Azərbaycan Dövlət İnformasiya Agentliyi

TÜRKDİLLİ ÖLKƏLƏRİN DÖVLƏT BAŞÇILARININVIII ZİRVƏ GÖRÜŞÜ
ANTALYA BƏYANNAMƏSİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev, Qırğızıstan Respublikasının Prezidenti Kurmanbek Bakiyev və Türkiyə Respublikasının Prezidenti Əhməd Necdət Sezər 2006-cı il noyabrın 17-də Antalyada Türkdilli ölkələrin dövlət başçılarının VIII zirvə görüşündə iştirak etdilər.

Dövlət başçıları,

- müstəqilliklərinin on beşinci ildönümünü qeyd edən Azərbaycan, Qazaxıstan və Qırğızıstanın müstəqil dövlətlər kimi beynəlxalq aləmdə mövqelərini möhkəmləndirdiklərini, siyasət, iqtisadiyyat, hüquq və digər sahələrdə həyata keçirdikləri dəyişikliklərlə dünyada gedən proseslər istiqamətində irəliləyiş nümayiş etdirdiklərini təsdiq edərək;

- türkdilli ölkələr arasında birgə tarix, mənşə, mədəniyyət və dil yaxınlığına, dostluq, bərabərlik və qarşılıqlı faydaya əsaslanan, hər sahədə mövcud olan yüksək səviyyəli əlaqələrin və əməkdaşlığın əhəmiyyətini qeyd edərək;

- türkdilli ölkələrin dövlət başçıları arasında keçirilən zirvə görüşlərinin qaydasına əsaslanaraq və əvvəllər keçirilmiş zirvə görüşlərində qəbul edilmiş Bəyannamələri təsdiq edərək;

- türkdilli ölkələr arasında ikitərəfli və çoxtərəfli əlaqələrin və mövcud həmrəyliyin genişləndirilməsinin Avrasiya bölgəsindəki əməkdaşlıq mühitini gücləndirdiyinə əmin olaraq;

- Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin məqsəd və prinsipləri, Helsinki Yekun Aktı başda olmaqla, ATƏT-in normaları, prinsipləri və öhdəliklərinə bağlı olduqlarını ifadə edərək,

haqqında fikir mübadiləsi aparılmış məsələlərə dair aşağıdakıları açıqladılar:

1. Qlobal və regional sülh, təhlükəsizlik, sabitlik və rifahın qorunması istiqamətində ikitərəfli və çoxtərəfli fəaliyyətlərə dəstək verdiklərini bir daha təsdiq edərək, mübahisələrin sülh yolu ilə həll edilməsi öhdəliklərinə bağlılıqlarını vurğuladılar.

2. İctimai asayişi və sülhü saxlamadan rifah və sabitliyin mümkün olmamasına əmin olaraq, hüququn aliliyi və insan hüquqlarına hörmətlə yanaşmanın əsasında demokratik və dünyəvi dövlət quruluşuna bağlılıqlarını təsdiqlədilər və bu istiqamətdə hər cür təşəbbüsü dəstəklədiklərini bildirdilər.

3. Avrasiya ərazisində terrorizm, separatizm, radikal hərəkətlər, kütləvi qırğın silahlarının yayılması, narkotik vasitələr və silah qaçaqmalçılığı və insan alveri daxil olmaqla, hər cür mütəşəkkil cinayətkarlığın yaratdığı böyük təhdidlərə qarşı birgə mübarizənin əhəmiyyətini vurğuladılar, bu məqsədlə öz aralarında və beynəlxalq təşkilatlarla yaxın əlaqə və əməkdaşlıq şəraitində olacaqları niyyətlərini bir daha təsdiqlədilər.

4. Avrasiya regionuna da təsir edən terrorizmin bütün bəşəriyyəti və ümumi dəyərləri hədəf aldığını təsdiq edərək, qlobal bir təhdid yaradan terrorizmlə aparılacaq mübarizənin də qlobal olmasının vacibliyini qeyd etdilər, terrorizmin heç bir din, etnik qrup və ya coğrafi bölgə ilə əlaqələndirilməyəcəyini və buna heç bir haqq qazandırmağın mümkün olmadığını bildirdilər.

