Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyi fəaliyyətini genişləndirəcək
Ankara, 15 yanvar, AZƏRTAC
Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin (TAİB) rəhbər şəxsləri Ankaradakı Heydər Əliyev Parkında Ulu Öndərimizin abidəsini ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil qoyulub, dahi şəxsiyyətin əziz xatirəsi dərin ehtiramla yad olunub.
Azərbaycanın Ankaradakı səfirliyində səfir Xəzər İbrahim və Türkiyənin Prezident Administrasiyasında baş müşavir Yalçın Topçu ilə görüşlər keçirilib.
Görüşlərdə Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərindən bəhs olunub. Diqqətə çatdırılıb iki qardaş ölkə arasında münasibətlərin dinamik inkişafında QHT-lərin yeri və rolu hər zaman yüksək olub. Əminliklə vurğulanıb ki, 2012-ci ildə təsis olunan TAİB fəaliyyətini canlandırmaq imkanındadır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara