İQTİSADİYYAT
“TuranBank” Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə əməkdaşlığı davam etdirir
Bakı, 27 yanvar (AZƏRTAC). Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD, İslam İnkişaf Bankı Qrupu) ilə əməkdaşlıq çərçivəsində “TuranBank” ilk dəfə olaraq “İslam maliyyələşdirməsi” alətlərindən biri olan icarəni (lizinq) tətbiq etmişdir.
Bankdan AZƏRTAC-a bildirmişlər ki, ICD ilə razılığa əsasən, bu alət nəqliyyat sektorunun inkişafına yönəldilmişdir. Alətin şərtlərinə əsasən, layihələrin maliyyələşdirilməsi 1 il güzəşt müddəti olmaqla 5 il müddətinə nəzərdə tutulmuşdur. ICD ilə ikinci “Vakala” sazişinə əsasən, bank agent olaraq “Mubaraha” alətini də qeyd olunmuş şərtlər əsasında fərqli mülkiyyət hüququ ilə istifadə etməlidir.