5. Türkdilli ölkələrə yaxın olan bölgələrdə davam edən problemlərə və xüsusilə 11 sentyabr 2001-ci ildən sonra başda Əfqanıstan olmaqla, İraq, Fələstin və Livanda baş verən proseslərə diqqət yetirərək, davamlı sülh və sabitlik mühitinin yaradılması istiqamətində fəaliyyətlərinin davam etdirilməsini və bu çərçivədə beynəlxalq birlik tərəfindən həyata keçirilən fəaliyyətin dəstəklənməsinin vacibliyini qeyd etdilər.

6. İraqın suverenliyinin, ərazi bütövlüyünün qorunmasına, İraqda yaşayan bütün xalqların və bunlardan biri olan türk soylu xalqın əsas hüquq və azadlıqlarının təmin edilməsinin vacibliyinə diqqət yetirdilər.

7. Aralarındakı ortaq tarix, dil yaxınlığını və mədəniyyətdən yaranan xüsusi əlaqələrini, qardaşlıq, əməkdaşlıq və həmrəylik anlayışını, mövcud olan münasibətləri və əməkdaşlığı, müstəqillik, suverenlik, ərazi bütövlüyünə hörmət, bərabərlik, qarşılıqlı maraq əsasında davam etdirmək niyyətlərini bir daha təsdiqlədilər; ikitərəfli, regional və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi məsələsində ümumi fikirdə olduqlarını, hər sahədəki danışıqların davam etdirilməsi və mövcud əməkdaşlığın genişləndirilməsi məsələsində qətiyyətli olduqlarını vurğuladılar.

8. Müasir ikitərəfli və beynəlxalq münasibətlərin və əməkdaşlığın ən mühüm hissəsini iqtisadi və ticarət sahələrindəki əməkdaşlığın təşkil etdiyinə əsaslanaraq, türkdilli ölkələr arasında iqtisadi və ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi və xüsusilə sənaye, kənd təsərrüfatı, nəqliyyat, rabitə və turizm sahələrində ikitərəfli və çoxtərəfli birgə layihələrin sürətləndirilməsinin vacibliyini vurğuladılar, iqtisadi və ticarət sahələrində əməkdaşlığın inkişaf etdirilməsində özəl sektorun iştirakını xüsusilə qeyd etdilər.

9. Dünya enerji bazarındakı son inkişafı və türkdilli ölkələrin iqtisadi müstəqilliklərinin inkişaf etdirilməsinin zəruriliyini nəzərə alaraq, enerji resurslarının istehlakçı ölkələrə çatdırılması yollarının müxtəlifliyinin vacibliyini bəyan etdilər və enerji sahəsində əməkdaşlığın artırılmasının bölgənin siyasi və iqtisadi sabitliyinə birbaşa təkan verəcəyini vurğuladılar.

10. Xəzər hövzəsindəki enerji ehtiyatlarının Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində artan əhəmiyyətini qeyd edərək, Bakı-Tbilisi-Ceyhan neft boru xəttinin fəaliyyətə başlamasının və Bakı-Tbilisi-Ərzurum qaz boru xəttinin inşasının tamamlanmasının beynəlxalq strateji önəmini vurğuladılar. Bununla bağlı, göstərilən boru xətlərinə Transxəzər layihələrinin bağlanmasının vacibliyini ifadə etdilər.

11. Asiya ilə Avropa arasında sürətli yol və yük daşımalarına yönəlmiş Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolu layihəsi və İstanbul-Almatı dəmir yolu xəttinə Bişkekin əlavə edilməsini əsas götürərək, Türkiyə və digər türkdilli ölkələr arasında beynəlxalq nəqliyyatın inkişaf etdirilməsinin yeni imkanlar yaradacağı və region ölkələrinin iqtisadi inkişafına təkan verəcəyi məsələlərini vurğuladılar.

12. Türkdilli ölkələr arasındakı tarix, dil və mədəniyyət əlaqələrinin möhkəmlənməsinə istiqamətlənən fəaliyyətin və bu əlaqələri gücləndirəcək fəaliyyət və təşəbbüslərin vacibliyini ifadə etdilər, TÜRKSOY-un mədəniyyət sahəsinə müsbət töhfələrini qeyd etdilər, bu istiqamətdə səylərin təşviqinin davam etdirilməsinin zəruriliyini bildirdilər.

13. Əsrlərə əsaslanan və tərəflər arasındakı əlaqələri möhkəmləndirən ümumi mədəni irsin qorunması və gələcək nəsillərə verilməsi və ən geniş şəkildə tanıdılmasında yaxın əməkdaşlıq həyata keçirəcəklərini ifadə etdilər.

14. Türkdilli xalqlar arasındakı dostluğu daha da möhkəmləndirmək, bir-birinə daha yaxın nəsillər yetişdirmək və peşəkar kadrlar hazırlamaq məqsədi ilə təhsil sahəsindəki əməkdaşlığın əhəmiyyətini bir daha vurğuladılar.

15. XXI əsrdə sosial və iqtisadi tərəqqinin, elm və texnologiyanın inkişafına əsaslandığına əmin olaraq, elmi təşkilatlar və elm xadimləri arasında əlaqələri və bu sahədəki konkret layihələri dəstəklədiklərini qeyd etdilər.

16. Türkdilli ölkələr arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsi baxımından bu ölkələrin xalqları arasındakı ictimai əlaqələrin inkişaf etdirilməsinin vacibliyinə inanaraq parlamentlər, mərkəzi və yerli hakimiyyət və mətbuat orqanları ilə ixtisaslaşdırılmış təşkilatlar arasında münasibətlərin inkişaf etdirilməsini dəstəklədiklərini ifadə etdilər.

17. Tərəflər arasında münasibətlərin hər sahədəki inkişafın ən əsas şərtlərindən birinin insanlar arasında təmasların artmasından ibarət olduğunu rəhbər tutaraq, vətəndaşların bir-birinin ölkəsinə səfərlərini asanlaşdırmaq və təşviq etmək məqsədi ilə viza prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi istiqamətində səy göstərməyə hazır olduqlarını bildirdilər.

18. XXI əsrdə bəşəriyyətin yaşadığı sürətli inkişafın doğurduğu mənfi təsiri nəzərə alaraq, ətraf mühitin qorunması və su mənbələrinin səmərəli şəkildə istifadəsi mövzusunda beynəlxalq əməkdaşlığa və həmrəyliyə verdikləri əhəmiyyəti vurğuladılar; bu çərçivədə Aral dənizi hövzəsindəki və Qazaxıstanın Semey bölgəsindəki ətraf mühitin vəziyyətinin yaxşılaşdırılmasına, Qırğızıstandakı radioaktiv tullantılar probleminin həll edilməsinə istiqamətlənən beynəlxalq ictimaiyyətə müraciətlərini təkrar etdilər.

19. Əsasən Birləşmiş Millətlər Təşkilatında və onun müxtəlif alt qurumlarında və ATƏT-də, üzv və ya iştirakçısı olduqları beynəlxalq qurumlarda və iclaslarda onları maraqlandıran mövzulara dair səmərəli məsləhətləşmə və həmrəyliyin təmin olunmasının davam etdirilməsinin vacibliyini qeyd etdilər; bundan başqa, bütün beynəlxalq qurumlardakı namizədlik məsələlərində mümkün olduğu qədər həmrəyliklə hərəkət edəcəklərini bildirdilər.

20. Qazaxıstanın 2009-cu ildə ATƏT-in Dövri Sədrliyinə namizədliyini məmnuniyyətlə qarşıladılar və ATƏT-in Orta Asiya və Qafqaz regionlarında səmərəliliyinin artırılmasını təmin edən bu namizədliyi dəstəklədiklərini bildirdilər.

21. Türkiyənin Avropa İttifaqına üzvlüyü istiqamətində irəliləyişindən duyduqları məmnuniyyəti ifadə etdilər; eyni zamanda, Avrasiya coğrafiyasının da mühüm ölkəsi olan Türkiyənin Aİ-yə üzv olmasının regionun siyasi, iqtisadi və sosial inkişafını sürətləndirəcəyinə və region ilə Aİ arasında əlaqələri möhkəmləndirəcəyinə inandıqlarını bildirdilər.

22. BMT-nin parametrləri və BMT-nin hərtərəfli həlletmə planı əsasında Kipr probleminin hərtərəfli həllinin axtarışlarına dəstək verdiklərini təkrarladılar. Kipr türk xalqının beynəlxalq təcridinin dərhal sona çatdırılmasına dair BMT tərəfindən edilən çağırışları dəstəklədilər.

23. Cənubi Qafqazda davamlı sabitliyə və regional əməkdaşlığa maneələrdən biri olan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində sülh yolu ilə həll edilməsinin vacibliyini qeyd etdilər; Dağlıq Qarabağ münaqişəsinin həllinin Avrasiya coğrafiyasında sülh, sabitlik və rifahın təmin edilməsi istiqamətində əhəmiyyətli irəliləyiş olacağına əmin olduqlarını təkrar etdilər.

24. Asiyada Qarşılıqlı Fəaliyyətə və Etimad Tədbirlərinə dair Müşavirənin (AQFETM) Asiyada sülh və sabitliyə təkan verəcəyinə əmin olduqlarını bir daha qeyd etdilər. Bu çərçivədə, 17 iyun 2006-cı il tarixində keçirilmiş AQFETM-in dövlət və hökumət başçılarının ikinci zirvə görüşündə AQFETM-in Katibliyinin Əsasnaməsinin imzalanmasını AQFETM-in təşkilatlanması istiqamətində böyük addım kimi məmnunluqla qeyd etdilər. AQFETM-in Etimad Tədbirləri Kataloqunun tam və bütöv anlayışla həyata keçirilməsi istiqamətindəki səylərini möhkəmləndirməyə və bu məqsədlə AQFETM Katibliyinə lazımi dəstəyi təmin etməyə dair niyyətlərini bəyan etdilər.

25. Çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsi çərçivəsində İslam Konfransı Təşkilatının çərçivəsindəki əməkdaşlığın artırılması və bu təşkilatın daha səmərəli vəziyyətə gətirilməsi istiqamətində birgə fəaliyyətin vacibliyini vurğuladılar.

26. Türkiyənin 2009-2010-cu illərdə, Qazaxıstanın 2010-2011-ci illərdə və Qırğızıstanın 2012-2013-cü illərdə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına namizədliklərinə verdikləri dəstəyi təkrarladılar.

27. Türkdilli ölkələr arasında ikitərəfli və çoxtərəfli əlaqələrin müsbət istiqamətdə inkişaf etdiyini məmnunluqla qeyd edərək, Antalya zirvə görüşünün aralarındakı münasibətləri və əməkdaşlığı möhkəmləndirəcəyinə, regional sülh, tərəqqi, sabitlik və təhlükəsizliyə, bu ölkələrin xalqlarının iqtisadi inkişafına və rifahına təkan verəcəyinə əmin olduqlarını ifadə etdilər.

Qonaq heyətlər onlara göstərilən səmimi qəbul və qonaqpərvərliyə görə türk xalqına və Türkiyə Respublikasının Prezidenti Əhməd Necdət Sezərə təşəkkürlərini bildirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyədə çay tullantılarından kömür və gübrə əldə olunur

Vitkoff və Kuşnerin Moskvaya səfərinin təxirə salınmasının səbəbi açıqlanıb

Hörmüz boğazında neft tankeri minaya düşüb

İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO