TÜRK DÜNYASI YAZIÇILAR VƏ İNCƏSƏNƏT XADİMLƏRİ VƏQFİNİN MÜKAFATI TƏQDİM OLUNMUŞDUR
Oktyabrın 19-da Ankaranın “Dövlət rəsm və heykəl muzeyi”nin binasında TÜRKSAV-ın (Türk dünyası yazıçıları və incəsənət xadimləri vəqfi) “2001-ci il türk dünyasına xidmət” mükafatlarının təqdim etmə mərasimi keçirilmişdir. Mərasimdə Azərbaycanın yaxın dostu, Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirəl, TÜRKSAV fondunun sədri, tanınmış şair Yahya Akəngin, Türkiyə Böyük Millət Məclisinin üzvləri, Ankarada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, ölkənin elm, mədəniyyət, ədəbiyyat xadimləri iştirak edirdilər.
Azərbaycanın mədəniyyət naziri Polad Bülbüloğluna Vəqfin 2001-ci il üçün yüksək mükafatı təqdim olundu.
Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirəl mərasimdə çıxış etdi. İki dost və qardaş ölkə arasındakı sıx əlaqələrdən söhbət açan cənab Süleyman Dəmirəl bu münasibətlərin möhkəmləndirilməsi və inkişaf etdirilməsində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin xüsusi rolu və böyük əməyi olduğunu vurğuladı. O, İstanbulda “Çırağan sarayı”nda Türkiyənin nüfuzlu iş adamları ilə görüşdə Prezident Heydər Əliyevin söylədiyi nitqin dərin məna və tarixi əhəmiyyət kəsb etdiyini nəzərə çarpdırdı.
Tural Rzayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankrara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:50]
Azərbaycan-Rumıniya mədəni əməkdaşlığının inkişafı müzakirə olunub
- 11.06.2026 [12:23]
Azərbaycanın da təmsil olunduğu İstanbul Opera və Balet Festivalı başa çatıb
- 11.06.2026 [12:20]
Keçmişin izi ilə: Şəmkirin “balaca Almaniya”sına səyahət VİDEO
- 11.06.2026 [11:14]