Azərbaycan Dövlət İnformasiya Agentliyi

UKRAYNA PREZİDENTİ VİKTOR YUŞŞENKONUN BƏYANATI

UKRAYNA PREZİDENTİ VİKTOR YUŞŞENKONUN BƏYANATI

- Hörmətli İlham Heydər oğlu,

Hörmətli azərbaycanlı dostlar,

Xanımlar və cənablar!

Mən, ilk növbədə, dəvətə görə cənab Prezidentə minnətdaram. Mən ənənəvi dostluq şəraitində keçirdiyimiz danışıqlardan məmnunam. Mövzu çox müxtəlif idi, biz münasibətlərimizin müxtəlif sahələrinə - siyasi, iqtisadi, humanitar, müdafiə, xarici siyasət sahələrinə aid məsələlərə toxunduq. Hərbi-texniki əməkdaşlıq, energetika sahəsində bir sıra layihələrin həyata keçirilməsi məsələlərini ayrıca müzakirə etdik.

İlk növbədə, qeyd etmək istərdim ki, indi Ukraynada siyasi sabitlik mərhələsi başlamışdır. Parlament seçkilərində iştirak etmiş siyasi qüvvələr parlament çoxluğunun formalaşmasının, hökumətin formalaşmasının, ümummilli dəyərlərə, inteqrasiya vektoruna, milləti uzun illərdən bəri narahat etmiş ümdə məsələlərə münasibətə əsas baxışların formalaşmasının çox mürəkkəb yolunu keçdilər.

Mən böyük məmnunluqla demək istəyirəm ki, indi Ukrayna siyasi sabitlik mərhələsindədir. Bu, nəzərdən keçirdiyimiz məsələlərin həllinin iqtisadi perspektivlərini hiss edə bilməyimiz baxımından çox vacibdir. Əgər bu gün Ukrayna bazarını, makroiqtisadi mədəniyyəti, digər göstəriciləri müqayisə etməli olsaq, onda deyərdim ki, bizim, bəlkə də Şərqi Avropa üçün nadir göstəricilərimiz var. Bizdə ümumi məhsul istehsalının həcmi 7,7 faiz səviyyəsindədir. Milli iqtisadiyyatın bütün sahələrində artım müşahidə edilir. Elə bir sahə yoxdur ki, o, tənəzzüldə, durğunluqda olsun, yaxud böhrandan çıxmasın.

Bu gün ölkədə müstəqilliyin 15 ili ərzində işsizliyin ən aşağı səviyyəsi müşahidə olunur - 7,2 faiz. İl hesabı ilə biz xarici investisiyaların ən yüksək göstəricisinə malikik, ildə təxminən 7,4 milyard dollardır. Bizdə büdcənin formalaşmasının yaxşı dinamikası var. Keçən il büdcənin mədaxili 53 faiz artmışdır. Ötən illə müqayisədə cari ildə bu artım 18 faiz təşkil edir. Biz uzun illər ərzində həll edilə bilməyən sosial və humanitar məsələlərin xeyli hissəsinin həllinə müvəffəq olmuşuq.

Mən bunu Ukrayna ilə çoxtərəfli və ikitərəfli münasibətlərin inkişafı üçün yaxşı zəmin hesab edirəm. Ukrayna perspektivli ölkədir. Əminəm ki, Ukrayna qarşılıqlı maraqların gerçəkləşdirilməsi üçün çox imkanlara malikdir. Odur ki, münasibətlərimiz üçün ənənəvi olaraq əhəmiyyət kəsb edən bir sıra məsələlərin bu gün ikitərəfli danışıqlarda müzakirə edilməsi bizdən ötrü vacib idi. Məsələlərin birinci qrupu energetika sahəsində əməkdaşlıqla bağlıdır. Bu gün energetika sahəsində Ukraynanı üç istiqamət maraqlandırır. Birincisi, potensial Azərbaycan şirkətləri ilə müştərək strukturlar yaradılmasıdır. Elə strukturlar ki, onlar neft kəşfiyyatı və hasilatı, neft məhsullarının emalı və satışının müştərək bazarlarında işləməyə qadir olsunlar. Ukrayna tərəfi buna hazır olduğunu artıq bildirmiş və bu, azərbaycanlı həmkarlara rəsmi qaydada göndərilmişdir. Hesab edirik ki, bu, bazarlara birlikdə daxil olmağın və qarşılıqlı potensialları inkişaf etdirməyin birinci mərhələsidir. İkinci addım Azərbaycan və Qazaxıstan neftinin Odessa-Brodı-Avropa bazarı marşrutu ilə nəql etmək imkanlarını saxlamaqdan ibarətdir. Bu, işləyən, fəaliyyət göstərən layihədir. Bu gün Xəzər dənizi və Qara dəniz regionu xam neftə dair yeni təkliflər formalaşdırır və onlar Odessa-Brodı layihəsinin gerçəkləşdirilməsinə asanlıqla uyğun gəlir. Üçüncü addım, əslində, elə həmin marşrutla - Xəzər regionu-Ukrayna-Avropa İttifaqı marşrutu ilə qazın nəql edilməsi kimi mühüm məsələdə birgə mövqeləri formalaşdırmaqdan ibarətdir.

Biz aviasiya sahəsində əməkdaşlığın davam və inkişaf etdirilməsində çox maraqlıyıq. Hazırda Ukrayna təyyarələrin yeddi modelini təqdim edə bilər. Onlar sınaqdan çıxarılmışdır və təhlükəsizliyin ən yüksək tələblərinə, müasir aviasiya bazarının iqtisadi xarakteristikalarına cavab verir. Hesab edirik ki, bu bizim perspektivimizdir. İndi təkliflərimiz ondan ibarətdir ki, biz bu məsələni ən yüksək səviyyədə öyrənməli, hər şeyə aydınlıq gətirməli, işimizi davam etdirməliyik.

Biz GUAM-ın fəaliyyəti məsələlərinə, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinə böyük diqqət yetirmişik. Ukrayna bu münaqişənin nizama salınması üçün, əvvəllər olduğu kimi, yenə də özünün bütün potensial imkanlarını təqdim edir. Azərbaycan tərəfindən xahiş edirik ki, bunu nəzərə alsın. Biz münaqişə iştirakçıları üçün daha çox münasib olan formada və rolda çıxış edə biləcək tərəf olmağa hazırıq.

Biz milli azlıqların yaşayışı üçün ən zəruri şəraitin təmin edilməsindən danışdıq. Ukraynadakı Azərbaycan icmasının özünü gözəl hiss etməsini eşitmək Ukrayna Prezidenti kimi mənə xoşdur. Əgər hələ həll etmədiyimiz məsələlər varsa, biz onların həllini ən yüksək səviyyədə təmin etməyə hazırıq. Sizə açığını deyəcəyəm ki, bizim danışıqlarımız asan oldu. Çünki bir tərəfdən, aramızda tarixən, ənənəvi mehriban münasibətlər var. Bu münasibətlər həm şüurlu səviyyədə, həm də təhtəlşüur səviyyəsində nəinki formalaşmışdır, eyni zamanda, hər iki xalqda möhkəmlənmişdir. Digər tərəfdən, zənnimcə, son illərin siyasəti də ölkələrin milli mənafelərinə diqqətcil münasibət göstərildiyini nümayiş etdirmişdir. Ukrayna bu siyasəti bundan sonra da davam etdirməyə hazırdır.

