdilər? Əhalisini niyə qırdırdılar? Nə üçün respublika bizə, Xocalı əhalisinə kömək etmədi? Əgər o vaxtkı rəhbərlik Xocalının, onun sakinlərinin qayğısına qalıb şəhəri müdafiə etsəydilər, bu gün bəlkə də Dağlıq Qarabağ Azərbaycanın idi. Ancaq o vaxt bizə yiyəlik etmədilər. O vaxt Mütəllibovun rəhbərliyinin zəifliyi, maymaqlığı və hakimiyyətə gəlmək istəyən qüvvələrin xalqın mənafeyinə zidd hərəkətləri ucbatından başımıza bu oyunlar gəldi. Yaxşı yadımdadır ki, Rəhim Qazıyev gəlib Şuşada oturmuşdu. Fəhmin Hacıyev Ağdamda idi. Onlar bütün qüvvələri əllərinə almışdılar. Xocalıdan çıxanda bizə heç bir kömək etmədilər. Rəhim Qazıyev deyirdi ki, əgər Şuşa getsə, mən başıma bir güllə vuracağam. Xocalı veriləndə Şuşadan ermənilərə tərəf bir güllə də atılmadı. Ağdamda Fəhmin Hacıyevin nəzarəti altında olan dəstədən də bizə heç kəs kömək etmədi. Xocalıda bu faciə baş verdi.

APARICI: Xocalının süqutu bir günün, iki günün işi deyildi. Xocalının süqutuna 1988-ci ildən başlayan uzun və ağrılı bir yol gəlirdi. Ermənilər yaşayan qonşu Mehdikənd, Noragüğ kəndləri istiqamətindən Xocalı şəhəri tez-tez atəşə tutulurdu. 1991-ci il oktyabrın 29-da Xocalıdan Yevlaxa uçan AN-2 təyyarəsi qəzaya uğradıqdan sonra reyslərin sayı azaldı.

1991-ci ildə Xocalıya rayon statusu verildi. Amma Xocalıya rayon statusu verənlər artıq şəhərin də süqutuna fərman vermişdilər. Status məsələsi, sadəcə, gözdən pərdə asmaq, xocalılıları sakitləşdirmək məqsədi daşıyırdı. Noyabrın 28-də Ağdam-Xocalı yolu Əskəran istiqamətində bağlananda Mütəllibov iqtidarının buna heç bir reaksiyası olmadı, əməli iş görülmədi. Noyabr ayından fevraladək dörd ay ərzində bir dəfə də olsun həmin avtomobil yolunun açılması üçün cəhd edilmədi. Nəhayət, 1992-ci il fevralın 13-də Xocalıya axırıncı vertolyot uçdu. Şəhərin 5 minlik dinc sakini mühasirəyə düşdü. 13 gün mühasirə şəraitində yaşayan xocalılılar heç bir itki vermədən müdafiə olunurdular. Amma düşmən müqayisəyə gəlməyən üstünlüyə malik idi. Fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhəri yerlə-yeksan edildi.

XOCALI SAKİNİ (qadın): Bütün Xocalı camaatı müraciət edir, biz Azərbaycan torpağında yaşamırıq. Azərbaycanın rəhbərlərində qeyrət yoxdur. Bizi bu şaxtalı günlərdə qırdılar. Ev-eşiyimizi yandırdılar, körpələrimizi qırdılar, hamını vəhşicəsinə öldürdülər. Biz Azərbaycan torpağında yaşamırıq.

XOCALI SAKİNİ (yaşlı qadın): Belə namussuz, qeyrətsiz rəhbərlər olar? Günahsız uşaqları qırğına verdilər. Belə hökumətə ar olsun. Camaat canını xilas etmək üçün çılpaq halda meşələrə qaçıb.

NOFƏL MİRZƏLİYEV (Ağdam rayon icra hakimiyyəti başçısının birinci müavini): O vaxt insanları bir-birindən uzaqlaşdırmaq məqsədi ilə, bəlkə də, rayonun daxilində böyük bir faciə yaratmaq üçün müxtəlif işlərə əl atırdılar. Həmin dövrdə Səyyaf Verdiyev icra hakimiyyətinə başçılıq edirdi. Ədalət naminə deyim ki, doğrudan da bütün varlığı ilə çalışırdı ki, nə isə etsin, Xocalıya hansısa kömək göstərsin. O vaxt Ağdamın özündə bir o qədər çətinlik yox idi. Ermənilər hələ xocalılılarla vuruşurdular. Ancaq bunun ağrı-acıları ağdamlılara da gəlib çatırdı. Səyyaf Verdiyev Cəlilabada getmişdi ki, oradan texnika alıb gətirsin, kömək məqsədi ilə biz də nə isə edək.

O vaxt iki nəfər gələrək Musa Məmmədovu aeroport binasının arxa otağına çəkdilər. Nə danışıb, danışmadıqlarını bilmirəm. Onlar otaqdan çıxandan sonra vertolyotun səsi gəldi. Səyyaf müəllim vertolyotdan çıxdı. Musa Salamoviç onu bir kənara çəkərək nə isə dedi. Səyyaf müəllim mənim maşınıma əyləşərək getdi. Musa Məmmədovdan soruşdum ki, nə olub, nə məsələdir? O, mənə dedi ki, Səyyaf Verdiyevi vəzifədən çıxarıb, yerinə Gündüz Axundovu təyin ediblər.

Düzü, Gündüz Axundovla bizim yaxınlığımız, dostluğumuz vardı. Mən çox məəttəl qaldım ki, axı, bu, təcrübəsiz adamdır. İndi Qarabağın, Ağdamın qaynar bir vaxtıdır. Ağdamda vəziyyəti idarə etmək son dərəcə çətindir. Bir tərəfdən də Xocalı fəlakət qarşısındadır. Belə bir anda bu nə dəyişiklikdir, bundan nə kimi xeyir gələ bilər? Nəticə nə oldu? O oldu ki, bir gün sonra Xocalını yerlə-yeksan etdilər.

Mən bir faktı da deyim. Xocalı faciəsinə 2-3 gün qalmışdı. Gecə milis rəisinin otağında yığışdıq. O müşavirədə Musa Məmmədov da iştirak edirdi. O vaxt bizim milis rəisimiz vardı, Allah ona rəhmət eləsin, familiyası Məmmədov idi, adı yadımdan çıxıbdır. Bizim batalyon komandirlərinin altısı da orada idi. Orada plan hazırlandı ki, gecə saat dördə yaxın Xocalıya üç istiqamətdən hücum edək. Dinc əhalini oradan çıxardaq ki, tələfat olmasın. Saat on ikiyə on beş dəqiqə qalanda gəlib Fəhmin Hacıyevə dedilər ki, səni hökumət telefonuna çağırırlar. O, getdi. 10-15 dəqiqədən sonra bikef qayıtdı. Soruşduq ki, nə olub, dedi ki, düşündüyümüz əməliyyata Bakıdan icazə vermədilər. İçəridə böyük qalmaqal baş verdi. Hərə bir tərəfdən soruşdu ki, axı, nə səbəbə icazə vermədilər? Axı, hər şey qabaqcadan hazırlanmışdı, düşünülmüşdü. Əhalini Xocalıdan çıxarmaq lazım idi. Fəhmin dedi ki, əməliyyat olmayacaq, baş tutmayacaq.

Bu məsələ indiyə qədər də sirr olaraq qalır. Fəhminin məhkəməsi getdi, mühakiməsi oldu. O vaxt heç kəs ondan da soruşmadı ki, bu göstərişi sənə verən kim idi, yəni səninlə hökumət telefonunda danışan kim idi. O hücum əməliyyatı aparılsaydı, düzdür, itki də ola bilərdi, amma bəlkə də Xocalı camaatını xilas etmək olardı. Bizim yüzlərlə qadınlarımız, qızlarımız əsir düşməzdi.

APARICI: 1992-ci il fevralın 25-dən 26-na keçən gecə əsrin faciəsi baş verdi. Xocalı şəhəri darmadağın edildi. 613 nəfər dinc sakin həlak oldu. 1275 nəfər mülki şəxs əsir düşdü, 7 ailə tamamilə məhv edildi. 230 ailə başçısını itirdi, 200 nəfərdən artıq adam əlil oldu. Ölənlərin və əlil olanların əksəriyyəti azyaşlı uşaqlar idi.

XOCALI SAKİNİ: Azərbaycan xalqı sahibsizdir. Xalqımız öz sahibini istəyir. Heydər Əliyev gəlsin. Ayaz bizim sahibimiz deyil, o bizim düşmənimizdir. O, bizim yurd-yuvamızın dağılmasına səbəb oldu. Baxın görün, ermənilər körpələrimizi necə öldürüblər. Qızlarımızı görün nə günə salıblar. Ayaz Mütəllibov Azərbaycan xalqının düşmənidir. Onun fərsizliyindən ev-eşiyimiz dağıldı, cavanlarımız, qocalarımız erməniyə əsir düşdü.

20 Yanvar hadisəsini törədən, burada vertolyotu vurduran, kəndlərin yandırılmasında günahkar Ayaz Mütəllibovdur.

 

RÖVŞƏN ŞÜKÜROV (Ağdam rayonunun sakini): Ermənilər orada uşaqdan böyüyə qədər hamını qırmağı qarşıya məqsəd qoymuşdular və buna müəyyən qədər nail oldular. Mən Ağdamdan bir adam tanıyıram, bənnadır, adı Nəsibdir. Onun 62 yaşında bir qardaşı orada qalmışdı. Sonra onu ermənilərdən aldılar. O kişinin ailəsindən 27 nəfərin hamısını qırmışdılar. Təkcə özü qalmışdı. Ona görə onu saxlamışdılar ki, o yaşlı idi. Onun oğlanlarını da, gəlinlərini, qızlarını, nəvələrini də öldürmüşdülər. O vaxt Ağdamda vəziyyət belə idi ki, günaşırı kimisə vəzifəyə qoyurdular, kimisə vəzifədən çıxarırdılar. Elə bil ki, dövlətin o vaxtkı vəzifəsi bu idi. Ciddi bir tədbir haqqında fikirləşən yox idi.

