ELM VƏ TƏHSİL
Türkiyə Cümhuriyyətinin yaranmasının 92-ci ildönümü BSU-da qeyd olunub
Bakı, 28 oktyabr, AZƏRTAC
Azərbaycan və Türkiyə beynəlxalq təşkilatlarda daim bir-birini dəstəkləyir və eyni mövqedən çıxış edir.
Bu sözləri oktyabrın 28-də Bakı Slavyan Universitetində (BSU) Türkiyə Cümhuriyyətinin yaranmasının 92-ci ildönümü münasibətilə keçirilən “dəyirmi masa”da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov deyib. İcraçı direktor, həmçinin Bilik Fondunun təhsil və sosial sahədə gördüyü işlərdən, Türkiyənin Azərbaycandakı təşkilatları ilə əməkdaşlığından söz açıb.
“Dəyirmi masa”da 1923-cü il oktyabrın 29-da Mustafa Kamal Atatürk və silahdaşları tərəfindən yaradılan Türkiyə Cümhuriyyətinin keçdiyi yoldan, qazandığı uğurlardan, üzləşdiyi çətinliklərdən, dünyadakı mövqeyindən danışılıb.
Tədbirdə BSU-da türkiyəşünaslıq ixtisası üzrə təhsil alan tələbələr şeir oxuyub, rəqs ediblər.