SİYASƏT
Ukrayna səfiri Sumqayıtda olmuşdur
Sumqayıt, 13 sentyabr (AZƏRTAC). Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko Sumqayıtda olmuşdur. Şəhər icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, Ukrayna diplomatı ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzmüşdür.
Səfir Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov ilə görüşdə qardaşlaşmış Sumqayıt və Çerkassı şəhərlərinin əməkdaşlığının perspektivləri müzakirə olunmuşdur. Eldar Əzizov Çerkassının merini Sumqayıta, sentyabrın 26-da keçiriləcək şəhər gününə dəvət etmişdir.
Həmin gün A.Mişşenko ADRNŞ-in “Azərkimya” İstehsalat Birliyində olmuşdur. Burada o, müəssisənin müşahidə şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev ilə görüşmüşdür.