MƏDƏNİYYƏT
Ümummilli Liderə həsr olunmuş tədbir –“Biz Heydərçilərik”






Bakı, 7 mart, AZƏRTAC
Respublika Uşaq Kitabxanasında Qobu qəsəbəsi 1 saylı orta məktəblə birgə “Biz Heydərçilərik” adlı tədbir keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndərin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında gördüyü misilsiz xidmətlərdən bəhs olunub.
Qeyd olunub ki, Azərbaycan tarixinin ən şanlı səhifələrini yazmış Ulu Öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının fəxri olan bu böyük insanın gördüyü işlər, söylədiyi fikirlər haqqında hələ çox əsərlər yazılacaq, çox sözlər deyiləcək.
Sonra məktəblilərin ifasında Vətənimiz Azərbaycana, Ümummilli Liderimiz Heydər Əliyevə, onun Vətən sevgisinə həsr olunmuş şeirlər, Ulu Öndərimiz haqqında tanınmış şəxslərin, dünya dövlətləri liderlərinin söylədikləri maraqlı fikirlər, eyni zamanda, onun özünün tarixə düşmüş qızıl kəlamları, nəsihətamiz sözləri səsləndirilib.
Tədbir məktəblilərin təqdimatında hazırlanmış, dahi rəhbərin həyatından, fəaliyyətindən bəhs edən videoçarxın nümayişi ilə başa çatıb.
Sonda şagirdlərə kitabxana tərəfindən təsis edilmiş “Göy Qurşağı” uşaq jurnalı hədiyyə olunub.