TÜRKİYƏ RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB RƏCƏB TAYYİB ƏRDOĞANA
Türkiyə Respublikasının milli bayramı – Respublika elan edilməsi günü münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.
Qardaş Türkiyənin dünyanın qüdrətli dövlətlərindən birinə çevrilməsindən, beynəlxalq işlərdə rolunun artmasından qürur hissi duyuram.
Əminəm ki, xalqlarımızın əzəli və əbədi qardaşlığından bəhrələnən dövlətlərarası münasibətlərimiz daim indiki kimi, özünün ən yüksək səviyyəsində qalacaqdır.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
25 oktyabr 2003-cü il.