Türkiyənin koronavirusla mübarizəsində əhəmiyyətli nəticələr əldə olunmaqdadır
Ankara, 28 aprel, AZƏRTAC
Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma və virusdan ölüm hallarında azalma tendensiyası davamlı xarakter alıb. Aprelin 28-də ölkə üzrə 29 min 230 nəfər üzərində test aparılıb. Onlardan 2 min 392 nəfər xəstə çıxıb. Gün ərzində 5 min 18 nəfər sağalıb. Pik hədlə müqayisədə gündəlik yoluxma sayında qırx faizə qədər azalma var.
AZƏRTAC xəbər verir ki, bu barədə son rəqəmləri Türkiyənin Səhiyyə naziri Fahrettin Koca sosial şəbəkədə paylaşıb. Bildirilir ki, aprelin 28-də 92 nəfər dünyasını dəyişib. Bu göstərici dünənkindən 3, aprelin 23-ü ilə müqayisədə 23 nəfər azdır. Hazırda, ölkə üzrə ölənlərin sayı 2 min 992, sağalanlar isə 38 min 809 nəfərə çatıb. Reanimasiyada 1621, süni nəfəs aparatında 845 nəfər saxlanılır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]