“Ümumrusiya Azərbaycanlılar Konqresi” İctimai Təşkilatının Ulyanovsk regional bölməsinin sədri İslam Hüseynovdan
Hörmətli cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirik.
Bu ali dövləti vəzifəyə növbəti dəfə seçilməyiniz Azərbaycan xalqının Sizə yüksək etimadının göstəricisidir. Əminik ki, Sizin rəhbərliyinizlə növbəti beş il də Vətənimizin tarixinə yüksəliş illəri kimi daxil olacaqdır.
İnanırıq ki, Sizin müdrik siyasətiniz sayəsində Azərbaycan-Rusiya dostluğu daha da möhkəmlənəcəkdir. Ulyanovsk vilayətində yaşayan azərbaycanlılar bu dostluğun möhkəmlənməsində mühüm rol oynamışlar. Sizi əmin etmək istəyirik ki, biz bundan sonra da bu sahədə əlimizdən gələni etməyə hazırıq.
Sizə möhkəm cansağlığı, tükənməz enerji və bütün işlərinizdə uğurlar arzulayırıq.
Dərin hörmətlə,
İslam Hüseynov
“Ümumrusiya Azərbaycanlılar Konqresi” İctimai
Təşkilatının Ulyanovsk regional bölməsinin sədri