TÜRKİYƏ PREZİDENTİ ABDULLAH GÜL AZƏRBAYCAN ALİ MƏHKƏMƏSİNİN SƏDRİNİ QƏBUL ETMİŞDİR
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin başçılıq etdiyi nümayəndə heyəti Ankarada səfərdədir.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, aprelin 15-də Türkiyə Prezidenti Abdullah Gül Ramiz Rzayev və onun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Qardaş Türkiyənin dövlət başçısı ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən məhkəmə-hüquq sahəsində əməkdaşlığın yüksək səviyyədə olmasından məmnunluğunu ifadə etmişdir. Bildirmişdir ki, Türkiyə Azərbaycanın parlaq gələcəyinə inanır və qardaş ölkəyə hər zaman hər cür yardım göstərməyə hazırdır. Abdullah Gül Dağlıq Qarabağ probleminin tezliklə ədalətli həllinin və Azərbaycan torpaqlarının azad olunmasının zəruriliyini də vurğulamışdır.
Ramiz Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını Türkiyənin dövlət başçısına çatdırmışdır.
Abdullah Gül də öz növbəsində onun salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş etmişdir.
Ali Məhkəmənin sədri Türkiyə Prezidentinə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları barədə ətraflı məlumat vermişdir.
Qəbulda Azərbaycanın Ankaradakı səfiri Zakir Həşimov iştirak etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [19:03]
Milli Məclisin komissiyası CNN-in informasiya təxribatına dair bəyanat yayıb
- 05.06.2026 [17:19]
Rusiya XİN Azov dənizində gəmilərə hücumlarla bağlı bəyanat verib
- 05.06.2026 [16:50]
Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvləri TBMM-də olub
- 05.06.2026 [15:34]