Ulu Öndərin 95-ci ildönümü ilə əlaqədar “Azərişıq” güləkmə aksiyası keçirib
Bakı, 10 may, AZƏRTAC
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar olaraq “Azərişıq” ASC tərəfindən müxtəlif tədbirlər həyata keçirilir.
Müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrlərdə ictimai həyatın bütün sahələri ilə yanaşı, yeni yaşıllıqların salınmasına da xüsusi diqqət yetirib.
Prezident İlham Əliyevin ölkəmizdə ekoloji mühitin, xüsusilə yaşıllıqların mühafizəsi ilə bağlı tapşırıq və tövsiyələrinə, həmçinin “Azərişıq” ASC-də yaranmış ənənəyə uyğun olaraq növbəti güləkmə aksiyası Bakı şəhərinin Zirə Mədəniyyət Mərkəzi - “Eko-Park” ərazisində keçirilib.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aksiya zamanı 20 mindən artıq gül əkilib. Əkilən güllərin mühafizəsi və onlara mütəmadi qulluq göstərilməsi məqsədilə bütün zəruri tədbirlər görülüb. “Azərişıq” ASC-nin əməkdaşları bu xeyirxah və nəcib tədbirlərdə hər zaman yüksək əhval-ruhiyyə ilə iştirak edirlər.