Tovuzlu fermerlər 5100 hektar sahədə kartof əkiblər
Tovuz, 12 aprel, Famil Quliyev, AZƏRTAC
Respublikanın iri kartofçuluq rayonu olan Tovuzda fermerlər 5100 hektar sahədə kartof əkiblər. Rayonun dağ kəndlərində kartof əkini davam edir. Torpaq mülkiyyətçiləri kartofu həm əllə, həm də texnika vasitəsilə səpirlər.
Tovuz Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, 7 min hektardan artıq sahədə şum çıxaran fermerlər 5100 hektar sahədə kartof əkini həyata keçiriblər. Sahələrdə yerli kartof toxumu ilə yanaşı, Ukraynadan gətirilən toxum da əkilir. Hava şəraitinin normal keçməsi səpini uğurla aparmağa imkan verir.
Ötən il tovuzlu fermerlər 7375 hektar sahədə kartof əkib və 169 min 705 ton məhsul istehsal ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]