Tərtərdə keçirilən aksiyada 6 mindən çox Eldar şamı əkilib
Tərtər, 10 may, AZƏRTAC
Tərtər rayonunda keçirilən aksiyada 6 mindən çox Eldar şamı, 2 min gül kolu, 3 mindən artıq müxtəlif növ dekorativ çiçək əkilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə təşkil olunan aksiyada əsas məqsəd Ulu Öndərin hər zaman xüsusi önəm verdiyi yaşıllıq sahələrini daha da genişləndirmək, ekoloji tarazlığı bərpa etmək, insanlar arasında ekoloji mədəniyyəti və təbiətə qayğı hissini təbliğ etməkdir.
Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən aksiyada idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri və sakinlər fəal iştirak ediblər. Aksiya zamanı Tərtər-Şıxarx avtomobil yolunun kənarında, məcburi köçkünlər üçün yeni inşa edilmiş yaşayış məhəlləsində, şəhərin Heydər Əliyev prospektində və parkda, mərkəzi meydanda təmizlik işləri aparılıb, yeni əkilən ağaclar suvarılıb və aqrotexniki qaydada qulluq göstərilib.