CƏMİYYƏT
Tərtərdə ölümlə nəticələnən cinayət hadisəsi törədilib
![Tərtərdə ölümlə nəticələnən cinayət hadisəsi törədilib](/files/2024/1/1200x630/1704058975267387408_1200x630.jpg)
Bərdə, 1 yanvar, AZƏRTAC
Yanvarın 1-də saat 01 radələrində Tərtər rayonu ərazisində rayon sakini, 2006-cı il təvəllüdlü Canpolad Tağıyevin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat verilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs - 2009-cu il təvəllüdlü Fuad Quliyev polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində saxlanılıb.
İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib. Faktla bağlı araşdırma aparılır.