Türkiyənin COVID-19 Xəstələrinə Nəzarət Mərkəzi hesabat təqdim edib
İstanbul, 28 yanvar, AZƏRTAC
2020-ci ilin may ayından etibarən Türkiyənin İstanbul Universitetinin tibb fakültəsi nəzdində fəaliyyətə başlayan COVID-19 Xəstələrinə Nəzarət Mərkəzi ötən doqquz ayın hesabatını təqdim edib.
AZƏRTAC xəbər verir ki, bu müddət ərzində mərkəzdə COVID-19 keçirən 3 min 300 nəfər qeydiyyata götürülərək nəzarətdə saxlanılıb.
Bu barədə danışan mərkəzin mütəxəssisləri virusun yan təsirləri barədə məlumat veriblər. Bildirilib ki, ümumiyyətlə COVID-19 keçirən şəxslərdə ən böyük risk damar tutulmasıdır. Bundan əlavə, xəstəlikdən sağalanlarda yaddaş zəifləməsi, səbəbsiz kürək ağrıları, halsızlıq, yorğunluq və ya tez yorulma kimi hallar da müşahidə olunub. Qadınlar arasında yaranan ən böyük problem isə saç tökülməsidir. Bu hal nəzarətdə olan qadınların ümumi sayının 10 faizində müşahidə olunub.
Qeyd edilib ki, pandemiya dövrü ərzində insanların hərəkətsiz qalması, keçirdikləri stres gələcəkdə ürək-damar problemlərinə yol aça bilər. Bu səbəbdən yaxın bir-iki il ərzində virusa yoluxmasından asılı olmayaraq hər kəsin ürək-damar sistemini nəzarətdə saxlaması vacibdir.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]
ÜST bir çox ölkədə COVID-19-un davamlı olması barədə xəbərdarlıq edib
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]