Türkiyədə tətbiq olunan komendant saatı başa çatıb
İstanbul, 27 aprel, AZƏRTAC
Koronavirus ilə əlaqədar olaraq Türkiyənin 31 şəhərində tətbiq olunan dörd günlük komendant saatı aprelin 27-si yerli vaxtla saat 00:00-da başa çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, bu müddət ərzində tətbiq olunan qadağaları pozan 35 min 422 nəfər barəsində inzibati cəza tətbiq olunub.
Bildirilib ki, komendant saatının başa çatmasına baxmayaraq, Türkiyənin 31 şəhəri üçün nəzərdə tutulan giriş-çıxış məhdudiyyəti, eləcə də 65 yaşdan yuxarı və 20 yaşdan aşağı vətəndaşların karantin müddəti davam edir. Ölkə daxilində polis və jandarma əməkdaşları tərəfindən vətəndaşların sıx məskunlaşdığı bölgələrdə sosial məsafə və maska taxma zəruriliyi ilə bağlı yoxlamalar növbəti həftə də intensiv şəkildə davam etdiriləcək.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [13:36]
Böyük Britaniyada “Ryanair” aviaşirkəti ilə bağlı araşdırma başlanıb
- 11.06.2026 [13:35]
Ankara yunan Kipri ilə Fransa arasında hərbi sazişi pisləyib
- 11.06.2026 [13:25]
Şimali İrlandiyada iğtişaşlar zamanı 12 polis yaralanıb
- 11.06.2026 [13:13]
Birləşmiş Ştatların sutkalıq neft hasilatı artır
- 11.06.2026 [13:11]
Rusiya məhkəməsi Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxsi həbs edib
- 11.06.2026 [12:29]
ABŞ-nin neft ehtiyatları azalıb
- 11.06.2026 [12:17]
Fransadakı alman bunkerləri baxımsız qalıb
- 11.06.2026 [12:07]
Hind okeanında ən dərin və geniş balina “məzarlığı” aşkar edilib
- 11.06.2026 [12:04]