ÜMUMDÜNYA QAN DONORU GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLMİŞDİR
Cəmiyyətin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov çıxış edərək bildirmişdir ki, bir il əvvəl Dünya Səhiyyə Təşkilatının (DST) assambleyasında könüllü qan donorluğunun dəstəklənməsi ilə bağlı bəyanat qəbul edilmiş və hər il iyunun 14-ünü Ümumdünya qan donoru günü kimi qeyd etmək qərara alınmışdır. Hazırda planetin əhalisinin əksər hissəsinin yaşadığı inkişaf etməkdə olan ölkələrdə qana tələbat ümumi problemə çevrilmişdir.
Builki qan donoru günü məsuliyyət hissinə həsr olunmuşdur. DST hökumətləri və milli qanköçürmə xidmətlərini fəal olmağa çağırır.
Respublikanın baş hematoloqu Çingiz Əsədov demişdir ki, donor, qan verməklə insanların xilasına yönəlmiş xeyirxah iş görür.
Tədbirdə bildirilmişdir ki, Cəmiyyətin bazasında talassemiya, leykemiya və hemofiliya assosiasiyaları ilə əməkdaşlıq edəcək “CLUB 25” gənclər təşkilatı yaradılmışdır.
Çıxış edənlər xeyirxahlığa görə qan donorlarına təşəkkürlərini bildirmiş və Azərbaycan vətəndaşlarını bu hərəkatda fəal iştiraka çağırmışlar.
Sonda könüllü qan donorlarına hədiyyələr verilmiş, məktəblilərin iştirakı ilə konsert olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]