ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN MƏZARINI ZİYARƏT
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə ölkəmizdə rəsmi səfərdə olan Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanov oktyabrın 8-də Fəxri xiyabana gəlmişdir.
Burada ali qonağı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladı.
Bolqarıstan rəhbəri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət etdi, dünya şöhrətli siyasətçinin xatirəsini ehtiramla anaraq, məzarı önünə gül dəstəsi qoydu.