TÜRKİYƏ RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ƏHMƏD NECDƏT SEZƏRƏ
Görkəmli dövlət xadimi və siyasi xadim Bülənd Ecevitin vəfatı xəbəri bizi son dərəcə kədərləndirdi.
Bütün ömrü boyu Atatürk ideallarına sadiq qalmış Bülənd Ecevit yenilməz iradə, mətanət və qətiyyətlə Vətəninə, xalqına xidmət etmişdir.
Bülənd Ecevit türk dünyasının yüksəlişi, türkdilli xalqların mənafeləri uğrunda fədakarcasına çalışmış, Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə böyük töhfələr vermişdir.
Bu əvəzsiz itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 6 noyabr 2006-cı il.