Son illər ticarət münasibətlərimizdə formalaşmış olan dinamika bizi çox sevindirir. Əmtəə dövriyyəsi keçən il 37 faiz, bu il isə, demək olar, 30 faiz artmışdır. Bu onu göstərir ki, GUAM çərçivəsində iki ölkə arasında ticarət münasibətlərinin təşkili mexanizmi səmərəlidir. Azad ticarət zonası özünün növbəti nəticələrini verir. Hər halda, əgər bu münasibətlərdə işçi komissiyaların, prezidentlərin diqqət yetirməli olduğu problemlər varsa, biz danışıqlar masası arxasında əyləşib onları müzakirə etməyə hazırıq. İstər tarif siyasəti məsələləri olsun, istərsə də sığorta və digər sahələrlə bağlı məsələlər olsun, fərqi yoxdur. Başa düşürük ki, bu münasibətləri təkmilləşdirmək lazımdır. Ona görə də nəticədə hər iki tərəf münasibətlərimizin statusunu qaldırmağa, Azərbaycan və Ukrayna Prezidentləri Şurası formasında yeni konstitusiya mexanizmi yaratmağa razılaşdı. Bu Şura çərçivəsində ikitərəfli münasibətlərin ən aktual məsələlərini əhatə edəcək strateji plan hazırlanacaqdır. Bu gün prezidentlər müvafiq tapşırıqlar verdilər. Əminəm ki, münasibətlərimiz nəinki qarşılıqlı fayda verəcək, həm də bunlar olduqca perspektivlidir. Odur ki, İlham Heydər oğlu, danışıqlarımızın, hökumət səviyyəsində iki komandanın danışıqlarının aparıldığı şəraitə görə təşəkkür edirəm.

Sağ olun.

X X X

Sonra prezidentlər jurnalistlərin suallarına cavab verdilər.

SUAL: Cənab prezidentlər, Odessa-Brodı boru kəməri üçün əlavə neft göndərilməsi barədə sizdən daha ətraflı şərh eşitmək istərdim. O cümlədən, çox istərdim ki, cənab Əliyevdən qiymətlər barədə şərh eşidim. Duru Xəzər neftinin Rusiya neftindən nə dərəcədə baha olacağı planlaşdırılırmı ki, onun emalı Ukraynanın neftayırma zavodları üçün rentabelli olaraq qalsın. Cənab Yuşşenkodan eşitmək istərdim, Xəzər neftini emal etməyə razı olan konkret zavodlar, konkret ölkələr barədə planlarınız varmı? Əgər varsa, xahiş edirəm, onları açıqlayın.

İLHAM ƏLİYEV: Neft-qaz sahəsi ilə əməkdaşlıq məsələsi bizim aramızda ilk dəfə müzakirə olunmur. Biz ötən dəfə Kiyevdə də bu barədə ətraflı danışdıq və enerji əməkdaşlığının bütün məsələlərini kompleks şəkildə nəzərdən keçirən işçi qrup yaradılması haqqında qərar qəbul edildi. İndiki halda söhbət Odessa-Brodı boru kəmərinin layihəsindən, habelə onunla bu və ya digər dərəcədə bağlı olan başqa layihələrdən gedir. Biz Azərbaycandan enerji ehtiyatlarının göndərilməsini çoxşaxəli etməyi ölkəmizə indiyədək böyük üstünlük verən neft strategiyamızın əsas elementlərindən biri kimi nəzərdən keçiririk. İndi Azərbaycandan dünya bazarlarına üç boru kəməri çəkilmişdir. Onların ikisi Rusiya və Gürcüstana, Qara dəniz limanlarına, biri isə Türkiyəyə, Aralıq dənizindəki limana gedir. Beləliklə, Azərbaycandan enerji daşıyıcılarının, məhz neftin göndərilməsinin çoxşaxəliliyi artıq baş vermiş faktdır. Əlbəttə, Azərbaycanda neft hasilatı artdıqca, biz ixrac üçün yeni imkanları da nəzərdən keçiririk.

Deməliyəm ki, planlarımıza uyğun olaraq, Bakı-Ceyhan boru kəməri 2008-ci ilədək neftlə tam doldurulacaqdır. Bu isə 50 milyon ton deməkdir. Azərbaycan 2008-ci ildə məhz bu qədər neft ixrac edəcəkdir. Sonrakı illərdə isə neftin hasilatının da, ixracının da həcmi artacaqdır. Ona görə də alternativ yollar məsələlərinin nəzərdən keçirilməsi bizim üçün çox böyük maraq doğurur və bütün qalan amillər, ilk növbədə, məsələnin kommersiya tərəfi uzlaşdırılmaqla təbii ki, həmin istiqamətdə işin intensivliyi də müəyyənləşdiriləcəkdir.

Azərbaycan nefti çox keyfiyyətlidir, dünya bazarlarında məşhur Brent markasından daha yüksək qiymətləndirilir, Brent mükafatı ilə satılır və bununla da, Azərbaycanın neft-qaz yataqlarının işlənilməsinin səmərəliliyi artır. Azərbaycan neftinin neftayırma zavodlarında emalı məsələsi də aktual ola bilər, lakin deməliyəm ki, bu gün Qara dəniz və Aralıq dənizi limanlarından nəql olunan Azərbaycan nefti Avropanın neftayırma müəssisələrində çox böyük səmərə ilə uğurla emal edilir. Beləliklə, dünya bazarlarına neftin çox mühüm ixracçısı kimi, ən başlıcası isə, Xəzər neftinin Aralıq dənizi bazarlarına yeni ixracçısı kimi Azərbaycan tərəfdaşlarımızla, o cümlədən Ukrayna ilə gələcəkdə çox fəal əməkdaşlıq etmək niyyətindədir.

VİKTOR YUŞŞENKO: Odessa-Brodı layihəsinin işini bərpa etmək üçün bazarda təxminən 4,5-5 milyon ton neft təklif olunmalıdır. Xəzər regionu bu cür perspektivi bir il-il yarımdan sonra təklif edir. Ona görə də Ukrnafta bu parametrin çərçivəsinə daxil ola biləcək ixrac cədvəlinin formalaşdırılması məsələsi ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkətinə rəsmən müraciət etmişdir. Söhbət 4,5-5 milyon ton neft və boru kəmərini dolduracaq 600 min ton texnoloji neft göndərilməsindən gedir. Qeyd etdiyim kimi, bu, birinci mərhələdir. İndi Odessa-Brodı neft kəməri boyunca yerləşən iki neftayırma zavodu bu qədər nefti emal etməyə qadirdir. Emal imkanlarının cəmləşdirilməsi hazırda Ukrnafta şirkətinin malik olduğu 600 yanacaqdoldurma stansiyasından istifadə edilməsi barədə həm Azərbaycan, həm də Ukrayna tərəfinin qarşılıqlı təklifini nəzərdən keçirməyə imkan verəcəkdir. Bu, Ukraynada ən geniş yanacaqdoldurma stansiyaları şəbəkəsidir. Biz Azərbaycan tərəfinə bu imkanları birgə həyata keçirmək üçün təklif etməyə hazırıq. Bu, layihənin birinci hissəsidir. Bundan sonra biz emal zavodunun tikintisindən, bunun ardınca isə xam neftin müxtəlif Qərbi Avropalı tərəfdaşların, o cümlədən də polşalı tərəfdaşların mülkiyyəti olan zavodlarda emalı üçün onu “Drujba” boru kəməri ilə Slovakiyaya və Çexiyaya göndərməkdən danışa bilərik. Əlbəttə, biz zavodun tikintisinə başlanmasını və Xəzər neftinin Mərkəzi və Şərqi Avropada potensial surətdə yeni bazara çıxmasını bu layihənin zirvəsi hesab edirik.

SUAL: Mənim sualım hər iki prezidentədir. İndicə Birgə bəyannamə imzalandı. Bu sənəd iki ölkə arasında siyasi dialoqun genişlənməsinə konkret olaraq necə kömək edə bilər?

