Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü Baş Prokurorluqda qeyd edilib

Bakı, 6 may, AZƏRTAC

Mayın 6-da Baş Prokurorluqda xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilən mərasim keçirilib.

Mərasim iştirakçıları əvvəlcə Baş Prokurorluğun inzibati binasının foyesində müasir müstəqil Azərbaycan dövlətinin memarı və yaradıcısı Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoyaraq dahi şəxsiyyətin xatirəsini dərin ehtiramla yad ediblər.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mərasimdə məruzə ilə çıxış edən baş prokuror Zakir Qaralov Azərbaycan Respublikasının müasir inkişaf tarixinin dahi şəxsiyyət Heydər Əliyevin adı, onun dövlətçilik siyasəti ilə ayrılmaz şəkildə bağlı olduğunu diqqətə çatdırıb. Zakir Qaralov deyib ki, müstəqilliyimizin xilaskarı kimi tarixə düşən Heydər Əliyevin siyasi irsi bugünkü uğurlarımızın əsasını təşkil edir. Bütün nəsillərə örnək olan bir ömür yaşamış ulu öndər Heydər Əliyevin ictimai-siyasi və dövlət xadimi kimi Azərbaycan xalqı qarşısında ən böyük xidməti sovet sisteminin mövcudluğu şəraitində respublikamızın gələcək müstəqilliyinin iqtisadi əsaslarını yaratması və xalqımızı öz müstəqilliyi uğrunda mübarizəyə hazırlaması, dövlətçiliyimiz üçün məhv olma qorxusu yarandığı illərdə həyatını təhlükə qarşısına qoyaraq, radikal müxalifət və digər destruktiv qüvvələrin cinayətkar hərəkətlərinin qarşısını almaqla dayanıqlı sabitlik və əmin-amanlıq şəraitini formalaşdırması, Azərbaycanın qüdrətli dövlətə çevrilməsini şərtləndirən misli görünməmiş yenidənqurma və quruculuq işləri həyata keçirməsidir.

Qeyd olunub ki, Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycana xilasedici qayıdışı müstəqil tariximizin dönüş nöqtəsinə çevrilərək xalqın itirilmiş inamını özünə qaytarıb və gələcəyə olan ümidlərini artırıb, Azərbaycan parçalanıb dağılmaq, müstəqilliyini itirmək və vətəndaş müharibəsi təhlükəsindən xilas olub, dövlət və hakimiyyət böhranına, xaos və anarxiya şəraitinə qısa müddətdə son qoyulub, torpaqlarımızın işğalı prosesinin qarşısını alan atəşkəs barədə razılaşma əldə edilib. Çoxsaylı dövlət çevrilişi cəhdlərinin və terror aktlarının qarşısı qətiyyətlə alınaraq əmin-amanlıq şəraiti formalaşdırılıb, insanların dinc yaşaması üçün təhlükə yaradan cinayətkarlığın hakimiyyətə meydan oxuması, qanunsuz silahlı birləşmələrin mövcudluğu kimi mənfi təzahürlər, kriminogen durum aradan qaldırılıb.

Bildirilib ki, Azərbaycanda dayanıqlı ictimai-siyasi sabitlik yaradıldıqdan sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkə miqyasında hərtərəfli iqtisadi islahatlara, bazar iqtisadiyyatına hərtərəfli keçidi şərtləndirən yeni iqtisadi siyasətin reallaşdırılmasına başlanılıb. Yeni neft strategiyasının uğurla reallaşdırılması nəticəsində 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” imzalanıb və digər mühüm layihələrin reallaşdırılması təmin edilib. Nəticədə irimiqyaslı xarici investisiyaların respublikamıza axınına şərait yaradılıb, genişmiqyaslı özəlləşdirmə proqramının həyata keçirilməsi, uğurlu makroiqtisadi sabitləşmə siyasəti nəticəsində inflyasiyanın artım meyillərinin qarşısı alınıb, Azərbaycanın dünya iqtisadiyyatına hərtərəfli inteqrasiyası, əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılıb.

Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1995-2003-cü illərdə Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu yolunda mühüm addımlar atılıb, milli dövlətçilik ənənələrinə və beynəlxalq standartlara uyğun köklü hüquqi islahatlar aparılıb. Çoxəsrlik dövlətçilik ənənələrimizə, milli və ümumbəşəri dəyərlərə əsaslanan və memarı Heydər Əliyev olan müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi ilə hüquqi-demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun təməli qoyulub, hakimiyyət bölgüsü prinsipinə uyğun dövlət idarəetmə sistemi yaradılaraq qanunvericilik, icra və məhkəmə orqanlarının səmərəli fəaliyyəti təmin edilib. Çoxpartiyalılıq əsasında demokratik seçkilər keçirilməsi təcrübəsinin formalaşdırılması, söz və mətbuat azadlığı, siyasi partiyalar və qeyri-hökumət təşkilatlarının maneəsiz fəaliyyəti üçün bütün imkanların yaradılması demokratik dövlət quruculuğu yolunda atılan mühüm addımlar olub.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Prokurorluğunun dövlətçiliyin maraqlarına xidmət edən sivil və demokratik bir qurum kimi formalaşması ölkəmizdə aparılan hərtərəfli məhkəmə-hüquq islahatlarının müəllifi kimi Heydər Əliyevin dövlətçilik siyasəti, onun gündəlik qayğı və dəstəyi nəticəsində mümkün olub. Azərbaycan prokurorluğu orqanlarına dövlət səviyyəsində göstərilən etimad və diqqət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və prokurorluğa hərtərəfli qayğı göstərilir. Azərbaycan Prezidentinin Sərəncamı ilə yeni inkişaf və təkmilləşmə dövrünün əsasını qoyan “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”nın əhəmiyyəti xüsusi qeyd edilib.

Bildirilib ki, dövlətimizin başçısı İlham Əliyevin yürütdüyü dövlətçilik siyasəti, ümummilli lider Heydər Əliyevin əziz və unudulmaz xatirəsini əbədiləşdirən möhtəşəm tədbirlər kimi, onun müəyyənləşdirdiyi strateji inkişaf kursunun reallaşdırılmasını və doğma Azərbaycanımızın hərtərəfli tərəqqisini təmin edir. Belə ki, bütövlükdə Azərbaycanın və ayrı-ayrılıqda hər bir regionun hərtərəfli sosial-iqtisadi inkişafına nail olunub, sivil dövlət və vətəndaş cəmiyyəti formalaşdırılması yolunda irəliyə doğru inamlı addımlar atılıb, yüksək iqtisadi inkişaf göstəricilərinə nail olan ölkəmizin dünya dövlətləri birliyinə inteqrasiyası prosesləri sürətlənib, milli maraqlarımıza uyğun olan möhtəşəm iqtisadi layihələrin reallaşdırılması təmin edilib. Son illər ərzində ciddi və yüksələn xətlə inkişafa nail olan Azərbaycan Respublikasında bu müsbət meyillər 2016-cı ildə də eyni intensivliklə davam etməkdədir.

Xüsusi vurğulanıb ki, Silahlı Qüvvələrin formalaşdırılması, ordumuzun ən müasir hərbi texnika ilə təchiz olunması, qürur duyduğumuz Azərbaycan Ordusunun qazandığı nailiyyətlər də ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin uğurlarındandır. Ali Baş Komandan İlham Əliyev tərəfindən hərbi islahatların həyata keçirilməsinə göstərilən gündəlik diqqət və qayğı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin sülh danışıqları ilə həll edilməsi yolunda böyük səbir və təmkinlə həyata keçirilən tədbirlərin erməni təcavüzkarlarının məkrli niyyəti üzündən baş tutmayacağı təqdirdə Azərbaycan Silahlı Qüvvələrinin torpaqlarımızı erməni işğalçılarından təmizləyə biləcəyinə xalqın inamını daha da artırır.

