MƏDƏNİYYƏT
Ukraynada nəşr edilən kitab-kataloqda azərbaycanlı rəssamın da əsərləri yer alıb
Kiyev, 28 yanvar, AZƏRTAC
Ukraynada tanınmış rəssamların əsərlərindən ibarət kitab-kataloq nəşr edilib.
AZƏRTAC xəbər verir ki, kitabda soydaşımız, azərbaycanlı rəssam Əsgər Cavadovun da əsərləri yer alıb. Ümumilikdə kataloqda Ukrayna, Belarus, Litva və Azərbaycandan olan rəssamların əl işləri çap edilib.
Kitab-kataloqun təqdimatında çıxış edən Ə.Cavadov bildirib ki, bu cür kataloqların nəşri gənclərin rəssamlıq sənətinə marağını artırır. Eyni zamanda, onlar müxtəlif xalqların mədəniyyəti ilə yaxından tanış olurlar. O, kataloqda yer alan əsərlərində Azərbaycanın gözəl guşələrinin də yer aldığını vurğulayıb.
Onun sözlərinə görə, bu cür kataloqlar insanlarda pozitiv enerji və təbəssüm hissi yaradır.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev