Türkiyədə “Rəngli qaçış” festivalı keçirilib
İstanbul, 15 aprel, AZƏRTAC
Türkiyənin İzmir şəhərində “Color Sky 5K” “Rəngli qaçış” festivalı keçirilib.
AZƏRTAC xəbər verir ki, festival zamanı iştirakçılar şəhərin Karşıyaka bölgəsindən Mavişehir sahilinə doğru qaçıblar. İştirakçılar finişə müxtəlif rənglərə boyanmış halda çatıblar. Beş kilometrlik yürüşün hər kilometrində iştirakçıların üstünə müxtəlif rəngli kirşan tökülüb.
Bu il Türkiyədə altıncı dəfə keçirilən festivalın əsas məqsədi sağlam həyat tərzinin təbliğ etməkdir.
Təşkilatçılar bugünədək keçirilən festivallarda 37 minədək vətəndaşın iştirak etdiyini bildiriblər.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.08.2026 [16:32]
Türkiyə qızıl hasilatının həcmini 10 faiz artıracaq
- 27.08.2026 [16:30]
Avropa “Big Tech” asılılığını azaltmaq üçün yeni rəqəmsal yanaşma axtarır
- 27.08.2026 [16:00]
Böyük Britaniyada salmonellaya yoluxanların sayı 500-ə yaxınlaşıb
- 27.08.2026 [14:35]
Almatı-Daşkənd qatarında qadınlar üçün ayrıca vaqon olacaq
- 27.08.2026 [14:26]
Nepalda sel fəlakəti zamanı azı 8 Almaniya vətəndaşı itkin düşüb
- 27.08.2026 [14:19]
Bitkoinin qiyməti 2029-cu ilin sonunadək 300 min dollara çata bilər
- 27.08.2026 [13:59]