Fəhmin Hacıyev vardı. Keçiriləcək əməliyyata guya rəhbərlik etməli idi. Amma inanın ki, mən bunu tam mübağiləsiz deyirəm. Xocalı faciəsinin baş verdiyi gün, əhali buraya toplaşanda, o, üçüncü mərtəbədən nərdivanla düşüb qaçdı.

Rəhim Qazıyev institutda adi müəllim olubdur. Ola bilsin ki, o, yaxşı müəllim olardı, xidmətlər göstərə bilərdi. Amma bu məsuliyyətin altına girən və “Şuşa getsə başıma bir güllə vuraram” deyən və indi həbsxanada oturan adam, - onun məsləkdaşları indi məsələ qaldırırlar ki, Rəhim Qazıyev siyasi məhbusdur, - öz əməllərini nə üçün qiymətləndirə bilmir. Məgər o siyasi məhbusdur? O cinayətlərin səbəbkarıdır, canidir və bu hərəkətlərinə görə cavab verməlidir. O bilmir ki, Azərbaycanın torpaqlarının 20 faizini düşmənə veribdir? Heç olmasa, indi utansın, adının hallandırılmasına razı olmasın. Qoy bu millət elə bilsin ki, sən ölmüsən, yaddan çıxmısan.

SEYİDAĞA MÖVSÜMOV, \döyüşçü operator\: Xocalı faciəsi dünyada analoqu olmayan bir faciədir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı erməni daşnakları və onlara havadarlıq edən 366-cı alay tərəfindən mühasirəyə alınaraq, belə bir faciə törədildi.

Köməksiz, əliyalın adamlara, kiçik yaşlı uşaqlara, ixtiyar qocalara belə rəhm etmədən camaata divan tutdular.

Azərbaycan Müdafiə Nazirliyinin analitik informasiya mərkəzində hərbi operator idim. Səhər işə gələndə polkovnik Ramiz Məlikov və kapitan Mirsaleh Axundov mənə dedilər ki, gecə Xocalıda qanlı faciə baş verib, sən təcili oraya gedib çəkməlisən.

Fevralın 26-da Ağdama yola düşdük. Ağdamda Xocalıdan gələn soydaşlarımızı gördük. Kimisi ayaqyalın, kimisi başıaçıq idi. Çoxuna işgəncə verilmişdi. Mən onları çəkəndə gördüm ki, çoxunun dırnaqları qoparılmışdı, üzlərində yanıq yerləri vardı. Onlara dəhşətli əzablar verilmişdi.

Allah rəhmət eləsin, Milli Qəhrəman, Ağdam batalyonunun komandiri Allahverdi Bağırovdan xahiş etdim ki, mümkünsə, biz hadisə baş verən yerə yaxın gedək, orada çəkiliş aparım. Ağdam qəbiristanlığının yanına gəldik. Ağdam batalyonunun döyüşçüsü Zahid də, başqa qorxmaz oğullar da bizimlə idilər.

Ermənilərin batalyon komandiri vardı, Vitalı Əskəran tərəfdə idi, Allahverdi onunla danışıq apardı. Lakin o, mənim çəkiliş aparmağıma etiraz etdi. Onda Allahverdi Bağırov dedi ki, deməli, bu faciəni doğrudan da siz törətmisiniz. O dedi ki, faciəni biz yox, 366-cı alay törədibdir. Qısa danışıqdan sonra çəkmək üçün mənə icazə verdilər. Biz maşınla Şellini keçərək, Əskəran tərəfə getdik. Əskəranda Xocalıdan olan çoxlu meyit gördük. Bütün dağ-dərə kişi, qadın, üşaq meyiti ilə dolmuşdu. Onların çoxuna əzab verilmişdi. Orada 6-7 qadın meyiti gördük ki, ermənilər onları trosla ZTR-in arxasına bağlayaraq sürümüşdülər.

Bu kadrları çəkdik. Orada biz Milli Qəhrəmanlar Əlif Hacıyevin, Aqil Quliyevin meyitlərini tapdıq. Təsəvvür edin ki, Əlifin meyitini ermənilər də axtarırdı. Bizdən soruşdular ki, siz görməmisiniz? Dedik ki, Əlif Ağdamdadır, özü də sağdır. Əlif Xocalı aeroportunun komendantı olanda ermənilərə ləyaqətli cavab vermişdi. Ona görə də onun başına yüksək qiymət qoymuşdular. Amma biz artıq Əlifin meyitini götürüb maşına qoymuşduq.

Biz geri döndük. Xarici jurnalistlərə Ağdam mehmanxanasında yer vermişdilər. Ancaq yerli icra hakimiyyəti onlara çəkiliş aparmaq üçün heç bir kömək göstərmirdi. Onlara dizel yanacağı lazım idi ki, əllərindəki texniki vasitələrin köməyi ilə bu hadisəni birbaşa İngiltərəyə, Amerikaya ötürsünlər. Adicə bu kömək də onlara göstərilmirdi. Hətta onların video materialları, fotoplyonkaları mehmanxanada yerli məmurlar tərəfindən oğurlanmışdı.

Ağdam camaatına ürəkdən minnətdaram ki, bu faciədə onlar xocalılılara qardaşlıq köməyi göstərdilər.