Çıxışının sonunda baş prokuror Azərbaycan Prezidenti İlham Əliyevi əmin edib ki, sivil və demokratik məzmunlu dövlət təsisatı kimi yenidən formalaşmasına görə ulu öndər Heydər Əliyevin şəxsiyyətinə borclu olan Azərbaycan Prokurorluğunun kollektivi onun ideyalarına sadiqdir və bütün səylərini həmin ideyaların həyata keçirilməsinə, dövlət müstəqilliyimizin, sabitlik və əmin-amanlığın hər cür cinayətkar qəsdlərdən qorunmasına səfərbər edəcək.

Mərasimin yekununda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Azərbaycan Televiziyası tərəfindən hazırlanmış “Vətənə, xalqa həsr edilən ömür” adlı film nümayiş etdirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nizami Gəncəvinin “Xəmsə”si türk dilinə akademik səviyyədə tərcümə olunacaq

XXVII Peterburq Beynəlxalq İqtisadi Forumu platformasında “Rusiya-Azərbaycan” biznes-dialoqu keçiriləcək

Özbəkistanlı alimlər ADPU-nun Quba filialında olublar

Pedaqoji Universitetin 656 tələbəsi magistraturaya qəbul imtahanında iştirak edib

Otuz ildən sonra şəhid Abış Məhəmmədovun nəşi Qaradağda torpağa tapşırılıb

Arif Əsədov: Albaniya və Qazaxıstanın qarşısına qələbə qazanmaq əzmi ilə çıxacağıq

“Nobel Energy”: Xəzər dənizində əməliyyatlar aparmaq daha səmərəli və rahatdır

DSX: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılıda dövlət sərhədinin mühafizəsi yüksək səviyyədə aparılır FOTOLAR

“Naz-nazı” muğam qrupu Beynəlxalq Muğam Mərkəzində çıxış edib

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandasının Olimpiadaya lisenziyası təsdiqlənib

“Məşğulluğa dəstək layihəsi” çərçivəsində Bərdə şəhərində ictimai dinləmə keçirilib

BP: “Şahdəniz” qlobal layihədir

İspaniya Baş nazirinin həyat yoldaşı məhkəməyə çağırılıb

Moskva Ankaranın BRICS-ə üzv olmaq istəyini alqışlayır

“Manqurt” tamaşası yenidən Akademik Milli Dram Teatrının səhnəsində

Kibertəhlükəsizlik forumu ilə bağlı 5 türk dövlətinin nümayəndəsi Bakıdadır

Belçika XİN-in başçısı Macarıstanı Aİ-də səsvermə hüququndan məhrum etməyə çağırıb

AQTA sədri Göyçayda vətəndaşları dinləyəcək

Laçında növbəti əmək yarmarkası keçiriləcək

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi Tovuzda tibbi aksiya keçirəcək

AzMİU və Milan Texniki Universiteti əməkdaşlığı genişləndirir

AQTİ-də növbəti “Açıq qapı” günü keçiriləcək

MEDİA vətəndaşları saxta kampaniyalara qarşı sayıq olmağa çağırıb

“Johnson & Johnson” tərkibində asbest olan uşaq səpmə tozuna görə cərimələnib

NATO ABŞ-dan Avropaya qoşun gətirmək üçün plan hazırlayır

Dövlət Akademik Filarmoniyası iyun repertuarını açıqlayıb

Samuxda ərik festivalı keçiriləcək

“Məktəblilər üçün teatr pedaqogikası” layihəsinə start verilir

Professor Əziz Səncər Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin müəllim və şagirdləri ilə görüşüb

Ədalət Hacıyev: Aktyor nəsillərinin yerdəyişməsi onu göstərir ki, teatr yaşayır

Britaniya təmiz enerji layihələrinə sərmayəni üç dəfə artırıb

Azərbaycan gimnastları beynəlxalq turniri 17 medalla başa vurublar

Şəki və Balakənin bağçası olmayan ucqar kəndlərində yeni pilot layihəyə start verilib VİDEO

