Torpaqşünaslıq və Aqrokimya İnstitutunun uğurları davam edir
Bakı, 8 aprel (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitutunun uğurları davam edir.
AZƏRTAC xəbər verir ki, institutun doktorantı Elşən Nuriyev “Azərbaycanda milli parkların ətraf mühitə təsirinin qiymətləndirilməsi və davamlı inkişaf sənədinin hazırlanması” (Göygöl Milli Parkında) layihəsinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant mükafatına layiq görülmüşdür.
Layihə institutun əməkdaşı, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru Elton Məmmədov və “Təbiətin dostları” Gənclər İctimai Birliyinin nümayəndəsi, bioloq Sevinc Saruxanova ilə birgə həyata keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]