“Tolyatti Azərbaycanlılar İttifaqı”nın sədri Qurbanəli Babayevdən
Hörmətli cənab Prezident,
İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Rusiyanın Tolyatti şəhərində yaşayan bütün Azərbaycan diasporu adından Sizi təbrik edək. Biz Azərbaycan xalqının seçimi ilə fəxr edirik.
Əminik ki, müstəqil Azərbaycan əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf və tərəqqi kursunu Sizin müdrik rəhbərliyinizlə davam etdirəcək, dünyanın inkişaf etmiş qabaqcıl ölkələrindən birinə çevriləcəkdir.
Biz - Azərbaycan diasporunun üzvləri doğma Vətənimizin uğurlarının, Sizin müdrik siyasətinizin bəhrələrinin Rusiyanın Samara regionunda fəal təbliğatçılarıyıq.
Biz fəxr edirik ki, Vətənimiz gözəl Azərbaycandır!!!
Hörmətlə,
Qurbanəli Babayev
“Tolyatti Azərbaycanlılar İttifaqı”nın sədri