Tripolidə gedən döyüşlərdə ölənlərin sayı 75-ə çatıb
Bakı, 12 aprel, AZƏRTAC
Tripolidə gedən döyüşlərdə ölənlərin sayı 75 nəfərə çatıb, 323 nəfər yaralanıb. Həlak olanlardan 7-si mülki vətəndaşlardır.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə məlumat Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasında yer alıb. Təşkilatın Liviya üzrə nümayəndəsi Cəfər Hüseynin verdiyi məlumatda 10 mülki vətəndaşın yaralandığı bildirilir. O, təcili tibbi yardım maşınlarının da atəşə tutulması hallarına rast gəlindiyini diqqətə çatdırıb. Döyüşlərin tədricən Tripolinin mərkəzinə doğru irəlilədiyini bildirən C.Hüseyn itkilərin artacağını deyib. Əlavə edib ki, xəstəxanalarda yalnız iki həftəlik tibbi vasitələr qalıb. Bu isə yoluxucu xəstəliklərə yol açır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [14:01]
Ankara aeroportunda təyyarə salonunda yanğın baş verib
- 05.06.2026 [13:29]
Tokayev: Qazaxıstanda iyulun 1-də yeni Konstitusiya qüvvəyə minir
- 05.06.2026 [13:09]
Avropada və ABŞ-də təbii qaz qiymətləri artıb
- 05.06.2026 [12:42]
Kiyev vilayətində dron hücumu nəticəsində dörd nəfər həlak olub
- 05.06.2026 [11:53]