“Ümumrusiya Azərbaycanlılar Konqresi” İctimai Təşkilatının Perm regional bölməsinin sədri Çingiz İsayevdən
Hörmətli cənab Prezident,
Prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizi Rusiya Federasiyasının Perm diyarında yaşayan azərbaycanlılar adından ürəkdən təbrik edirəm. Siz bütün gücünüzü, təcrübə və biliyinizi xalqın rifahının yüksəldilməsinə yönəldərək var qüvvənizlə çalışır, planlarınızı məharətlə real işlərə çevirirsiniz. Sizin yüksək peşəkarlığınız, məqsədyönlü səyləriniz ölkənin sosial-iqtisadi inkişafını sürətləndirir, əhalinin həyat səviyyəsini və firavanlığını yüksəldir. Sizin həyat kredonuz Azərbaycana sədaqətlə xidmətin parlaq nümunəsidir.
Son illərdə Azərbaycan həyatın bütün sahələrində yüksək tərəqqiyə nail olmuşdur. Azərbaycanı güclü və çiçəklənən dövlət quruculuğu yolunda daha böyük nailiyyətlər gözləyir. Əminəm ki, böyük dövlət xadimi kimi Sizin zəngin təcrübəniz Azərbaycan xalqının rifahına, dost ölkələrimiz arasında çoxşaxəli əlaqələrin və strateji tərəfdaşlığın inkişafına hələ uzun illər xidmət edəcəkdir.
Sizə səmimi qəlbdən möhkəm cansağlığı, tükənməz enerji və nikbinlik arzulayıram. Qoy uğur, firavanlıq, doğma və yaxınlarınızın diqqət və qayğısı həyatda daim Sizinlə olsun.
Hörmətlə,
Çingiz İsayev
“Ümumrusiya Azərbaycanlılar Konqresi” İctimai
Təşkilatının Perm regional bölməsinin sədri