ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN MƏZARINI VƏ ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT

AZƏRTAC xəbər verir ki, Dağıstan Respublikasının Prezidenti Muxu Əliyev və onun rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri aprelin 30-da Fəxri xiyabana gələrək, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla andılar və məzarı önünə əklil qoydular.Qonaqlar 1942-1948-ci illərdə Dağıstan Vilayət Partiya
Komitəsinin birinci katibi işləmiş görkəmli dövlət xadimi Əziz Əliyevin və oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini yad etdilər və məzarları önünə əklillər, tər gül dəstələri düzdülər.
Komitəsinin birinci katibi işləmiş görkəmli dövlət xadimi Əziz Əliyevin və oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini yad etdilər və məzarları önünə əklillər, tər gül dəstələri düzdülər.X X X
Sonra Şəhidlər xiyabanına gələn dağıstanlı qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həlak olmuş Vətən övladlarının xatirəsini andılar, “Əbədi məşəl” abidəsi önünə əklil qoydular.