DÜNYA
Ukraynalıların Böyük Britaniyada yaşayan qohumlarının yanına getməsinə imkan verən viza sxemi işə salınıb
![Ukraynalıların Böyük Britaniyada yaşayan qohumlarının yanına getməsinə imkan verən viza sxemi işə salınıb](/files/2022/1/1200x630/16464909772001261350_1200x630.jpg)
London, 5 mart, AZƏRTAC
Ukraynalıların Böyük Britaniyada yaşayan qohumlarının yanına getməsinə imkan verən uzadılmış viza sxemi işə salınıb.
AZƏRTAC xəbər verir ki, viza sxemi Britaniya hökumət tərəfindən işə salınıb. Ukrayna sxemi adlanan bu qanuna əsasən Britaniyadakı qohumlarının yanına gələn şəxslərə işləmək və müavinət tələb etmək hüququ veriləcək.
Bununla yanaşı Böyük Britaniyada qohumluq əlaqələri olmayanlara kömək etmək üçün humanitar qaçqın proqramı hazırlanır. Rəsmilər vəd ediblər ki, yaxın vaxtlarda burada qohumluq əlaqələri olmayan ukraynalılar üçün də viza sisteminə əlavələr elan olunacaq.
BMT Ukraynada artıq 1 milyon insanın evlərini tərk etdiyini bildirib və münaqişənin şiddətlənəcəyi təqdirdə 4 milyon insanın ölkəni tərk edə biləcəyi barədə xəbərdarlıq edib.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London