DÜNYA
Türkiyənin tanınmış aktrisası Çolpan İlhan vəfat edib
![Türkiyənin tanınmış aktrisası Çolpan İlhan vəfat edib](/files/2014/2/1200x630/1408712507224266427_1200x630.jpg)
İstanbul, 25 iyul (AZƏRTAC). Türkiyənin tanınmış aktrisası Çolpan İlhan 78 yaşında ürək çatışmazlığından vəfat edib.
1936-cı ildə İzmirdə anadan olan aktrisa 21 yaşında ilk ifasını uğurla həyata keçirib. O, ümumilikdə 300-dən çox rol ifa edərək qardaş ölkənin kino və teatr sənətinin inkişafına böyük töhfələr verib.
Türkiyənin Mədəniyyət Nazirliyi tərəfindən 1998-ci ildə “Dövlət sənətçisi” fəxri adına layiq görülən Ç.İlhanın vəfatı bütünlükdə türk dünyası üçün böyük itkidir.
Türkiyə mediası aktrisanın vəfatından böyük bir hüznlə bəhs edir. Ölkənin tanınmış ziyalıları, elm və sənət adamları, kino və teatrsevərlər sosial şəbəkələrdə Ç.İlhan barədə xatirələrini bölüşür, onun yaradıcılığı ilə bağlı fikir və mülahizələrini paylaşırlar.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.07.2024 [19:14]
Britaniyada 1,8 milyon tələbənin azı 50 min funt-sterlinqlik borcu var
- 02.07.2024 [18:20]
Hindistanda dini ibadətgahda baş verən izdihamda 107 nəfər ölüb
- 02.07.2024 [18:07]
Keniyada hökumət əleyhinə nümayişlər yenidən başlayıb
- 02.07.2024 [18:06]
Yeni sorğu Qazaxıstan Prezidentinə yüksək ictimai dəstəyi təsdiqləyir
- 02.07.2024 [17:42]
Hindistanda dini yığıncaq zamanı yaranan izdihamda 27 nəfər ölüb
- 02.07.2024 [15:43]