Tərtərdə növbəti ağacəkmə aksiyası
Tərtər, 6 may, Tahir Ağaməmmədov, AZƏRTAC
Tərtərdə “Heydər Əliyev İli” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya zamanı Tərtər şəhərinin Rasim Mürsəlov küçəsində 200 ədəd Eldar şamı əkilib. Rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların əməkdaşları, YAP rayon təşkilatının könüllüləri, inzibati ərazi dairələri üzrə nümayəndələr və şəhər sakinləri aksiyada fəal iştirak ediblər.
Əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib.