Azərbaycan Dövlət İnformasiya Agentliyi

TÜRKDİLLİ ÖLKƏLƏRİN DÖVLƏT BAŞÇILARININ VIII ZİRVƏ GÖRÜŞÜNDƏ AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

- Hörmətli dövlət başçıları!

Hörmətli xanımlar və cənablar, əziz dostlar!

İlk növbədə, əziz qardaşım, Türkiyə Cümhuriyyətinin Cümhurbaşqanı Əhməd Necdət Sezərə bu zirvə görüşünü təşkil etdiyinə və bizə göstərdiyi yüksək qonaqpərvərliyə görə öz adımdan dərin təşəkkürümü bildirmək istəyirəm. Yenidən qardaş ölkədə olmağımdan çox məmnunam və hesab edirəm ki, bu zirvə görüşünün keçirilməsi, aparılacaq fikir mübadiləsi və qəbul ediləcək qərarlar bizim birgə fəaliyyətimiz üçün yeni imkanlar açacaqdır.

Bizim ölkələrimiz 15 ildir ki, müstəqil həyat yaşayır. Sovet İttifaqı dağılandan sonra biz müstəqilliyə qovuşduq. Müstəqillik əldə etmək çox böyük nailiyyətdir. Deyə bilərəm ki, ən böyük sərvətimiz bizim müstəqilliyimizdir. Çünki biz uzun illər, əsrlər boyu bu müstəqillikdən məhrum olmuşduq. Ancaq müstəqilliyi möhkəmlətmək, qoruyub saxlamaq daha da çətin işdir və ötən 15 il göstərdi ki, yeni müstəqil dövlətlər müstəqil ölkələr kimi çox uğurlu fəaliyyət göstərir. Bizim qarşımızda duran bütün əsas çətinliklər arxada qaldı və ilk illərdə qardaş Türkiyənin bizə göstərdiyi dəstək bu işdə çox böyük rol oynamışdır. Türkiyə Azərbaycanı müstəqil ölkə kimi tanıyan ilk dövlət olmuşdur. Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra Türkiyə Azərbaycana çox böyük dəstək vermiş, kömək göstərmişdir və bizim müstəqil şəkildə fəaliyyətimiz üçün bunun çox böyük rolu olmuşdur.

İndiki mərhələdə yeni müstəqil ölkələr artıq öz inkişaf dövrünü yaşayır. Demək olar ki, bütün ölkələrdə tənəzzül və iqtisadi çətinliklər arxada qalmışdır. Bizim iqtisadiyyatımız sürətlə inkişaf edir, siyasi proseslər normal məcrada gedir və təbii ki, ikitərəfli əlaqələrimiz də möhkəmlənir. Ölkələrimiz arasında ikitərəfli əlaqələr yüksək səviyyədədir və biz bunu möhkəmləndiririk. Əlbəttə ki, çoxtərəfli əlaqələrin möhkəmlənməsinə də böyük ehtiyac var. Ona görə bu zirvə görüşünün uzun fasilədən sonra keçirilməsinin çox böyük əhəmiyyəti var, buna böyük ehtiyac var. Dünya dəyişir, bölgəmizdə baş verən hadisələr yeni yanaşmalar tələb edir, yeni çağırışlar ortaya çıxır və biz birlikdə bunlara çarə tapmalıyıq. Birgə fəaliyyətimiz nəticəsində bölgəni inkişaf etdirmək üçün, sülhün, təhlükəsizliyin, sabitliyin tam şəkildə bərqərar olunması üçün bizim birgə səylərimiz böyük əhəmiyyət kəsb edir.

Bizi birləşdirən tarixi köklər, ortaq mədəniyyət, etnik mənsubiyyət, əlbəttə ki, qarşılıqlı, səmərəli fəaliyyətimiz üçün çox böyük əsasdır, böyük amildir. Mədəni əlaqələrimizin inkişaf etdirilməsi insanlar arasında əlaqələrin möhkəmlənməsinə gətirib çıxarır və bu məqsədə nail olmaqda mən TÜRKSOY təşkilatının fəaliyyətini yüksək qiymətləndirmək istəyirəm. Bu təşkilatın fəaliyyəti nəticəsində bizim xalqlarımız bir-birinə daha da yaxın oldular. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və iqtisadi sahədə böyük işlər görülübdür, bizim münasibətlərimiz hərtərəfli inkişaf edir.

İqtisadi sahədə bizi birləşdirən konkret, real layihələr var və onların uğurla həyata keçirilməsi həm ölkələrimiz üçün, həm də bölgə üçün yeni imkanlar açır. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismara verilməsi tarixi hadisədir və bu kəmər bundan sonra uzun illər, onilliklər ərzində bölgənin həm iqtisadi inkişafına, həm də ki, təhlükəsizliyinin möhkəmlənməsinə xidmət göstərəcəkdir. Qardaş Qazaxıstanın bu layihəyə qoşulması ona yeni dinamizm gətiribdir, artıq çox böyük mənada regional layihəyə çeviribdir. Əminəm ki, fəaliyyətə başlamış kəmərin uzun illər ərzində istismarı nəticəsində xalqlarımızın rifahı yaxlışacaq, bizim əlaqələrimiz daha da möhkəmlənəcək və beləliklə bölgədə sülhün, təhlükəsizliyin təmin edilməsi mümkün olacaqdır.

Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilməsi Azərbaycan qazının Türkiyəyə və Avropaya çatdırılması deməkdir, Avropanın enerji təhlükəsizliyi məsələlərinin həlli üçün töhfədir və bu istiqamətdə ölkələrimizin birgə fəaliyyəti çox böyük əhəmiyyət kəsb edir. Xəzər dənizi hövzəsində yerləşən ölkələrin çox zəngin təbii ehtiyatları - neft, qaz ehtiyatları var və bunlar artıq ölkələrimizin, xalqlarımızın inkişafı üçün böyük əhəmiyyət daşıyır. Çünki bölgəyə, ölkələrə maddi rifah gətirir. Siyasi proseslərin inkişafına gətirib çıxarır, ölkələrimizdə demokratik proseslərə də müsbət təsir göstərir. Zəngin olmayan ölkələrdə, yaxud kasıb ölkələrdə demokratik proseslər ləng gedir.

Biz öz siyasətimizi iki istiqamətdə formalaşdırırıq. İqtisadi islahatlar və siyasi islahatlar bir-birini tamamlayır, bir-birini şərtləndirir. Maddi rifahın yüksəlməsi, insanların normal yaşaması, iqtisadiyyatın, özəl sektorun, sahibkarlığın inkişafı, əlbəttə ki, ölkələrimizin demokratikləşməsinə çox mühüm təsir göstərir.

Bizim uğurlu işbirliyimiz artıq gerçəklikdir, reallıqdır. Vaxtilə əfsanə kimi görünən layihələr bu gün reallığa çevrilir. Bu onu göstərir ki, biz bu işləri görməyə qadirik. Bütün çətinliklərə, bütün maneələrə baxmayaraq, biz bunu bacardıq.

Ona görə mən şübhə etmirəm ki, Qars-Tbilisi-Bakı dəmir yolu layihəsinin həyata keçirilməsində də qarşımızda duran çətinliklər, süni maneələr aradan qaldırılacaqdır.

Bu dəmir yolunun tikintisi ölkələrimiz üçün, xalqlarımız üçün, regional əməkdaşlıq üçün lazımdır. O, Türkiyəni Azərbaycanla dəmir yolu vasitəsilə birləşdirəcəkdir. Türkiyəni Orta Asiya ilə, Qazaxıstanla dəmir yolu vasitəsilə birləşdirəcəkdir və bütövlükdə Avropanı Asiya ilə birləşdirəcəkdir. Bu layihə bölgədə ancaq və ancaq sabitliyin, sülhün möhkəmlənməsinə gətirib çıxaracaqdır. Ona görə süni şəkildə yaradılan problemlər bizi bu yoldan çəkindirməyəcək, iradəmizi qırmayacaq, əksinə, bizi daha da mətin edəcək və daha da məqsədyönlü fəaliyyətimizə təkan verəcəkdir.

Biz müstəqilliyimizin 15 ilini yaşadıq. Bu illər ərzində problemlər də oldu, çətinliklər də, böhranlar da oldu. Bizim bir-birimizə dəstək verməyimiz, əlbəttə ki, çətinliklərin aradan qaldırılmasına böyük imkanlar yaratdı. Azərbaycanın sürətli iqtisadi inkişafı artıq reallıqdır. Avropa Yenidənqurma və İnkişaf Bankının bu yaxınlardakı hesabatına görə, Azərbaycan iqtisadi artımın sürəti baxımından dünyada lider dövlətə çevrilibdir. 2005-ci ildə bizim iqtisadiyyatımız 26 faiz, 2006-cı ildə isə 34 faiz artmışdır. Sənaye istehsalı 40 faiz artmışdır. Bu, ölkənin dinamik inkişafına imkanlar yaradır, eyni zamanda, bizim iqtisadi potensialımızı möhkəmləndirir. Çox istəyirik ki, bizə qardaş olan ölkələr bu imkanlardan faydalansınlar və biz də o ölkələrin imkanlarından faydalanaq. Artıq bizim ölkələrimiz dinamik inkişafa qədəm qoyubdur. Yeni iş yerləri, yeni müəssisələr, neft-qaz kəmərləri yaradılır, nəqliyyat strukturu müasirləşir, modernləşir və dünya standartlarına cavab verir. Ona görə iqtisadi sahədəki əməkdaşlığımız və gələcək fəaliyyətimiz, əminəm ki, ölkələrimiz arasında olan münasibətlərə çox böyük təkan verəcəkdir.

Ancaq bizi narahat edən problemlər də kifayət qədərdir. Biz yerləşdiyimiz bölgənin problemləri ilə yaşayırıq. Əfsuslar olsun ki, bölgəmizdə, o cümlədən Azərbaycanda hələlik sülh, sabitlik, təhlükəsizlik bərqərar olunmayıbdır. Azərbaycanın ən ağrılı problemi Ermənistanın Azərbaycana qarşı davam edən işğalıdır. Bu, həm bizim üçün böyük problemdir, həm də bölgə üçün sabitliyi poza biləcək amildir. Biz məsələni sülh yolu ilə həll etmək niyyətindəyik. Beynəlxalq hüquq normaları və prinsipləri əsasında həll etmək niyyətindəyik. Hər bir münaqişə, hər bir mübahisə müəyyən çərçivələr, dünyada mövcud olan prinsiplər, normalar əsasında həll edilməlidir. Xüsusilə dünyanın ən aparıcı təşkilatı olan Birləşmiş Millətlər Təşkilatının qərarları əsasında həll olunmalıdır. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası məsələnin həllinə və Ermənistan qoşunlarının torpaqlarımızdan qeyd-şərtsiz şəkildə çıxarılmasına dair dörd qətnamə qəbul etmişdir. Ermənistan bunlara məhəl qoymur. İslam Konfransı Təşkilatının bu məsələdə dəstəyinə görə biz təşkilata üzv olan ölkələrə minnətdarıq. O təşkilat da müvafiq qərarlar qəbul edibdir. Avropa Şurası kimi mötəbər təşkilat keçən ilin yanvar ayında Ermənistan-Azərbaycan münaqişəsinə dair qərar qəbul edib və orada Ermənistanı işğalçı dövlət kimi tanıyıbdır.

Ancaq Ermənistana bunun heç bir təsiri yoxdur. Belə olan halda, beynəlxalq tənzimləmə mexanizmlərinə bizim ümidimiz azalır. Belə olan halda, bölgədə vəziyyət gərginləşə bilər. Azərbaycan torpağının 20 faizini itiribdir, etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq soydaşımız qaçqın, köçkün vəziyyətində yaşayır. İşğal olunmuş torpaqlarımızdakı bütün tarixi, mədəni, dini abidələr dağıdılıbdır, daş daşüstə qalmayıbdır. Torpaqlarımız yandırılır, meşələrimiz qırılır, dini məbədlərimiz dağıdılır, vandalizm aktları törədilir. Dağlıq Qarabağ adlı qeyri-qanuni, kriminal qurum beynəlxalq nəzarətdən tamamilə kənardadır. Orada nə baş verir - beynəlxalq ictimaiyyət bundan xəbərsizdir. Bizdə olan məlumata görə, orada kriminal əməliyyatlar baş verir, narkotrafik inkişaf edir, qanunsuz silah alveri gedir, terrorçular hazırlanır. Terrorizmdən əziyyət çəkmiş ölkə kimi Azərbaycan terrorizmin nə olduğunu yaxşı bilir. Ona görə biz tələb edirik ki, məsələ yalnız və yalnız beynəlxalq hüquq normaları əsasında həll olunmalıdır. Bu, hansısa ölkənin xülyaları əsasında həll oluna bilməz. Biz də çox şey istəyə bilərik. Bizim tarixi torpağımız olan İrəvan xanlığının ərazisi bu gün Ermənistan dövlətinin tərkibindədir. Ancaq biz məsələyə reallıqla yanaşırıq. Biz bilirik ki, əgər dünyada mövcud olan sərhədlərə toxunularsa, bu, çox xoşagəlməz hadisələrə gətirib çıxara bilər, çox böyük fəlakətlərə gətirib çıxara bilər.

Ona görə hər bir ölkənin ərazi bütövlüyü tanınmalıdır. Azərbaycanın da ərazi bütövlüyü Ermənistandan başqa, bütün dünya dövlətləri tərəfindən tanınır. Mən bir daha qeyd etmək istəyirəm ki, biz məsələnin sülh yolu ilə həllinə tərəfdarıq və bunun üçün əlimizdən gələni edirik. Bizə göstərilən diqqətə, qayğıya və dəstəyə görə qardaş dövlətlərə minnətdarıq. Bu dəstək bizim üçün çox önəmlidir və çalışacağıq ki, bütün imkanlardan istifadə edib, məsələnin ədalətli həllinə nail olaq. Bunu etmək üçün biz güclü olmalıyıq. İqtisadiyyatımızı möhkəmləndirməliyik, potensialımızı gücləndirməliyik, bölgədə daha da möhkəm mövqelərə malik olmalıyıq. Əlbəttə ki, belə olan halda, danışıqlar prosesində bizim mövqeyimiz daha da güclü olacaqdır.

Əziz dostlar, əminəm ki, bu zirvə görüşü tarixə yazılacaqdır. Çünki, bir daha demək istəyirəm ki, uzun fasilədən sonra Türkiyə dövlətinin təşəbbüsü və ev sahibliyi ilə bu zirvə görüşünün təşkili çox böyük əhəmiyyət kəsb edir. Mən əminəm ki, bundan sonra uzun fasilələr olmayacaq və biz mütəmadi qaydada görüşəcəyik, öz səylərimizi birləşdirəcəyik. Biz bir-birimizi daim dəstəkləməliyik. Hər bir türkdilli ölkənin problemi digərlərinin probleminə çevrilməlidir. Biz Türkiyənin Avropa Birliyinə üzv olmaq cəhdlərini alqışlayırıq, dəstəkləyirik. Bəzi hallarda Türkiyəyə qarşı olan ədalətsizliyi görəndə biz də çox üzülürük, bu, bizə də çox böyük təsir göstərir. Çünki, dünyada ədalət olmalıdır, çərçivələr olmalıdır, davranış qaydaları olmalıdır. Hər bir insan, hər bir dövlət ədalətsizliyi görəndə, əlbəttə ki, buna dözə bilmir. Bizim işimiz haqq işidir. Biz ədalətin, sülhün tərəfdarıyıq, əməkdaşlığın tərəfdarıyıq. Şübhə etmirəm ki, bu görüşdə və gələcəkdə zirvə görüşlərində qəbul ediləcək qərarlar bizim birliyimizi daha da möhkəmləndirəcəkdir.

Bu zirvə görüşünün təşkilinə görə Türkiyə dövlətinə və şəxsən əziz qardaşım Prezident Əhməd Necdət Sezərə bir daha öz təşəkkürümü bildirirəm. Əminəm ki, qəbul olunacaq qərarlar bizi daha da birləşdirəcək və türk dünyası daha sürətlə inkişaf edəcəkdir.

Təşəkkür edirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hörmüz boğazında neft tankeri minaya düşüb

İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır