“Ümumrusiya Azərbaycanlılar Konqresi” İctimai Təşkilatının Çuvaşiya bölməsinin sədri Əziz Bədirovdan
Hörmətli Prezidentimiz,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə “Ümumrusiya Azərbaycanlılar Konqresi” İctimai Təşkilatının Çuvaşiya bölməsi adından Sizi səmimi qəlbdən təbrik edirəm.
Biz Vətəndən uzaqda yaşasaq da, Azərbaycanın Sizin rəhbərliyinizlə qazandığı uğurları izləyir və bununla fəxr edirik. Sizin nüfuzlu siyasət və dövlət xadimi kimi malik olduğunuz keyfiyyətlər bütün dünyada layiqincə qiymətləndirilmişdir. Bu keyfiyyətlər planetimizdə sülhün, təhlükəsizliyin və əmin-amanlığın bərqərar olmasına, insanların hüquq və azadlıqlarının qorunmasına, Azərbaycan Respublikasının çiçəklənməsinə xidmət edir.
Biz Azərbaycan və Rusiya xalqlarının ümumi mənafeləri naminə tarixi dostluq və əməkdaşlıq əlaqələrini bundan sonra da möhkəmlətmək əzmində olduğumuzu təsdiq edirik.
Sizə möhkəm cansağlığı, ali dövləti vəzifənizdə uğurlar diləyirik.
Hörmətlə,
Əziz Bədirov
“Ümumrusiya Azərbaycanlılar Konqresi” İctimai
Təşkilatının Çuvaşiya bölməsinin sədri