Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib, azı 12 nəfər ölüb
Bakı, 7 may, AZƏRTAC
Türkiyənin Hatay vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca tviter hesabında yazıb.
Nazir qeyd edib ki, Antakyanın Topboğazı ərazisində baş verən zəncirvari qəzada 12 nəfər ölüb, 31 nəfər xəsarət alıb. Xəsarət alanlardan 3-nün vəziyyəti ağırdır.
Hadisə yerinə təcili yardım avtomobilləri cəlb edilib.
Qeyd olunub ki, yük avtomobili ilə avtobusun toqquşması nəticəsində yanğın baş verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [22:22]
Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib
- 09.06.2026 [22:13]
Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]