DÜNYA
Tokio və Moskva rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlığı sürətləndirir
Tokio, 24 mart, AZƏRTAC
Yaponiya və Rusiya rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlığı sürətləndirir.
AZƏRTAC xəbər verir ki, belə bir bəyanatla Yaponiya iqtisadiyyat, ticarət və sənaye naziri Hiroşiqe Seko Rusiya-Yaponiya istehsalat üçün kadrların hazırlanması simpoziumunda çıxış edib.
“Hazırda iki ölkə arasında yüksək texnologiyalar tətbiq edilməklə rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlıq sürətlənir. İki ölkənin müəssisələri arasında 100-dən çox sənəd imzalanıb və bunların 40 faizi üzrə artıq konkret addımlar atılmağa başlanıb”, - deyə nazir vurğulayıb.
Qeyd edək ki, Yaponiya ilə Rusiya arasında istehsalat üçün kadrların hazırlanmasının səmərəliliyinin artırılması barədə memorandum ötən ilin sentyabrında iqtisadiyyat, ticarət və sənaye naziri H.Seko və iqtisadi inkişaf naziri M.Oreşkin tərəfindən imzalanıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio