Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türk Dövlətləri Təşkilatı siyasi-iqtisadi və hərbi birlik kimi Türk dövlətlərinin birləşməsində mühüm rol oynayacaq - RƏY

Türk Dövlətləri Təşkilatı siyasi-iqtisadi və hərbi birlik kimi Türk dövlətlərinin birləşməsində mühüm rol oynayacaq - RƏY

Bakı, 17 fevral, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının (TDT) önəmi haqqında fikirləri bu qurumun gələcək vizyonunun nələrdən ibarət olacağını ortaya qoyan yol xəritəsidir. Qarabağ Zəfəri ilə ərazi bütövlüyünü təmin edən Azərbaycan Türk Dövlətləri Təşkilatı kimi mühüm siyasi, iqtisadi, hərbi və mədəni birliyin daha da gücləndirilməsi istiqamətində səylərini artırır. Bu birliyin daha da güclənməsi üçün bütün Türk dünyası dövlətlərinin, müxtəlif ölkələrin tərkibində olan türkdilli muxtar subyektlərin də təşkilata cəlb edilməsi zəruri məsələdir. TDT heç bir quruma, birliyə və ölkəyə qarşı qurulmuş təşkilat deyil. Bu təşkilat, sadəcə olaraq, Türk dünyasını birləşdirmək, onun inkişafını təmin etmək üçün vasitədir. Çağdaş dünyada gedən proseslərə hakim olmaq, müəyyən qlobal məsələləri həll etmək üçün TDT-nin daha da güclənməsinə ehtiyac var və bu baxımdan Azərbaycan prosesdə açar rolunda çıxış edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası (MAJL) İctimai Birliyinin sədri Qafar Çaxmaqlı Mehdiyev deyib.

O bildirib ki, Prezident İlham Əliyevin andiçmə mərasimindəki nitqində söylədiyi fikirlərdə Azərbaycanın bu təşkilat daxilində vizyonu elan olundu, fəaliyyət istiqamətləri, yol xəritəsi göstərildi. Türk birliyi ideyasının yaranması tarixinə toxunan professor deyib: “Türk birliyi ideyası yeni ideya deyil. XX əsrin əvvəllərində Türkiyədə və türklərin yaşadıqları digər ərazilərdə bu ideyaya könül verən insanlar olmuşdur. Beləliklə, bu ideya bir məfkurə halına gətirilib. Türk dünyasının birliyi, Turan dövləti qurmaq istəyi türklərin yaşadığı coğrafiyada getdikcə yayılmağa başlayıb. Bunun əsas memarlarından biri də Bağçasarayda fəaliyyət göstərən “Tərcüman” qəzetinin yaradıcısı və redaktoru İsmayıl bəy Qaspıralı idi. XX əsrin əvvəllərində Azərbaycandan gedən maarifpərvər ziyalılar Osmanlı dövlətində bu ideyanın yayılmasına və bir düşüncə sistemi kimi cəmiyyətin nüfuzlu dairələrində yer almasına nail oldular. Daha sonra Türkiyədə fəaliyyət göstərən siyasi partiyaların fəaliyyət istiqamətlərində də bu ideya yer almağa başladı. Belə ki, İttihat ve Terakki partiyaları bu ideyanı mənimsəyib yaymağa başladılar. Birinci Dünya müharibəsindən sonra Ənvər paşa Mərkəzi Asiyaya gələrək Turan ordusu qurmaq təşəbbüsünü irəli sürdü. Ancaq bu ideya uğurla nəticələnmədi. Türklərin yaşadığı Mərkəzi Asiyada və digər dövlətlərdə müstəqillikləri süquta yetiriləndən sonra siyasi repressiyalar başladı. Türkçülük düşüncəsinin daşıyıcısı olan insanlar 1937-1938-ci illərdə repressiyalara məruz qaldılar. Ancaq xalqların qəlbində hər zaman Türk dünyasının birliyi ideyası hökm sürürdü. Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan müstəqil olduqdan sonra bu ölkələrin ziyalıları Türk birliyi məsələsini zamanla gündəmə gətirdilər. Nəhayət 2009-cu ildə Naxçıvan Muxtar Respublikasında türkdilli dövlətlərin başçıları bir araya gəldilər və onlar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasını yaratdılar”.

Qafar Çaxmaqlı təşkilatın yarandığı ilk illərdə onun statusunun bir o qədər də geniş olmadığını diqqətə çatdırıb. Amma bu Əməkdaşlıq Şurasını hərbi, siyasi, iqtisadi qurum kimi formalaşdırmaq üçün keçirilən Zirvə görüşləri daha sonrakı illərdə nəticəsini verdi. Artıq Türk Dövlətləri Təşkilatı adında bir qurum var və Türk dövlətləri bu təşkilat çərçivəsində iqtisadi, siyasi, hərbi və mədəni sahələrdə əməkdaşlıq edir. Bəzi hallarda bu təşkilatın fəaliyyətinə kənar qüvvələr tərəfindən paxıllıq və qibtə edənlər də olur. Ancaq Türk Dövlətləri Təşkilatı müstəqil qurum kimi heç bir başqa dövlətin daxili işlərinə qarışmadan eyni dilə və köklərə malik olan ölkələrin mədəniyyətlərin birliyi kimi formalaşmağa başlayıb.

TDT-nin çox böyük perspektivinin olduğunu vurğulayan professor bildirib ki, yaxın gələcəkdə bu dövlətlər öz sıralarına dövləti olmayan türk xalqlarını da cəlb edə bilərlər.

“Hazırda beş dövlət - Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan Türk Dövlətləri Təşkilatının daimi üzvüdür. Şimali Kipr Türk Respublikası, Türkmənistan və Macarıstan isə TDT-də müşahidəçi qismində təmsil olunur. Bu siyasi-iqtisadi və hərbi birlik gələcəkdə Türk dövlətlərinin birləşdirilməsində mühüm rol oynayacaq. Azərbaycan üçün də bu təşkilatın çox böyük əhəmiyyəti var. Çünki coğrafi məkan baxımından Şərqdən Qərbə uzanan bütün kommunikasiya xətləri Azərbaycandan keçir. Ona görə də Azərbaycan regionun lider dövləti qismində çıxış edir. Dövlətimizin başçısı da çıxışında Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərin davam etdirilməsinin prioritet məsələ olduğunu diqqətə çatdırdı. Bu təşkilatın Azərbaycan üçün əsas beynəlxalq qurum olduğunu, Türk dünyasından başqa ailəmizin olmadığını vurğuladı. Bu doğma təşkilatın bundan sonra daha da gücləndirilməsi gələcəkdə hər hansı təhlükələrdən qorunmaq baxımından da əhəmiyyətli olacaq”, - deyə Qafar Çaxmaqlı vurğulayıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rumınların böyük əksəriyyəti Avropa İttifaqını dəstəkləyir - sorğu

DTX-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyi qeyd edilib

Heydər Əliyevin tövsiyələri ilə formalaşan Azərbaycan gəncliyi dövlətə sədaqətlə xidmət edir - ŞƏRH

“Azərbaycan özümü turist kimi hiss etmədiyim ölkədir” - “Star” qəzeti

Yeniləşən Akademiyada rəqəmsallaşma üzrə müavinlərin seçilməsinə dair müsahibə təşkil olunub

Cəbrayıl rayonunun Soltanlı kəndində “Şəfəq” yarımstansiyasının açılışı olub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanış olublar

Bərdədə ödəmə terminallarından 40 min manat oğurlayan şəxslər saxlanılıb

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər

Ulu Öndərin dövlətçilik məktəbi gələcək nəsillər üçün örnəkdir ŞƏRH

Azərbaycanın müasir şəhərsalma tarixində Heydər Əliyev dövrü xüsusi mərhələdir

İşğaldan azad edilmiş ərazilərimizdə həyatın canlanması Heydər Əliyev ideyalarının təntənəsidir ŞƏRH

Daşkənddə Ulu Öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib

Heydər Əliyev qarşılıqlı hörmətə əsaslanan siyasi dialoq modelini formalaşdırmış lider idi ŞƏRH

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şükürbəyli kəndində fərdi evlərdə yaradılmış şəraitlə tanış olublar VİDEO

45 ilin yolları bu gün yenidən bir ünvanda qovuşdu

Prezident İlham Əliyev Cəbrayıl rayonunun Şükürbəyli kəndinin açılışında iştirak edib VİDEO

Qaxda Ulu Öndərin xatirəsinə həsr olunan intellektual oyunun qalibləri müəyyənləşib

BDU “AnewZ” beynəlxalq televiziya kanalı ilə əməkdaşlığa başlayır

Filarmoniya bağında Qələbə Gününə həsr olunan konsert proqramı təqdim edilib

Dövlətçilik və dostluq salnaməsi: Ulu Öndərin xatirəsi Gürcüstanda yad edilib

İqtisadiyyat Nazirliyinin rəhbərliyi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

İzlərdən gələcəyə: İstiqlal Muzeyində Ulu Öndərin xatirəsi yad edilib

BTQ beynəlxalq ictimaiyyəti Fransanın Kanakidəki siyasətinə münasibətdə prinsipial mövqe tutmağa çağırır

Atırauda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib

İstanbulda Xalq rəssamı Arif Hüseynovun fərdi sərgisi açılıb

“Pillə 4” Respublika Tələbə Tamaşaları Festivalının qalibləri mükafatlandırılıb

“Şuşa – Azərbaycanın incisi” kitabı İraqda nüfuzlu mükafata layiq görülüb

Liderliyin Heydər Əliyev zirvəsi

Məhəmməd Əl-Casir: Azərbaycanda yeni layihələrin icrasını səbirsizliklə gözləyirik

Almaniyada kerosin bahalaşması aviareyslərin ixtisarına səbəb ola bilər

Ukrayna-Azərbaycan Biznes Assosiasiyasının rəhbəri WUF13-ün üstünlüklərindən danışıb

Latviyada “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir təşkil olunub

Türkiyədə Qars-Bakı birbaşa aviareyslərinin açılması məsələsi müzakirə olunur

Şəki-Oğuz sərhədində zəlzələ qeydə alınıb

Heydər Əliyev siyasi irsi və müasir Azərbaycanın şəhərsalma strategiyasının qlobal kontekstdə inkişafı ŞƏRH

Milli Qurtuluşdan tarixi Zəfərə: Əbədiyaşar ideyaların təntənəsi

Gürcü portalında Ulu Öndər Heydər Əliyev barədə məqalə yayımlanıb

Bu il Azərbaycanda Velosiped Akademiyası yaradıla bilər

Sahib Ələkbərov: “Bakı-Xankəndi” velosiped yarışının mükafat fondu 50 min avrodan çoxdur VİDEO

Sahib Ələkbərov: “Bakı-Xankəndi” velosiped yarışının mükafat fondu 50 min avrodan çoxdur VİDEO

Heydər Əliyev adına Hərbi Lisey milli hərbi kadrların yetişdirilməsində mühüm rol oynayır-Mediatur VİDEO

Heydər Əliyev adına Hərbi Lisey milli hərbi kadrların yetişdirilməsində mühüm rol oynayır-Mediatur VİDEO

Roland Hofer: Yenidən Azərbaycanda olduğuma görə xoşbəxtəm

Heydər Əliyev ideyaları Azərbaycanın inkişaf strategiyasının təməl prinsipləridir

Səudiyyə Ərəbistanı qəzeti Ulu Öndər Heydər Əliyev haqqında məqalə dərc edib

Prezident Ərdoğan: Türkiyənin iştirakı olmadan Avropa memarlığı tam ola bilməz

Ulu Öndərin xatirəsinə həsr olunan stolüstü tennis turnirində 17 məktəbli mübarizə aparıb

Dövlət Xidmətinin şəxsi heyəti Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edib

Praqa hava limanında dron insidenti uçuşları pozub

Sahib Ələkbərov: “Bakı-Xankəndi” velosiped yarışının təşkili sevindirici haldır VİDEO

Sahib Ələkbərov: “Bakı-Xankəndi” velosiped yarışının təşkili sevindirici haldır VİDEO

Su Ehtiyatları Agentliyinin əməkdaşları Heydər zirvəsinə yürüş ediblər

Gəncədə Ulu Öndərin şəhərin memarlıq mühitindəki rolundan bəhs olunub

Yuri Boçarov: Azərbaycanın İkinci Dünya müharibəsindəki qəhrəmanlığı unudulmamalıdır

Sabunçuda Ulu Öndərin doğum günü münasibətilə ağacəkmə aksiyası təşkil olunub

Rəis müavini: Heydər Əliyev adına Hərbi Liseyin indiyədək 5 minə yaxın məzunu olub VİDEO

Rəis müavini: Heydər Əliyev adına Hərbi Liseyin indiyədək 5 minə yaxın məzunu olub VİDEO

Xalqımızın qəlbində yaşayan əbədi lider

Gəncədə Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

WUF13 çərçivəsində Qarabağ Universitetinin tələbələri üçün interaktiv təlim təşkil olunub

Ulu Öndərin xatirəsinə həsr olunan şahmat turniri təşkil edilib

Daşkənddə Ulu Öndər Heydər Əliyevə həsr olunan kitab təqdim edilib VİDEO

Daşkənddə Ulu Öndər Heydər Əliyevə həsr olunan kitab təqdim edilib VİDEO

İkinci Dünya müharibəsində şücaət göstərmiş soydaşlarımızın xatirəsi Avstriyada anılıb

DİN-in şəxsi heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Sabah hava əsasən yağmursuz olacaq

Gürcüstanda faşizm üzərində qələbənin ildönümü qeyd olunub

FHN: Mingəçevirdə hoteldə baş verən yanğın söndürülüb

Türkiyədə Azərbaycan Kino Günləri davam edir

Ümummilli Liderin əsasını qoyduğu Cəmşid Naxçıvanski adına Hərbi Lisey Ordumuza peşəkar zabitlər yetişdirir- REPORTAJ VİDEO

Ümummilli Liderin əsasını qoyduğu Cəmşid Naxçıvanski adına Hərbi Lisey Ordumuza peşəkar zabitlər yetişdirir- REPORTAJ VİDEO

Bu saata olan əsas xəbərlər

Faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan övladlarının xatirəsi ehtiramla anılıb VİDEO

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər VİDEO

Naxçıvan Dövlət Kukla Teatrı Türkiyədə tamaşa təqdim edəcək

Cəlilabadda mübahisə qanlı hadisə ilə nəticələnib

Xalqa bağışlanan ömür

Ulu Öndərin ildönümü ilə əlaqədar hərbi liseylərə mediaturlar təşkil edilib

Akademik: Ümummilli Liderin ekoloji siyasəti də onun uzaqgörən dövlət xadimi olduğunu parlaq şəkildə göstərir

Ağstafa rayonu Köhnəqışlaq kəndinə xırdaölçülü dolu düşüb- FAKTİKİ HAVA

DİN: Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndərilib VİDEO

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndərilib VİDEO

Azərbaycan Tibb Universiteti ilə Yozqat Bozok Universiteti arasında memorandum imzalanıb

Ümummilli Liderin Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş minifutbol birinciliyi başa çatıb

Həyatını xalqına həsr etmiş lider

Azərbaycan nümayəndə heyətinin Efiopiyada bir sıra görüşləri olub

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günləri ilə bağlı sürücülərə müraciət edib

Səfir Aşqabadda yaşayan 100 yaşlı müharibə veteranı Tahirə Əliyevanı ziyarət edib

Heydər Əliyevin natiqlik məharəti milli sərvət kimi dəyərləndirilir

Kiyevdə Heydər Əliyevin doğum gününə həsr olunan ağacəkmə aksiyası təşkil edilib VİDEO

Kiyevdə Heydər Əliyevin doğum gününə həsr olunan ağacəkmə aksiyası təşkil edilib VİDEO

Heydər Əliyevin iqtisadi strategiyası: müasir Azərbaycanın inkişaf modeli

Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq

Bəşəriyyət üçün dahilik nümunəsi

Faşizm üzərində Qələbənin 81-ci ildönümüdür VİDEO

Faşizm üzərində Qələbənin 81-ci ildönümüdür VİDEO

CNN: İranın Ali Rəhbəri hələ də Tehranın hərbi strategiyasını formalaşdırır

Birinci vitse-prezident Mehriban Əliyeva faşizm üzərində qələbənin ildönümü münasibətilə paylaşım edib

Tramp: Hörmüz boğazında “Azadlıq layihəsi” əməliyyatı bərpa oluna bilər

ABŞ Sakit okeanda narkotik daşıdığı iddia edilən gəmiyə zərbə endirib, iki nəfər ölüb

Tramp: İrandan tezliklə cavab gözləyirik

Vaxtından əvvəl ölüm riskini artıran məhsullar açıqlanıb

İsrail və Livan arasında “hərtərəfli sülh sazişi” üzrə danışıqlar aparılacaq

Qulaqlıq istifadəçilərinə elektrik cərəyanı vurma riski ilə bağlı xəbərdarlıq edilib

Belçika 2029-cu ilə qədər Ukraynaya 53 ədəd F-16 qırıcısı verməyi planlaşdırır

Danimarka hökumətinin gələcəyi qeyri-müəyyən olaraq qalır

WSJ: ABŞ-İran danışıqları gələn həftə İslamabadda bərpa oluna bilər