Bugünkü hərracda tələb 73 milyon dollara yaxın olub

Azərbaycan idmançısı atçılıq üzrə beynəlxalq yarışda kubokun sahibi olub

Nobel mükafatçısı Əziz Səncər ADA Universitetində olub

Hindistan parlamentinə seçkilərdə Modinin tərəfdarları liderlik edir

DİN: Binəqədi rayonunda narkotiklərlə bağlı 65 fakt müəyənləşdirilib

Azərbaycanlı pianoçunun COP29-a aid hazırladığı musiqi layihəsinin Danimarkada təqdimatı olub

Radiotezlik resurslarından və radioelektron vasitələrdən icazəsiz istifadə inzibati məsuliyyət yaradır

Azərbaycanda “Türk Dövlətlərinin hüquq tətbiqetmə fəaliyyətlərində rəqəmsallaşma və inteqrasiya” mövzusunda beynəlxalq konfrans keçirilir VİDEO

Ontario rəsmiləri Müstəqillik Günü ilə əlaqədar Azərbaycan icmasını təbrik ediblər

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib YENİLƏNƏCƏK

Sabah Bakıda gündüz 31-36° dərəcə isti olacaq

Bu il Naxçıvan büdcəsinə yol vergisi üzrə daxil olan vəsait 4 dəfədən çox artıb

Bakıda “Azərbaycan şairləri İrana Qasımova ilə” adlı yeni layihənin ilk tədbiri olub

Əlilliyi olan uşaqların övladlığa götürülməsi üçün aylıq sosial ödənişlər nə qədərdir?

Azot tərkibli beşüzvlü heterotsiklik birləşmələr haqqında monoqrafiya nəşr olunub

“Səbail” mövsümlərarası fasilədə ilk transferini reallaşdırıb

Baş nazir Əli Əsədov Minskdə Avrasiya Hökumətlərarası Şurasının iclasında qonaq qismində iştirak edib

Ötən ay Dövlət Neft Fondu dollar satışını 1,5 dəfə artırıb

Lənkəranda minik avtomobili iki piyadanı vurub, onlardan biri ölüb

SOCAR ilə BOTAŞ arasında türkmən qazının Azərbaycandan Türkiyəyə nəqlilə bağlı müqavilə imzalanıb

Fazil Novruzov: Tezliklə ölkə üzrə 16 radiotezliyin əlçatanlığını təmin edə biləcəyik

Bu il Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin ədliyyə nazirlərinin birinci iclası Qazaxıstanda keçiriləcək

II Ramzesin sarkofaqının sirri açılıb

Milli Olimpiya Komitəsində avarçəkmə üzrə xarici ekspertlə görüş olub

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə təhsil müəssisələrində yoxlama və monitorinqlər davam edir

® “Citynet” “GameSummit” festivalının əsas tərəfdaşı olub

Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb, iki pilot həlak olub VİDEO

Əqli Mülkiyyət Agentliyinin əməkdaşı beynəlxalq seminarda çıxış edib

Prezident İlham Əliyev Türkiyənin energetika və təbii sərvətlər nazirini qəbul edib YENİLƏNƏCƏK

SOCAR və “Masdar” arasında üç layihə üzrə Səhmdarlar Sazişi imzalanıb

Yaponiya imperatoru bu ayın sonunda Britaniyaya səfər edəcək

Gürcüstanda baş verən zəlzələ nəticəsində bəzi evlərdə və binalarda çatlar əmələ gəlib

Qırğızıstan Parlamentinin sədri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

“Tik-Tok” sosial şəbəkəsində dələduzluq etdiyi üçün saxlanılan şəxsin digər əməlləri də ortaya çıxıb

Azərbaycanın iki cüdo hakimi B kateqoriyası alıb

Nemət Cavadov: Bir il ərzində 5 dəfə inzibati cəza tətbiq edildikdə yayım lisenziyası ləğv olunur

Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgilərinin açılışında çıxış edib YENİLƏNİB-2 VİDEO

Türk Akademiyasının prezidenti: Türk dövlətləri arasındakı hüquq sistemlərinin uyğunlaşdırılması üçün möhkəm elmi əsas yaradılmalıdır

Bonn şəhərində BMT-nin iqlim konfransı keçirilir

Azərbaycan Prezidenti: Biz inkişafda olan kiçik ada dövlətləri ilə də fəal işləyirik

Türkiyədə insan qaçaqçılığı ilə məşğul olan 63 nəfər saxlanılıb

Bağça müdiri vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi keçirilir

Baş prokuror: Türk Dövlətləri Təşkilatına üzv ölkələrin hüquq-mühafizə orqanları ilə əməkdaşlığın inkişafı prioritetdir

BDU əməkdaşları KOBİA-nın keçirdiyi 5-ci qrant müsabiqəsinin qalibi olublar

Prezident: COP29-a ev sahibliyi edən ölkə kimi bu məsuliyyətli vəzifənin üstünlüklərini və çətinliklərini çox yaxşı dərk edirik

İranda prezidentliyə namizədlərin seçimi başlayır

Memarlıq doktoru: Qarabağ bölgəsində abidələr bərpa edilərək bütün dünyaya təqdim olunacaq

Ordubad rayonunun Kələntərdizə-Qoşadizə avtomobil yolu yenidən qurulur

Bakıda “Qafqaz Qartalı – 2024” birgə təliminin açılış mərasimi keçirilib VİDEO

A-Hub Akselerasiya Proqramının iştirakçıları üçün Şuşa şəhərində gəzinti təşkil olunub

Audiovizual Şuranın rəsmisi: Uşaqların zərərli informasiyadan qorunması vacib məsələlərdəndir

Baş prokuror: Müasir texnologiyalardan istifadə etmə sahəsində türk dövlətlərinin prokurorlarının təcrübə mübadiləsi əhəmiyyətlidir

Gənclər Kitabxanası “Xalq şairi Vaqif Səmədoğlu - 85” adlı məlumat bazası yaradıb

Azərbaycan Prezidenti: Biz 2027-ci ilin sonunda 2 qiqavat bərpaolunan enerji əldə edəcəyik

Daxili işlər naziri Oğuz rayonunda vətəndaş qəbulu keçirəcək

Fövqəladə Hallar Nazirliyi qanunsuz tikinti işlərinin qarşısını alıb VİDEO

Anar Bağırov: Hüquqi tətbiqetmə orqanlarının rəqəmsallaşması, bu orqanların daha səmərəli fəaliyyətinə şərait yaradır

Bakı Bələdiyyə Teatrı “Xan qızı” tamaşasını təqdim edib

“Zirə” ukraynalı hücumçusu ilə yollarını ayırıb

Prezident İlham Əliyev: Bizim vədlərimiz imzamız qədər dəyərlidir

Avstraliyada 40 min il əvvələ aid nəhəng quş növünün kəllə sümüyü tapılıb

Gilavar Foto Klubu mina qurbanları ilə bağlı fotolayihənin icrasına başlayıb

Fazil Novruzov: Audiovizual Şuraya daxil olan müraciətlər onlayn media subyektləri ilə maarifləndirmə işinin genişləndirilməsini labüd edir

Qrafen-oksidin nanohissəciklərlə əlaqəsinə dair elmi araşdırmalar aparılır

Azərbaycan Prezidenti: Qaz təchizatımızın coğrafiyası bundan sonra da genişlənəcək

Ali Məhkəmənin sədri: Azərbaycanda rəqəmsallaşma sahəsinin inkişafına böyük önəm verilir

Seçmə mərhələ: Azərbaycan millisi Türkiyə yığmasını qəbul edəcək