 

APARICI: Xocalıdan Ağdama maşın yolu 15 kilometr, Şuşaya isə 22 kilometr idi. Amma hava yolu ilə bu məsafə çox qısa idi. Lakin neyləyəsən ki, səsin yetdiyi məsafəyə kömək əli çatmadı. Xocalı qanına qəltan edildi. Fevralın 25-də 26-na keçən gecə keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan 366-cı alayın 10 tankı, 16 zireyli transportyoru, 9 piyadaların döyüş maşını və xeyli canlı qüvvəsi ilə Xocalı üzərinə hücum başlandı.

HƏSƏN SARIYEV \Ağdam rayon icra hakimiyyətinin başçısı\: Xocalı ilə ara açılsaydı, bu faciə baş verməzdi. Bu faciənin baş verməsinin bilavasitə günahkarları Fəhmin Hacıyev kimilərdir, Ayaz Mütəllibov kimi o vaxtkı rəhbərləridir. Onlar laqeyd adamlar idi. Ermənilər bu laqeydlikdən istifadə edərək, Xocalı camaatının başına həmin müsibəti gətirdilər. Bu faciə təkcə xocalılıların deyil, Dağlıq Qarabağda və oraya yaxın ərazidə yaşayan azərbaycanlıların hamısının başına gətirilmişdir. Fəhmin Hacıyev “qrad”ları Ağcabədiyə apararaq camaatı köməksiz qoydu, qırdırdı. Erməni silahlı, Xocalı camaatı əli yalın. Fəhmin kimisi camaatı ermənilərin ayağına verdi.

İndi bu gün ortaya çıxıb mənəm-mənəm deyənlərin hamısı Xocalı soyqırımında əli olanlardır. Onlar nəyə görə özlərinin hakimiyyəti dövründə Xocalı soyqırımına siyasi qiymət vermədilər? Bir illik hakimiyyətləri dövründə niyə bunu etmədilər? Ona görə ki, bu hadisələrdə onların özlərinin əli vardı. İstəyirdilər ki, bu soyqırımı baş versin, Ayaz Mütəllibov hakimiyyətdən getsin. Ayaz da istəyirdi ki, həmin hadisə baş versin, soyqırımın məsuliyyəti Xalq Cəbhəsinin üzərində qalsın, camaat onları daş-qalaq etsin. Mütəllibov onu başa düşmədi ki, bu hadisədə o ziyan çəkəcəkdir. Onların hər ikisinin əli qana batıb. Deməli, hər iki tərəf haqqında tədbir görülməlidir. Camaata göstərilməlidir ki, xalqına xəyanət edən hər bir kəs öz cəzasını almalıdır.

APARICI: Xocali işğal olunan gecə prezidentin səlahiyyətli nümayəndəsi və digər maddi məsul şəxslər, heç olmasa, əhalinin sağ-salamat gəlib Ağdama çıxması üçün tədbir görmək əvəzinə, xalqın qəzəbindən qorxaraq, qaçıb milis idarəsində gizlənirdilər. Baş verən faciəni danırdılar. Ağdama üz tutan xocalılılar isə bütün bənd-bərənin, cığırların düşmən tərəfindən tutulduğu meşələrdə bir həftə qırıla-qırıla, vuruşa-vuruşa gəlib mənzilə yetişdilər. Bakıda isə bütün bunlardan xəbərsiz kimi, vəzifə savaşı gedirdi. Respublika televiziyasında ötəri olaraq bildirilirdi ki, Xocalıya hücum olub, iki nəfər öldürülübdür. Lakin düşmən geri oturdulmuşdur. Bu əsrin faciəsinə Mütəllibov iqtidarının mənfur qiyməti idi.

Xalqın faciəsi ilə vəzifə alveri edən bir çox xəyanətkarlar Xocalının harayına yetmək əvəzinə, Ali Sovetin sessiyasının çağırılmasını tələb edirdilər. Faciənin ssenarisini cızanların bir qismi uduzsada, digərləri niyyətlərinin hasil olacağına inanaraq, Ali Sovetin qarşısında mitinq keçirirdilər. Xocalıda isə tariximizə ən qanlı, ən amansız səhifə yazılırdı.

XASAY XƏLİLOV \Xocalı sakini\: Beş gün 100 adamla qalmışdıq meşədə, ermənilərin mühasirəsində. Ayazçik vaxtında bizə niyə bir vertolyot göndərmədi? Bu qadınların, uşaqların nə günahı var ki, havayı yerə qanlarını axıtdılar? Mən də başqaları kimi vətən yolunda ölsəm belə, alnımı qırışdırmaram. Amma bu əlsiz-ayaqsız qocaların nə günahı var? Dörd tərəfdən bizi mühasirəyə alaraq başladılar atmağa, Xocalını darmadağın etdilər. O vaxtkı rəhbərlərimizə ar olsun, vəzifədən ötrü xalqı qurban verməzlər. Mütəllibov nə kişidir?

ŞAMİL SABİROĞLU \jurnalist\: Mən o zaman “Səhər” qəzetinin Qarabağ bölgəsi üzrə müxbiri işləyir, həm də fotoşəkillər çəkirdim. Görürdüm ki, bu hadisələrin axırı Xocalının işğalına doğru aparır. Xocalının işğalı bizim üçün nə dərəcədə ağır idi. Əgər Xocalı işğal olunsaydı, Dağlıq Qarabağla əlaqəmiz kəsiləcəkdi. Çünki həmişə deyirdilər ki, əgər Laçın Qarabağın qıfılıdırsa, Xocalı onun açarıdır. Çünki Xocalıda aeroport var idi. Ermənilər həmin aeroportu almaqdan ötrü çoxdandır ki, hazırlıq görürdülər.

1992-ci il yanvarın 28-də Xocalıda yeganə vertolyot vardı və o Şuşaya uçdu. Həmin vertolyotu yolda ermənilər vurdular. İçərisində 43 nəfər adam vardı, hamısı həlak oldu. Bu hadisədən sonra hava nəqliyyatı ilə yol kəsildi.

1992-ci il fevralın 13-də Azərbaycanın Milli Qəhrəmanı, rəhmətlik Əlif Hacıyevin, Xocalı icra hakimiyyətinin başçısı Elman Məmmədovun köməyi ilə Gəncədən bir hərbi vertolyotla Xocalıya ərzaq gətirilmişdi. Ondan sonra Xocalı ilə heç bir əlaqə yox idi. Bilirdik ki, bu gün, sabah Xocalı işğal olunacaq, bu, labüd idi. Yəni bunu dövlət rəhbərləri də, hökumət rəhbərləri də bilirdi.

Ağdamda beş-altı batalyon var idi. Lakin onları vahid komandanlıq altında birləşdilrən yox idi. Əgər dövlət səviyyəsində bir nəfər gəlib orada oturaraq əməliyyat keçirsəydi, sizin inandırıram ki, Xocalıya yol açılacaqdı. Kimlərinisə marağı var idi ki, oraya yol açılmasın. Bunları mən çox böyük səmimiyyətlə deyirəm.

Gözlənilən faciə fevralın 25-dən 26-na keçən gecə baş verdi. Mən o zaman rəhmətlik Şirin Mirzəyevin başçılıq etdiyi hərbi hissədə idim. Onların döyüşçüləri ilə ön xəttə getmişdik ki, heç olmasa, yaralıları xilas etməyə kömək göstərək. Uşaqların bir neçəsi minaya düşdü. Sizi inandırıram ki, bıçaq vursaydın, Şirin Mirzəyevin qanı çıxmazdı. O bilirdi ki, əgər müəyyən tədbirlər görülsəydi, itki vermədən xocalılıları oradan çıxarmaq olardı.

Ağdamda rəhmətlik Milli Qəhrəman Allahverdi Bağırovun rəhbərlik etdiyi müdafiə batalyonu vardı. Fevralın 26-da gündüz batalyonun döyüşçüləri Zahid, Qarabala, Elman və başqaları ilə bir yerdə gedib camaatı xilas etməyə getdik. Onların əl-ayağını don vurmuşdu, yaralılar, meyitlər var idi. Mən bir müddət Xocalıda könüllülərdən ibarət dəstənin komandiri olmuşam. Bakıdan gedərək İnşaat işlərində iştirak etmişəm. Adamların əksəriyyətini tanıyırdım. Məsələn, Ələmdar Quluzadənin atası Allahverdi kişi, rəhmətlik Əlif Hacıyev. Hansına baxırdın, sakit dayanmaq mümkün deyildi. Bəzilərinin dərisini də soymuşdular.

MİRZALI BEHBUDOV \Ağdam rayonunun sakini\: Qondarma “Dağlıq Qarabağ Respublikasının” indiki “prezidenti” Qukasyan Xankəndidə hərbi birləşmələrə rəhbərlik edirdi. Ermənistanın indiki prezidenti Robert Koçaryan o vaxt, həm xalq cəbhəsinə rəhbərlik edirdi, həm də hərbi hissələrə. Bizim icərimizdə baş verən hadisələri və münaqişələri ermənilər yaxşı bilirdilər.

Mənə desələr ki, gəl hərbidə hər hansı bir alaya rəhbərlik elə, ömrümdə razılıq vermərəm. Çünki mən bu sahəni bilmirəm. Rəhim Qazıyev deyə bilməzdi ki, mən müəlliməm, müdafiə naziri ola bilmərəm?

Lap olaydı univerisitet rektoru. Rəhim Qaziyev, sən müdafiə naziri olmaq qabiliyyətində idinmi? Sən bəlkə də heç səngərin necə qazılmasını bilmirsən. Sənə elə tanklar satmışdılar ki, onlardan ancaq traktor kimi istifadə etmək olardı.

ƏFRAİL İSKƏNDƏROV,\məhsəti türkü\: fevralın 25-i axşamı mən postda idim. Biz posta düşəndə ermənilər hücum etmişdilər, evlərin yandırılması postdan görünürdü. Mənim evim də yanmışdı. Arvad-uşaqlarım evin zirzəmisində idilər. Çıxarmamışdım. Ermənilər arxadan bizə hücum etmişdilər. Üç nəfər qalmışdıq, bir avtomatımız vardı. Sərvər adlı yoldaşıma dedim ki, sən o tərəfdən get, mən bu tərəfdən, heç olmasa, zirzəmidən adamları çıxaraq.

Qayıtmağa imkan olmadı. Mən ermənilərin içərisində qalmışdım. Sərvər heç olmasa bir neçə nəfəri çıxara bildi.

Mən oraları yaxşı tanımıram, meşəyə tərəf getdım. Camaatla rastlaşdım. Erməni postuna tuş gəldik, camaat dağılışdı. Arvad-uşaq bir gecə qarın içində qaldı. Fevralın 27-də axşamüstü beş nəfərlə gəlib özumuzünkülər olan yerə çıxdım.

APARICI : Xocalılılar milis serjantı Məzahir Əbilovu bu gün də məhəbbətlə xatırlayırlar. O qanlı-qadalı gecədə Məzahir neçə-neçə uşağı, qadını, qocanı erməni qırğınından xilas etdi. Ancaq son anda özünü xilas edə bilmədi.

Atası Yaqub kişi, qardaşı Elşad da bu itkinin ağrısına dözə bilməyib hər ikisi bir gündəcə dünyasını dəyişdi. Atasını, əmisini, babasını itirən Mahir bir gecədəcə böyüdü, evin həm ağsaqqalı oldu, həm də kişisi. İndi Qənirə ananın yeganə ümidi, təsəllisi Xocalı faciəsi ilə yaşıd olan Mahirdir.

ROMAN ƏLİYEV\Muğanli kəndinin sakini\: Məzahirin qardaşı Elşadla 8 il bir sinifdə oxumuşuq. Onunla bir yerdə AbdalGülablı kəndinə getdik. Xocalıdan qaçanlar oraya çıxırdı. Yolu tanımırdılar. Gördük səs gəlir, sürünə-sürünə getdik, gördük iki nəfərdir. Bir nəfər qadın ağlayırdı, yanındakı kişi donmuşdu. Soruşdum ki, bəlkə Məzahiri tanıyırsınız? Qadın dedi ki, bizi buraya Məzahir gətirdi. Bizi qoyub qayıtdı. Yəqin ki, gələr.

Kişini don vurmuşdu, yeriyə bilmirdi. Belimə alıb avtobusa gətirdim. Avtobusu Ağdama yola saldıq. Özümüz isə dağlara qalxdıq, səs eşitdik. Sürünə-sürünə yaxınlaşdıq. Dedik ki, birdən ermənilər olar. Ora erməni postuna yaxın idi. Gördük ki, 5-6 nəfər azərbaycanlıdır, yolu itiriblər. Hər yan qar idi. Onları da aşağı düşürdük. Həmin adamlar dedilər ki, yaxınlıqda donuz ferması var, haradasa bizimkilərdən təxminən 300 nəfər adamı oraya yığıblar. Onlardan biri dedi ki, Məzahir xeyli adam çıxardı, özü də bizimlə bura gəlib, necə olar ki, indi yoxdur. Sonra məlum oldu ki, Məzahir adamları çıxarmaq üçün geri qayıtmışdı.

Bu hadisələrdən 10 gün qabaq gəlmişdi, dedim ki, Məzahir bəlkə getməyəsən. Dedi mən söz vermişəm, oraya qayıtmalıyam.

 

FAİQ MƏHƏRRƏMOV\Muğanlı kəndinin sakini\: Əgər hakimiyyət olsaydı, vaxtında tədbir görülsəydi Xocalı getməzdi. Hakimiyyətsizlik oldu, hərc-mərclik yarandı və nəticədə XX əsrin ən böyük faciəsi, Xocalı qırğını baş verdi. Bir o qədər qadının itkin düşməsi, qırılması, ermənilər tərəfindən əsrliyə alınması ölüncə yadımdan çıxmayacaqdır.

MEHRİBAN ƏBİLOVA \Məzahirin bacısı\: Xocalı soyqırımı dünyanın ən dəhşətli hadisəsidir. Məzahirin ad günündə qardaşı, atası bir gündə dünyalarını dəyişdilər. Ayın 29-u Məzahirin 33 yaşı tamam olacaqdı. Həmin hadisədən 10 il keçməsinə baxmayaraq, bizim üçün Xocalı faciəsi elə bil dünən baş vermişdir.

Düzdür, Xocalı Azərbaycanın faciəsidir, ancaq bizim üçün ikiqat faciədir. Xocalıdan gələn əsirlərin, meyitlərin, yaralıların hamısı Elşadın əlindən keçmişdi. Məzahirin ölümündən sonra Elşad infarkt keçirdi. Atam da dözmədi, iki dəfə iflic vurdu. Bu, dözüləsi dərd deyildi. Biz də yarımcan yaşayırıq. Üç kişi olan evdə indi təkcə Elşadın balası 10 yaşlı Mahir qalmışdır.

APARICI: Xocalı faciəsindən düz 10 il keçir. Bu faciə artıq tarixə dönsə də, bizi göynədən, ağrıdan bir tarixdir. Ermənilər həm tarix, həm də millətimiz qarşısında törətdikləri bu vəhşiliyə, qansızlığa və faşizmə görə cavab verəcəklər. Bunun qisası yaddan çıxan deyil, daxilimizdəki dönüklər, siyasi möhtəkirlər də bilsinlər ki, onların da nankörluğu unudulan deyildir.

Faciənin səbəblərinin araşdırılması, günahkarların ifşa olunması günümüzün ən başlıca tələbidir. Çünki Xocalının, eləcə də bütün Qarabağın intiqamını almayana qədər bizim rahat oturmağa mənəvi haqqımız yoxdur.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şəkidə avtomobil yolu keçmək istəyən piyadanı vurub

Həndbol üzrə Azərbaycan kubokunun oyunlarına start verilir

Blinken: ABŞ Çin şirkətlərinə qarşı sanksiyaları davam etdirəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Malayziyalı tələbələr Azərbaycan mədəniyyəti haqqında məlumatlandırılıblar

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Müşfiqabad qəsəbəsində 100-dən çox ağac əkilib

Yazıçı Boris Vasilyev: “Belə bir peşə var - Vətəni sevmək”

“International Policy Digest” nəşri Cənubi Qafqazda davamlı sülhün əldə olunması imkanlarından yazıb

Əlilliyi olan 225 gəncə peşə və sosial reabilitasiya xidmətləri göstərilib

Füzuli Dövlət Dram Teatrında hazırlanan uşaq tamaşasının premyerası olacaq

ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin nümayəndə heyətinin Azərbaycana səfəri

ABŞ-ın Men ştatının nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycanın daha bir güləşçisi Avropa çempionu olub

® Şahin Bağırov “Caspian Energy Club” üzvləri ilə görüşüb

Azərbaycan-Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

Azərbaycan-Pakistan arasında Enerji üzrə Birgə İşçi Qrupun ilk iclası keçirilib

Azərbaycan-Macarıstan ikitərəfli əlaqələrinin yüksək səviyyəsindən məmnunluq ifadə olunub

Quliyevlər ailəsinin üç övladından hələ də xəbər yoxdur - Kəlbəcərdə “Tunel faciəsi”nin şahidləri danışır

Yuliys Straume-150: Naxışlar fərqli mədəniyyətlərdə

İZİA və “Ximqrad Texnopolis” Azərbaycanda birgə şirkət yaradacaq

Azərbaycan-İtaliya strateji tərəfdaşlıq münasibətlərindən irəli gələn məsələlər müzakirə edilib

Masallıda Ombudsman Aparatı və BQXK tərəfindən seminar təşkil olunub

Tərtərdə nöqsanlar aşkarlanan pendir istehsalı sexinin fəaliyyəti məhdudlaşdırılıb

Elektron Təhlükəsizlik Xidməti məktəblilər üçün növbəti maarifləndirmə tədbirləri keçirib

İdarə rəisi: Qabaqlayıcı tədbirlər nəticəsində Lənkəran ərazisində subasma hadisəsi baş verməyib

“Azərpoçt”un “İnternet bankçılıq” xidmətindən “SİMA İmza” ilə istifadə imkanı yaradılıb

Azərbaycan və Ukrayna arasında regional təhlükəsizlik məsələləri müzakirə olunub

Naxçıvanda çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb

Azərbaycan güləşçisi Bakıda Avropa çempionu olub

Energetika nazirinin Ağcabədidə vətəndaş görüşünün vaxtı dəyişdirilib

Parlamentin plenar iclasında 11 məsələ müzakirə olunub

“Şərq Tərəfdaşlığı” ölkələrində radiotezlik spektrindən səmərəli istifadə müzakirə edilib

Sinoptiklər xəbərdarlıq edirlər: Bəzi yerlərdə leysan yağacaq, çaylardan daşqın və sel keçəcək

BDU-da “Çin dili körpüsü” müsabiqəsi keçirilib

Mədəniyyət naziri tacikistanlı həmkarı ilə görüşüb

II Azərbaycan-Özbəkistan Regionlararası Forumu çərçivəsində ikitərəfli sənədlər imzalanıb - YENİLƏNİB

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq qaydalar təsdiq edilib

ADY-nin sədri Çində Orta Dəhliz və Azərbaycanın bu dəhlizdəki mühüm rolunu müzakirə edib YENİLƏNİB

“Israel HaYom”: Separatçı terrorçu Vardanyan Qərb mediasının gözündə “azadlıq döyüşçüsü”nə çevrilib

“Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru ilə bağlı “Yol xəritəsi” üzrə görülən işlər müzakirə olunub

Masallı rayonu Həsənli kənd orta məktəbinin şagirdi imtahanda ən yüksək nəticəni göstərib

Səbail rayonunda saxlanılan narkokuryerdən 7 kiloqram marixuana aşkarlanıb

Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatında dəyişiklik edilib

Birinci vitse-prezident Mehriban Əliyeva cüdoçu Hidayət Heydərovu dünya çempionu adını qazanması münasibətilə təbrik edib

Azərbaycanın daha 2 güləşçisi Bakıdakı Avropa çempionatında finala yüksəlib

Azərbaycanın milli-mənəvi dəyərləri növbəti Etnosport Mədəniyyət Festivalında nümayiş olunacaq

Peşəkar Çövkən Liqasına 2 oyunla start verilib

Meksikada ekstremal istilər meymunların ölümünə səbəb olur

Azərbaycan çayı FAO-nun Romadakı qərargahında keçirilən çay sərgisində təqdim edilib VİDEO

Azərbaycan “Azot Sintezqaz Rusiya və MDB” sərgi-konqresində təmsil olunacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2012-ci il 2 oktyabr tarixli 218 nömrəli və “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında” 2020-ci il 30 aprel tarixli 155 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün ixtisas imtahanlarının təşkili və keçirilməsi, qiymətləndiricinin ixtisas şəhadətnaməsinin forması və verilməsi Qaydaları”nın təsdiq edilməsi və ixtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləğinin müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 aprel tarixli 140 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 21 dekabr tarixli 584 nömrəli Qərarı ilə təsdiq edilmiş “Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Torpaq sürüşməsi nəticəsində Gürcüstanın Muxiani rayonunda 14 minə yaxın abonent qazsız qalıb

Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək

ŞKTR hökumətinin başçısı Azərbaycan və Türkiyənin ombudsmanları ilə görüşüb

Akademik Nərgiz Paşayeva: Bəzən tarixi səhvlərə yol verilib, bəzi əlyazmalar başqa bir ünvanla yerləşdirilib…

SXA müəssisələrinin əməkdaşları üçün “PR və kommunikasiyanın əsasları” mövzusunda təlim təşkil edilib

İçərişəhərdə “Xəzinə” muzey ekspozisiyasının açılış mərasimi keçirilib YENİLƏNİB

Nizami rayonu ərazisində motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilib

“Nizami Gəncəvinin Əlyazmalarının Vahid Kataloqu və Məlumat Bazası” layihəsi elmi ictimaiyyətə təqdim edilib

“Musiqi kimliyimiz” layihəsinin növbəti təqdimatı Aşıq Şəmşirin xatirəsinə həsr olunub

Keçmiş məcburi köçkünlərin sualları cavablandırılıb

Macarıstanda turizm sektoruna dövlət dəstəyi göstərilir

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin SİYAHISI

“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Xalça Muzeyində Latviya muzeyi üçün yaradılan Qarabağ qrupuna aid xalçanın təqdimatı keçirilib

Skarlett Yohansson “Open AI” şirkətini oğurluqda ittiham edib

Azərbaycan minifutbol üzrə dünya çempionatına ev sahibliyi edəcək

Türkiyənin Mərmərə Universitetinin rektoru BDU-da

BMT: Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkə üçün böyük nailiyyətdir

Ceyhun Bayramov ilə Əli Bağeri Kani arasında telefon danışığı olub

“Avro-2024”: Ronaldu Portuqaliya millisinin yekun heyətinə cəlb edilib

Zakir İbrahimov: “İçərişəhər” sikkəsi ən yüksək əyarda hazırlanıb

Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinə infotur təşkil olunub

Sədr: Ulu Öndərin 100-cü illiyi münasibətilə istehsal edilən qızıl sikkə inqilabi yenilik olan texnologiya əsasında ərsəyə gətirilib

Sel suları Zaqatalanın Üçüncü Tala və ətraf kəndlərinə ziyan vurub FOTO VİDEO

Qazaxıstanda keçirilməsi nəzərdə tutulan Mərkəzi Asiyanın ən böyük IT forumu ləğv edilib

BƏT-lə əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

“ASAN xidmət”də “Yaşıl dağ” aksiyası təşkil olunub

Polşalı alim Ədəbiyyat İnstitutunda mühazirə oxuyub

Şeyxülislam Allahşükür Paşazadə İranın ölkəmizdəki səfirliyində olub

Yaylaqlara köç etmək istəyən fermerlər üçün qeydiyyat müddəti uzadılıb

PISA 2025 üzrə infosessiyalar təşkil edilib

Baş prokuror paytaxtın Nizami rayonunda vətəndaşlarla görüşüb

Bəhruz Nəbiyev: Peşəkar Çövkən Liqasında iştirak edəcək komandaların sayı növbəti illərdə artırılacaq

Tərtər rayonunda mina hadisəsi baş verib VİDEO

Qazaxıstan Prezidenti ŞƏT üzvü olan ölkələrin xarici işlər nazirlərini qəbul edib

RF Dövlət Dumasının sədri İran Prezidenti ilə vida mərasimində nümayəndə heyətinə başçılıq edəcək

Paytaxt məktəblərində operativ monitorinqlər davam edir

Akademik Nizami Cəfərovun tərcüməsi ilə nəşr edilmiş kitabın təqdimatı keçirilib

Zaqatalalı kümçü: Baramaçılıq çox sərfəli və gəlirli təsərrüfat sahəsidir

Cəfər Cabbarli və milli istiqlal hərəkatı - seminar

Milli Məclisin növbəti iclasının gündəliyi bəlli olub

Türkiyə Əfqanıstan ilə aviareysləri bərpa edib

Londondan Sinqapura uçan təyyarə güclü hava boşluğuna düşüb

BDU Türkiyənin Kahramanmaraş Sütcü İmam Universiteti ilə əməkdaşlıq edəcək

Toni Kroos karyerasını başa vuracağını açıqlayıb

Hindistan vətəndaşlarını ABŞ-a aparmaq adı ilə aldadan pakistanlı saxlanılıb VİDEO