İDMAN
Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş onlayn şahmat turnirinin qalibləri mükafatlandırılıb


Bakı, 19 may, AZƏRTAC
Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində gənclər arasında onlayn şahmat turnirinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) və “ASAN Könüllülük” Məktəbinin təşkilatçılığı, Azərbaycan Şahmat Federasiyasının tərəfdaşlığı ilə keçirilən turnirin mükafatlandırma mərasimində ADBTİA-nın idman işləri üzrə prorektoru Yusif Babanlı, Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev, təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.
Şahmat turnirinin qalibi ADBTİA-nın birinci kurs tələbəsi Gövhər Beydullayeva olub. Rüfət Əbdülbağırov ikinci, Tural Məmmədzadə isə üçüncü yerlərə layiq görülüblər.
Qaliblərə sertifikat və hədiyyələr təqdim edilib.