“Ümumrusiya Azərbaycanlılar Konqresi” İctimai Təşkilatının Smolensk regional bölməsinin sədri Rasim Rzayevdən
Hörmətli İlham Heydər oğlu,
Sizi Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə təbrik edirəm. Ölkəmizin daha da inkişaf etməsinə, vətəndaşların həyatının daha firavan olmasına şərait yaradan taleyüklü qərarlar qəbul etməyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm.
Sizə ən xoş arzularımı çatdırır, Azərbaycan xalqının rifahının yüksəlməsi işində planlarınızın və təşəbbüslərinizin uğurla həyata keçməsini, dövlətlər arasında dostluq əlaqələrinin möhkəmlənməsi sahəsində səylərinizin real nəticələr verməsini diləyirəm.
Cənab Prezident, Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzu edirəm.
Hörmətlə,
Rasim Rzayev
“Ümumrusiya Azərbaycanlılar Konqresi” İctimai Təşkilatının Smolensk regional bölməsinin sədri