Tramp Dövlət Departamentinə ayrılan büdcəni yarıya qədər azaltmağı planlaşdırır
Nyu-York, 15 aprel, AZƏRTAC
ABŞ Prezidenti Donald Trampın administrasiyası Dövlət Departamentinə ayrılan büdcəni təxminən yarıya qədər azaltmağı planlaşdırır.
AZƏRTAC-ın məlumatına görə, bu barədə “The Washington Post” qurumun daxili sənədinə istinadla məlumat yayıb. Bildirilib ki, bu, əsasən BMT və NATO üzrə vəsaitlərə də təsir edəcək.
Qəzet qeyd edir ki, keçən həftə açıqlanan daxili sənəddə Tramp administrasiyası Dövlət Departamenti və USAID-in fəaliyyətinə 28,4 milyard dollar ayırmağı təklif edir ki, bu da Konqresin 2025-ci il üçün təsdiq etdiyi büdcədən 27 milyard dollar və ya 48 faiz azdır. Bununla yanaşı, beynəlxalq təşkilatlara ayrılan vəsaitin həcmi təxminən 90 faiz azalacaq. Bildirilir ki, sülhməramlı əməliyyatların, BMT, NATO və digər 20 beynəlxalq qurumun maliyyələşdirilməsi dayandırılacaq və yalnız bir neçə təşkilat, o cümlədən Atom Enerjisi üzrə Beynəlxalq Agentlik və Beynəlxalq Mülki Aviasiya Təşkilatı üçün saxlanılacaq. Həmçinin İsrail və Misir kimi müttəfiqlərin silahlı qüvvələrinin inkişafı üçün xərclənən 5,1 milyard dollar həcmində ənənəvi qrantlar saxlanılacaq.
Nəşr, həmçinin qeyd edir ki, təklifin Konqres tərəfindən təsdiq edilib-edilməyəcəyi hələ qeyri-müəyyəndir.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Nyu-York
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [19:35]
Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb
- 07.06.2026 [18:40]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
- 07.06.2026 [15:01]
Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]