TÜRKİYƏ RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB RƏCƏB TAYYİB ƏRDOĞANA
Hörmətli cənab Baş nazir,
Tanınmış dövlət xadimi, siyasət aləminin görkəmli simalarından biri Bülənd Ecevitin vəfatı xəbərini kədər hissi ilə qarşıladıq.
Dərin məzmunlu bir ömür yaşamış Bülənd Ecevit yarım əsrə çatan siyasi fəaliyyəti ilə, əməl və məramı ilə öz adını tarixin səhifələrinə əbədi həkk etmişdir.
Bu ağır itki ilə əlaqədar Sizə dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 6 noyabr 2006-cı il.