İLHAM ƏLİYEV: Ölkələrimiz arasında çox fəal, intensiv siyasi dialoq aparılır. Dediyimiz kimi, biz ikitərəfli formatda da, beynəlxalq təşkilatlar çərçivəsində də çox səmərəli əməkdaşlıq edirik və bu, çox yaxşı nəticələr verir. Çünki digər sektorların, o cümlədən iqtisadi, nəqliyyat, energetika sektorlarının inkişafı ilə bağlı qalan bütün məsələlər də, prinsipcə, ölkələr arasında siyasi münasibətlərin inkişaf səviyyəsindən asılıdır. Əgər yüksək səviyyədə qarşılıqlı etimad, anlaşma və dəstək varsa, onda, təbii ki, qalan bütün məsələlər daha asan həll edilir. Ukrayna ilə Azərbaycan arasında ənənəvi olaraq tərəfdaşlıq münasibətləri mövcuddur. Ölkələrimiz müstəqillik qazandıqdan bəri biz ikitərəfli formatda da, beynəlxalq təşkilatlar çərçivəsində də həmişə əməkdaşlıq etmişik və bu əməkdaşlıq davam etdirilir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsində Ukraynanın mövqeyi, habelə separatizmin hər cür formasının pislənilməsi istiqamətində GUAM ölkələrinin birgə addımları da, əlbəttə, ikitərəfli əlaqələri tamamlayan mühüm elementdir. Odur ki, bu gün imzalanmış Bəyannamə, əvvəla, ölkələrimiz arasında yüksək siyasi münasibətlərin səviyyəsini əks etdirir, habelə bu münasibətləri möhkəmlətmək və bununla da qalan bütün sahələrdə qarşılıqlı fəaliyyət mexanizmlərindən daha tam istifadə etmək niyyətini müəyyənləşdirir. Bu gün biz danışıqlarda, indi isə mətbuat konfransında bu barədə kifayət qədər ətraflı söhbət açdıq. İqtisadiyyatın və siyasətin müxtəlif sektorlarına aid imzalanmış sənədlər də buna parlaq sübutdur. Başqa sözlə, Bəyannamə siyasi münasibətlərin yüksək səviyyəsini və hər iki tərəfin onları möhkəmlətmək istəyini göstərir.

VİKTOR YUŞŞENKO: Düşünürəm ki, qarşımızda, əslində, iki hissədən ibarət məsələ durur. Münasibətlərimizin statusu necədir və onların gerçəkləşdirilməsinin mexanizmi necədir? Əgər biz konkret olaraq bugünkü sənəddən, siyasi Bəyannaməmizdən danışırıqsa, onda, bir tərəfdən, Bəyannamə elə prinsiplərə hörmət bəslənildiyini təsbit edir ki, münasibətlərimiz ənənəvi olaraq bu prinsiplər əsasında inkişaf edir. Söhbət yüksək qarşılıqlı siyasi etimad nümayiş etdirilməsindən tutmuş, tərəflərin müxtəlif məsələlərdə - siyasi, iqtisadi və başqa məsələlərdə mövqeyinədək vəziyyətdən gedir. Digər tərəfdən, başlıcası odur ki, Bəyannamə münasibətlərimizin statusunu qaldırmağı təklif edir, yəni bu, Prezidentlər Şurası kimi mexanizmdir. Zənnimcə, biz burada ona görə görüşmürük ki, bu və ya digər layihənin rentabelliyini, səmərəliliyini, zəruriliyini hiss edərək, onun həyata keçirilməsinə illərlə başlamayaq. Çünki haradasa siyasi mərkəz yoxdur, haradasa tətbiqi məsələlərin bu və ya digər hissəsinin tənzimlənməsində həmrəylik yoxdur. Məqsədimiz münasibətlərin statusunu yüksəltmək vasitəsilə bu cür problemləri gündəlikdən çıxarmaqdır, Ukrayna ilə Azərbaycan arasında qarşılıqlı münasibətlərin 4-5 ümdə mövzusuna prezidentlər səviyyəsində nəzarət etməkdir. O ki qaldı münasibətlərin dolğunlaşmasına, biz bu gün bu barədə danışdıq. İkitərəfli münasibətlərimizin inkişafı üçün yaxşı “Yol xəritəmiz” var. Bu gün biz nəinki malik olduğumuz nə varsa, o cümlədən, - mən buna əminəm, azad ticarət zonası rejiminin formalaşdırılması haqqında qərar qəbul olunması sayəsində, - onun yaxşı dinamizmini, həm də kifayət qədər tez-tez keçirdiyimiz siyasi dialoqu qeyd edirik.

Ümidvaram ki, İlham Heydər oğlu sentyabrın 27-də Ukraynaya gələcək, bizdə Kiyev şəhərinin müxtəlif millətlərdən olan 120 min sakininin həyatına son qoyan Babi Yar faciəsi ilə bağlı müvafiq tədbir keçiriləcəkdir. Bu, əslində, bəşəriyyətin qarşılaşdığı ilk Holokost dərsi ola bilər. Biz, inanın, digər ölkələrin rəhbərləri ilə heç də tez-tez müzakirə etmədiyim məsələlərdən, tariximizə aid məsələlərdən danışdıq. Lakin bizim üçün çox vacibdir ki, tariximizi Bakıda da, Tbilisidə də, Moskvada da, Brüsseldə də başa düşsünlər. Məsələn, bu gün biz dedik ki, Azərbaycan parlamenti 1932-33-cü illərdə Ukraynada baş vermiş Qolodomor haqqında müvafiq qərar qəbul etsəydi, bu siyasi cəhətdən çox düzgün olardı. Biz 10 milyon insanın faciəsindən yan keçməməyi təklif edirik. Hesab edirik ki, bu, təkcə Ukrayna xalqının faciəsi deyil, bu faciəni hamı bilməlidir. Əminəm ki, indi biz bu tarixdən ibrət götürsək, yaxın və ya uzaq qonşular olub-olmamağımızdan asılı olmayaraq, daha yaxşı olarıq. Bundan dünya da daha yaxşı olar. Minnətdaram ki, biz bu cür məsələlərdə də anlaşma tapırıq. Mən artıq sahə əməkdaşlığına aid olan məsələlərdən danışmayacağam. Bu gün beş sahə üzrə altı sənəd imzalandı. Bu, o deməkdir ki, hər iki tərəf münasibətlərimizi fəallaşdıra biləcək vasitələrin yaxşı ehtiyatına malikdir.

Ümumi bir qeyd: əminəm ki, hökumətlərin rolu, prezidentlərin rolu ondan ibarətdir ki, hər bir ölkənin, hər bir millətin çox böyük potensialı olsun. Bəlkə də, bu potensialın həyata keçilməsi problemi bəzən, yaxud tez-tez ondan ibarət olur ki, dövləti təmsil edən hakimiyyət müvafiq informasiyanı və ya müvafiq imkanları dolğunluğu ilə əlaqədar tərəflərə çatdırmır. Ona görə də deyirik ki, bizim vəzifəmiz təkcə siyasi dialoqu deyil, həm də işgüzar dialoqu, Kommersiya qüvvələri arasında dialoqu formalaşdırmaqdır. Hiss edə bilsinlər ki, onların münasibətlərinin inkişafının arxasında prezidentlərin, hökumətlərin siyasi dəstəyi durur. Bu cəhət çox vacibdir. Düşünürəm ki, bugünkü səfər, bugünkü danışıqlar, əlbəttə ki, bizim üçün münasibətlərimizin əlamətdar səhifəsini açdı.

Çox sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda 11 marşrut xəttinin dayanacaq məntəqələri müvəqqəti dəyişdiriləcək

Həsən Seyidbəyli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Moskvaya yaxınlaşarkən vurulan dronların sayı altıya çatıb

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

Türkiyənin Qara dəniz sahilində ekipajsız kater məhv edilib

Bu saata olan əsas xəbərlər

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

Xətai rayonunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib

Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı üçün test imtahanı təşkil edilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

İmişlidə Araz çayında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB 2

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - RƏSMİ PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO