TÜRKİYƏNİN DAXİLİ İŞLƏR NAZİRİ BAKIYA GƏLƏCƏKDİR
Türkiyə Respublikasının Daxili İşlər naziri Abdulkadir Aksu iyulun 8-də Bakıya iki günlük səfərə gələcəkdir. Türkiyənin ölkəmizdəki səfirliyindən müxbirimizə bildirmişlər ki, Azərbaycanın daxili işlər naziri Ramil Usubovun dəvəti ilə həyata keçiriləcək səfərdən məqsəd nazirliklər arasında əlaqələrin, gələcək əməkdaşlıq perspektivlərinin inkişaf etdirilməsi, birgə kadr hazırlığı, qarşılıqlı təcrübə mübadiləsi, eləcə də terrorizmə və mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sahələrində fikir mübadiləsi aparmaqdır. Nazir Abdulkadir Aksu dövlət və hökumət rəsmiləri ilə də görüşəcəkdir. Səfər iyulun 9-da başa çatacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.08.2026 [22:35]
Ukrayna Prezidenti Volodimir Zelenski Ceyhun Bayramovu qəbul edib
- 06.08.2026 [13:04]