Türkiyədə növbəti Beynəlxalq Gilas Festivalı keçirilir
İstanbul, 8 iyun, AZƏRTAC
Türkiyənin Tekirdağ şəhərində Süleymanpaşa Bələdiyyəsi tərəfindən 55-ci Beynəlxalq Gilas Festivalı keçirilir.
AZƏRTAC xəbər verir ki, ənənəvi olaraq şəhərdə hər il keçirilən festivalda Türkiyənin tanınmış incəsənət xadimləri iştirak ediblər.
Festivalda insanlar müxtəlif rəngli geyimlərdə yürüş ediblər, Türk Hava Qurumunun dəstəyi ilə paraşütlə tullanıblar.
Tədbir çərçivəsində “Gilas gözəli” gözəllik müsabiqəsi keçirilib.
Festival iyunun 9-dək davam edəcək.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul