Azərbaycan Dövlət İnformasiya Agentliyi

TÜRKİYƏNİN MİLLİ BAYRAMI ŞƏRƏFİNƏ
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV MƏRASİMDƏ İŞTİRAK ETMİŞDİR

Xəbər verdiyimiz kimi, Türkiyə Cümhuriyyətinin qurulmasının 79-cu ildönümü münasibətilə bu ölkənin Bakıdakı səfirliyi oktyabrın 30-da “Gülüstan” sarayında rəsmi qəbul təşkil etmişdir. 

Azərbaycan Prezidenti Heydər Əliyev qəbulda iştirak etmişdir. Salona toplaşanlar dövlətimizin başçısını hərarətli alqışlarla qarşıladılar.

Azərbaycanın və Türkiyənin dövlət himnləri əzəmətlə səsləndi.

Türkiyənin ölkəmizdəki səfiri Əhməd Ünal Çeviköz və Azərbaycan Prezidenti Heydər Əliyev rəsmi qəbulda nitq söylədilər.

TÜRKİYƏNİN AZƏRBAYCANDAKI SƏFİRİ ƏHMƏD ÜNAL ÇEVİKÖZÜN NİTQİ

-Hörmətli Cümhur başqanım!

Dəyərli qonaqlar!

Sevgili vətəndaşlar!

Türkiyə Cümhuriyyətinin 79-cu ildönümü münasibətilə təşkil etdiyimiz rəsmi qəbulumuzda iştirakınızla bizləri şərəfləndirdiyinizə görə təşəkkür edir, sizi hörmətlə salamlayıram.

1923-cü il oktyabrın 29-da qurulan Türkiyə Cümhuriyyətinin unudulmaz memarı Mustafa Kamal Atatürk tarixin türk xalqına bir ərmağanıdır. Zira o, illərcə sürən müharibədən sonra uçurumun kənarında olan bir ölkəyə və bir millətə yenidən həyat vermişdir. Qurtuluş savaşından sonra Cümhuriyyətin elan edilməsi XX yüz ilin ən önəmli hadisələrindən biri olmuşdur. Bu yeni dövlətin qurucuları Cümhuriyyəti beynəlxalq qanun və hüquq əsasında yaratmışlar.

Atatürkün gerçəkləşdirdiyi islahatlar Türkiyə Cümhuriyyətini çağdaş səviyyəyə uyğunlaşdıraraq, bütün məzlum millətlər tərəfindən izlənən bir model halına gətirmişdir. Bununla Atatürk çətin durumda olan üçüncü dünya ölkələrinə də qurtuluş yolunu göstərmişdir. Türkiyə Atatürkün öndərliyi ilə Birinci dünya müharibəsindən məğlub çıxan ölkələr arasında özünə imzalatmaq istənilən anlaşmanı qəbul etməyərək, mücadilə verən və şərəfini qoruyan bir anlaşma imzalayan yeganə ölkə olmuşdur. Qurtuluş savaşımızı qələbə ilə başa vuranlara və Cümhuriyyəti quran əcdadımıza bir daha şükranlarımı ifadə edir və onların yüksək mənəviyyatları qarşısında hörmətlə baş əyirəm.

Türkiyə Cümhuriyyəti iki qitənin - Asiya ilə Avropanın qovuşduğu nöqtədə, fərqli mədəniyyətlərin bir araya gəldiyi ərazidə qurulmuşdur. Bu, Türkiyəyə bir zənginlik qazandırır. Türkiyə Avropa ölkəsi olmaqla bərabər, Qafqaz, Qara dəniz hövzəsi, Balkan, Aralıq dənizi və Yaxın Şərq ölkəsidir. Bu özəllik ölkəmizin çox mənalı xarici siyasət aparmasını da zəruri edir. Başda qonşularımız olmaqla bütün ölkələrlə dostluq əlaqələri qurmaq, regional və beynəlxalq işbirliyində iştirak etmək, problemlərin sülh yolu ilə çözülməsinə tərəfdar olmaq xarici siyasətimizin ən önəmli istiqamətidir.

Türkiyə Cümhuriyyəti son illərdə bu fəaliyyətini daha uzaq bölgələrə də yaymağa başlamış və Makedoniyadan Somaliyə və Şərqi Timora qədər sülhün qorunması əməliyyatlarında iştirak etmişdir. Son olaraq, Əfqənistana sülh və əmin-amanlıq gətirmək üçün yardılan beynəlxalq qüvvələrə hazırda komandanlıq edən Türkiyə bu vəzifəni uğurla yerinə yetirməkdədir.

Türkiyə 75 milyard dollardan çox xarici ticarət dövriyyəsi və milyard dollardan artıq ümumi daxili məhsul istehsalı ilə bu gün bölgədə və dünyada böyük və inkişaf edən bir ölkədir. İnkişaf edən iqtisadiyyatı, qüvvətli ordusu, demokratiyaya və hüquqa bağlılığı ilə Türkiyə beynəlxalq aləmin öndə gedən ölkələrindən biridir.

Türkiyə XX1 əsrdə istər türk dünyasının bir mənsubu olaraq, istərsə də Avropa Birliyinin üzvü olmaq istəyi ilə dünyada insani dəyərlərin gücləndirilməsinə və mədəniyyətlərarası dialoqla sülhün möhkəmləndirilməsinə köməyini davam etdirəcəkdir.

Hörmətli Cümhur başqanım!

Türkiyə Cümhuriyyəti Azərbaycanın yenidən müstəqillik qazanması ilə gələcəyə daha ümidlə və qururla baxmağa başlamışdır. Çünki Azərbaycan müstəqillik əldə etdiyi bu qısa müddətdə çox ciddi problemlərlə qarşı-qarşılaşsa da, önəmli nailiyyətlər əldə etmişdir. Azərbaycanın Cümhur başqanı olaraq Siz təcrübənizlə, vətənsevərliyinizlə Azərbaycana və türk dünyasına böyük töhfələr verdiniz. Bu gün Azərbaycanda əmin-amanlıq, sabitlik vardır. Azərbaycan dünyada layiqli yerini tutur və beynəlxalq aləmin ən çox marağı olan ölkələrdən birinə çevrilmişdir. Bu inkişaf bizi qürurlandırır. Çünki Azərbaycanın yüksəlməsi Türkiyənin yüksəlməsi deməkdir. Eyni millətə mənsub iki müstəqil və suveren dövlətin xalqları olaraq, biz bir-birimizdən güc alırıq və bunun qiymətini çox yaxşı bilirik.

 

Xəzər hövzəsinin və Azərbaycanın təbii sərvətlərinin dünya bazarlarına çıxarılması üçün Zati-alinizin atdığı addımlar öz bəhrəsini vermişdir. 2002-ci il sentyabrın 18-də təməlini qoyğunuz Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri Azərbaycanı, Gürcüstanı və Türkiyəni bir-birinə bağladığı kimi, regionu həm də Qərblə, dünya ilə bağlayan ən önəmli layihədir. Bu layihəyə Qazaxıstanın da qoşulmasını arzu edirik. Eyni zamanda, Azərbaycanın “Şahdəniz” təbii qazının Bakı-Tbilisi-Ərzurum boru xətti ilə Türkiyəyə, oradan isə Avropanın digər yerlərinə nəqli əlaqələrimizi daha da gücləndirəcəkdir.

Dağlıq Qarabağ problemi hələ də öz həllini tapmamışdır. Bu məsələdə sülhsevər siyasətiniz sayəsində Azərbaycan bütün dünyaya problemi dincliklə həll etmək arzusunda olduğunu göstərmişdir. Bu məsələ Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əsasında həllini tapmalıdır. Türkiyə Azərbaycanın bu haqlı mübarizəsində həmişə sizin yanınızdadır və bundan sonra da yanınızda olacaqdır. Arzumuz erməni tərəfinin gerçək davranması, ağıl və sülh yolunu seçməsidir. Məhz bu yol Ermənistan da daxil olmaqla, bütün bölgə ölkələrinin regional işbirliyindən yararlanmasına gətirib çıxaracaqdır.

Hörmətli Cümhur başqanım!

Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin hər sahədə yüksəlməsi və inkişaf etməsi üçün tarixi xidmətləriniz olmuşdur. Bunları məmnuniyyətlə qeyd etmək istəyirəm. Qarşımızdakı illərdə də Zati-alinizin qərarlarına əsasən atılacaq addımlar Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq tellərini möhkəmləndirəcək, birlikdə getdiyimiz yolda bir-birimizə daha da dəstək verməyimizə yardımçı olacaqdır. Türkiyə Cümhuriyyəti və Azərbaycan Cümhuriyyəti əbədiyyətə kimi yan-yana yaşayacaqlar.

X X X

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN NİTQİ

-Hörmətli cənab səfir!

Hörmətli xanımlar və cənablar!

Sizi Türkiyə Cümhuriyyətinin qurulmasının 79-cu ildönümü münasibətilə təbrik edirəm, qardaş türk xalqına sülh, əmin-amanlıq və rifah arzulayıram.

Türkiyə Cümhuriyyətinin qurulması XX əsrin ən böyük tarixi hadisələrindən biridir. Birinci dünya müharibəsindən sonra, Osmanlı İmperiyasının dağılmasından sonra, dünyada yaranmış ağır bir şəraitdə, Türkiyə üçün çox çətin bir dövrdə Türkiyənin böyük insanları- böyük Mustafa Kamal Atatürk və onun silahdaşları 1923-cü ildə Türkiyə Cümhuriyyətini qurmuşlar. Bu, böyük tarixi hadisədir, ona görə ki, bir çox əsrlər Osmanlı imeriyasının dövlət sistemi şəraitində yaşamış xalq artıq özünün hansı yolla getməsini o vaxt çox aydın dərk etdi. Bunu edənlər- Atatürk və onun silahdaşları tarixi bir iş görmüşlər.

Çox sevindirici haldır ki, Cümhuriyyət qurulandan sonra ilbəil, ardıcıl surətdə inkişaf etmişdir. Baxmayaraq ki, dünyada o illər çox ağır proseslər getmiş, Birinci dünya müharibəsinin yaraları hələ sağalmamış faşizm kimi dəhşətli bir cərəyan meydana çıxmışdı, Türkiyə Cümhuriyyəti tutduğu yolla getmiş, yaşamış, inkişaf etmiş, öz prinsiplərini qorumuş, saxlamış və Türkiyə böyük, əzəmətli, qüdrətli bir dövlətə çevrilmişdir.

İkinci dünya müharibəsində Türkiyənin apardığı doğru və düzgün siyasət Türkiyə Cümhuriyyətini bir daha ağır sınaqlardan qorumuşdur. Biz bu gün Türkiyə Cümhuriyyətinin 79-cu ildönümünü bayram edərək, iftixar hissi ilə deyə bilərik ki, Türkiyə dünyada böyük bir dövlətdir, güclü iqtisadiyyata malikdir, demokratik, hüquqi, dünyəvi dövlətdir, dünya birliyində öz yerini tutmuşdur və dünyada gedən proseslərdə fəal iştirak etməkdədir.

Türkiyə Cümhuriyyətinin iqtisadiyyatı, xüsusən, 1970-1980-ci illərdə çox sürətlə inkişaf etmişdir. O illər dünyada, xüsusən, keçmiş Sovetlər İttifaqında Türkiyə möcüzəsi kimi bir anlayış meydana çıxmışdı. Hamı bu möcüzəni anlamaq istəyirdi. Türkiyənin təcrübəsini araşdırırdı, onun təcrübəsindən istifadə etməyə çalışırdı. Bu, sadə bir şey deyildir. Bu, türk xalqının və onun liderlərinin dünyada gedən proseslərlə nə qədər uyğunlaşdığını göstərir. Bazar iqtisadiyyatının inkişaf etdirilməsi sahəsində o illərdə Türkiyədə həyata keçirilən islahatlar böyük bir sıçrayış yaratdı.

Biz həmişə Türkiyə ilə fəxr etmişik. Bəzən Türkiyədən çox uzaq olarkən, Türkiyəni yaxından görməyərkən, orada gedən prosesləri çox bilməyərkən də bizim xalqımız, Azərbaycan xalqı həmişə Türkiyəyə, türk xalqına böyük məhəbbət hissləri bəsləmişdir. Bunun səbəbi aydındır. Bizim xalqlarımız bir kökə mənsubdur, çox dəyərli müştərək tarixi keçmişimiz var. Dilimizin, dinimizin, adət-ənənələrimizin eyni, yaxud bənzər olması həmişə bizi doğmalaşdırıbdır. Buna görə, dediyim kimi, xalqımız həmişə Türkiyəyə məhəbbət hissi ilə yaşamış və onunla qovuşmaq arzusunda, həsrətində olmuşdur.

Həhayət, Azərbaycan dövlət müstəqilliyini əldə edərkən və hətta bunun ərəfəsində Türkiyə ilə Azərbaycan arasında əlaqələr artıq qurulmağa başlamışdır. Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə olmuşdur. Ancaq tanımaq azdır, Azərbaycanın müstəqil dövlət kimi yaşaması üçün Türkiyə ilk günlərdən bizə əlindən gələn köməyi etmişdir. Beləliklə, bizim tarixi dostluğumuz, qardaşlığımız, keçmişdə bütün sahələrdə olan çox gözəl əlaqələrimiz indi dövlətlərarası əlaqələr şəklində inkişaf etməyə başlamışdır.

Biz 11 ildir müstəqillik dövrünü yaşayırıq. Bir neçə gün bundan öncə dövlət müstəqilliyimizin 11-ci ildönümünü bayram etdik. Bu illər bizim üçün heç də asan olmayıbdır. Biz ağır, çətin, ancaq şərəfli bir yol keçmişik. Məhz ona görə şərəfli yol keçmişik ki, biz müstəqil dövlət kimi yaşamışıq. Bu, bizim üçün hər şeydən üstün olub və üstündür. Hər şeydən qiymətli olub və qiymətlidir. Müstəqillik dövründə Türkiyə ilə Azərbaycan daim bir yerdə olubdur. Türkiyə Azərbaycana hər cür yardımlarını edibdir.

İndi artıq Türkiyə ilə Azərbaycanı bir-birindən ayırmaq olmaz. Azərbaycanda indi nə qədər Türkiyə vətəndaşı yaşayır və Türkiyədə nə qədər Azərbaycan vətəndaşı yaşayır. Bunu saymaq da mümkün deyildir. Buna ehtiyac da yoxdur. Bu, təbii bir prosesdir. Ancaq iş təkcə bunda deyil, iş ondadır ki, biz dövlətlər olaraq bir-birimizlə sıx bağlıyıq, sıx əlaqədəyik.

Türkiyə Cümhuriyyətinin dünyaya nümayiş etdirəsi çox gözəl nailiyyətləri var: yüksək səviyyədə qurulmuş bazar iqtisadiyyatı, demokratik, hüquqi dövlət quruluşu, təhsil, səhiyyə və bütün başqa sahələrdə əldə etdiyi nailiyyətlər. Bunlarla yanaşı, Türkiyənin ən böyük nailiyyətlərindən biri də odur ki, onun çox güclü, qüdrətli ordusu var. Türkiyənin ordusu böyük Atatürkün türk xalqına qoyub getdiyi ən böyük nemətlərdən biridir. Türk xalqı öz ordusu ilə fəxr edir. Biz də eyni dərəcədə fəxr edirik. İki il bundan öncə Türkiyə Silahlı Qüvvələri Komandanının rəhbərliyi altında “Türk ulduzları”nın Azərbaycana gəlməsi və burada öz böyük nailiyyətlərini nümayiş etdirməsi, həm Azərbaycan üçün böyük mənəvi dayaq oldu, həm də bütün dünyaya Türkiyənin ordusunun, onun yüksək səviyyədə olan əsgərlərinin qüdrətini bir daha nümayiş etdirdi.

Biz dövlət quruculuğunda, iqtisadiyyatın inkişaf etdirilməsində, ordu quruculuğunda və bir çox başqa sahələrdə Türkiyə ilə çox sıx əməkdaşlıq edirik. Türkiyənin təcrübəsi ötən illərdə bir çox hallarda bizim üçün örnək olmuş və müstəqil dövlət kimi yeni təsisatların, demokratik təsisatların yaradılmasında bizə çox gözəl yardım etmişdir. Bütün bunlara görə bugünkü bayram təkcə Türkiyənin bayramı deyil, bizim də bayramımızdır. Bunu başqa cür qiymətləndirmək də mümkün deyildir. Dostluq, qardaşlıq Azərbaycan üçün həm bu gün, həm də gələcək illərdə böyük dayaqdır və dayaq olacaqdır.

Ermənistanın Azərbaycana etdiyi təcavüzün nəticəsində Azərbaycanda baş vermiş vəziyyət bizi narahat etdiyi kimi, Türkiyəni də həmişə narahat etmişdir. Türkiyə bu münaqişənin həll olunması üçün ötən illərdə bizimlə bərabər fəaliyyət göstərmişdir. Türkiyə Minsk qrupunun üzvüdür və bu imkandan da çox istifadə etmişdir və bu gün də bizimlə əməkdaşlıq edir. Əminəm ki, Azərbaycanın bu ağrılı probleminin həll olunmasında Türkiyə Azərbaycana öz yardımını heç vaxt əsirgəməyəcək və Azərbaycanla bir yerdə olacaqdır. Məhz bunların nəticəsində biz Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə nail olacağıq və nəyin bahasına olur-olsun, Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəyik, işğal olunmuş torpaqları azad edəcəyik. Uzun illər çox ağır vəziyyətdə yaşayan vətəndaşlarımızı öz yerlərinə-yurdlarına qaytaracağıq.

Mən bu gün sizinlə birlikdə bu bayramı qeyd etməyə çox böyük hisslərlə gəlmişəm. Çox böyük qardaşlıq hissləri ilə sözlərimi deyirəm və sizin hamınızı, bütün türk xalqını, Türkiyə Cümhuriyyətini, hökumətini bir daha ürəkdən təbrik edirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, Türkiyə XXI əsrdə də həmişə irəlidə gedən ölkələrdən biri olacaq və Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı daimi, əbədi və sarsılmaz olacaqdır.

Bayramınız mübarək olsun!

\Dövlətimizin başçısının nitqi böyük diqqətlə dinlənildi və dəfələrlə alqışlarla qarşılandı\.

X X X

Sonra Prezident Heydər Əliyev qəbulda iştirak edən səfirlərlə, ölkəmizin və Türkiyənin mədəniyyət, incəsənət və elm, iş adamları ilə səmimi görüşüb hal-əhval tutdu.

Dövlətimizin başçısı sarayın foyesində gənc rəssam Əli Cəfərin əsərlərindən təşkil olunmuş sərgiyə də baxdı. Prezident HEYDƏR ƏLİYEV sərgidən məmnun qaldığını bildirərək, gənc rəssama dedi:

-Çox gözəl, keçmişlə bağlı rəsmlərdir. Amma başqa mövzulara da müraciət et. Bunları çox gözəl çəkmisən. Amma sənin istedadın var, başqa mövzular üzərində də işlə. Sən sərgilərə gedirsənmi, görürsənmi? Yəni təkcə bizimkilərə yox, dünya rəssamlarının sərgilərinə baxırsanmı?

ƏLİ CƏFƏR: Cənab Prezident, sərgilər keçiriləndə gedirəm.

HEYDƏR ƏLİYEV: 15-17 əsrlərdə yaşamış Avropa rəssamlarının əsərlərinin, albomları var. Sizdə onlardan varmı?

VAQİF CƏFƏROV \ Əli Cəfərin atası\: Cənab Prezident, var, hərdən oxuyur, baxır, maraqlanır.

HEYDƏR ƏLİYEV: Əgər yoxdursa, mən tapşırım, tapsınlar, versinlər. Qoy hamısına baxsın.

VAQİF CƏFƏROV: Dünya sənətkarlarının, Rembrandtın, başqalarının əsərlərinə baxır.

HEYDƏR ƏLİYEV: Rembrandtın, Rafaelin, Mikelancelonun əsərlərini, 18-ci əsr rus rəssamlarının əsərlərini görübmü?

VAQİF CƏFƏROV: Müəyyən qədər maraqlanıbdır.

HEYDƏR ƏLİYEV: Sankt-Peterburqda böyük Ermitaj var. Orada olmayıb ki?

VAQİF CƏFƏROV: Cənab Prezident, orta məktəbdə oxuduğuna görə vaxtı, imkanı olmur, dərsləri ilə məşğuldur. Vəziyyət də imkan vermir.

HEYDƏR ƏLİYEV: Mənim gənc istedadlar üçün təqaüdüm var. Mən buna təqaüd vermişəm, yoxsa yox?

DİLARƏ SEYİDZADƏ \Prezidentin Katibliyinin rəisi\: Cənab Prezident, xeyr, verilməyibdir.

VAQİF CƏFƏROV: Cənab Prezident, Siz onsuz da oğlumun qiymətini vermisiniz.

HEYDƏR ƏLİYEV: Qiymətini yox, utanma de, təqaüd verməmişik ki?

VAQİF CƏFƏROV: Yox, almırıq.

HEYDƏR ƏLİYEV: Yaxşı, Dilarə xanım, sabah mənim yadıma sal. Mən mütləq təqaüd verərəm. Sankt-Peterburqdakı muzeylərdə həddindən çox əsərlər var. Orada təkcə Rusiyanın deyil, bütün dünya, Avropa rəssamlarının əsərləri var. Ermitajdır, Rus muzeyidir, başqalarıdır. Mən gənc vaxtlarımda orada təhsil alanda onların hamısını görmüşəm, yaxşı bilirəm. Fikirləşin, vaxtını deyərsiniz, mən təşkil edəcəm, qoy oraya getsin. Amma tək buraxmayın, sən, yaxud kimsə yanında olsun.

Yaxşı, təbrik edirəm, uğurlar arzulayıram.

Prezident Heydər Əliyev gənc rəssam Əli Cəfərlə xatirə şəkli çəkdirdi.

X X X

Milli Məclisin sədri Murtuz Ələsgərov, parlament sədrinin və baş nazirin müavinləri, Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə, Milli Məclisin deputatları, nazirlər, diplomatik korpusun, ictimaiyyətin nümayəndələri qəbulda iştirak edirdilər.

AZƏRTAC

Foto Oqtay Aydınoğlunun və

Rafiq Bağırovundur

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam